Bakı Araşdırmalar İnstitutu (BAİ) humanitar və sosial, həmçinin iqtisadi elmlər sahəsində məqalə qəbuluna davam edir. Bu sahələrdə akademik standartlar çərçivəsində yazılarınızı bizə göndərə bilərsiniz. Yazıların Azərbaycan, Qafqaz regionu, postsovet məkanı problemləri ilə bağlı olması arzuolunandır. Lakin daha ümumi nəzəri əsaslara müraciət edən məqalələr də marağımızdadır. Məqalənin göndərildiyi tarixdən ən geci iki həftə sonra sizə cavab məktubu göndəriləcək. Növbəti mərhələyə qəbul edilən məqalələr üçün təklif və rəyləri əlavə email ilə alacaqsınız.

Məqalələr həm Azərbaycan, həm də ingilis dillərində dərc olunur. Siz isə məqaləni bu iki dildən birində yazıb göndərə bilərsiz. Əgər məqaləniz qəbul edilərsə, onu digər dilə BAİ olaraq biz tərcümə edəcəyik.

BAİ 2018-ci ildə yaradılmış və Bakı (Azərbaycan) ünvanlı beyin mərkəzidir. Məqsədimiz azərbaycandilli oxucunun akademik məzmunlara çıxışını asanlaşdırmaqla yanaşı, regionla maraqlanan xarici akademiklər üçün də müvafiq platforma təqdim etməkdir. İndiyə qədər tarix, siyasi elmlər, sosiologiya, fəlsəfə, gender tədqiqatları, iqtisadiyyat, ədəbiyyat, kinoşünaslıq, musiqi tarixi kimi sahələr üzrə yüzdən çox məqaləni onlayn formatda dərc etmişik. Səhifəmizlə bu keçiddən tanış ola bilərsiniz: https://bakuresearchinstitute.org/

Məqalə göndərmək üçün bu email ünvanına yazmağınızı xahiş edirik:

[email protected]  və ya [email protected]