2020-ci ildə Azərbaycanda müstəqillik dövrünün ən aktiv vətəndaş cəmiyyətini gördük. Əvvəlcə pandemiya səbəbindən daha sonra İkinci Qarabağ Müharibəsi dövründə və müharibədən sonra vətəndaş aktivliyində hec vaxt görmədiyimiz bir səviyyədə aktivlik müşahidə edilirdi. Nəzərə alsaq ki, hökumət müharibə ərəfəsində internetə çıxışı dövlət təhlükəsizliyini əsas gətirərək məhdudlaşdırmışdı, insanların bu dərəcədə təşkilatlanması və aktivliyi qeyri-adi bir yenilik idi cəmiyyət üçün. Çünki bu aktivlik vətəndaş iştirakının pandemiyaya və müharibəyə qədər ciddi şəkildə nəzarətdə saxlanıldığı bir cəmiyyətdə baş verirdi. Belə bir qapalı siyasi mühitdə və eyni zamanda müharibə konteksində biz əhalinin insan haqlarını və vətəndaş iştirakını necə anladığını öyrənmək məqsədilə ictimai sorğu keçirmişik. Sorğu əhalinin insan hüquqlarını necə qavradığını, onlar üçün ən vacib hüququn hansı olduğunu, onların insan hüquqlarını qoruyan qanunların mövcudluğu ilə bu cür qanunların praktikada tətbiqi arasında uyğunsuzluğun olub olmadığı, əhali üçün vətəndaş iştirakı və ya aktivliyinin nə dərəcədə vacibliyi və əsasən hansı sahələrin onları vətəndaş iştirakına daha çox cəlb etdiyi barədə fikirlərini öyrənib. Aşağıda sizə tərcüməsi təqdim olunan hesabat Zülfiyyə Əbdürəhimova-Karberri tərəfindən RIWI şirkəti ilə əməkdaşlıqla hazırlanıb.

Hesabatı BURAYA tıklayaraq, yaxud aşağıdakı linkdən brauzeriniz vasitəsilə keçid edərək oxuya bilərsiniz:

https://bakuresearchinstitute.org/wp-content/uploads/2021/11/Zulfiyya-Abdurahimova-Karberri-hesabat.pdf

 

Qeyd: Həmçinin Zülfiyyə Əbdürəhimova-Karberrinin mövzu ilə bağlı Əkinçiyə verdiyi müsahibəyə buradan baxa bilərsiniz.