2019-2020-ci illərdə Vergi Məcəlləsinə 250-dən artıq dəyişiklik edildi. Bu dəyişikliklərdə vergi ödəyiciləri və vergi orqanları arasında canlı ünsiyyətin azaldılması, bu məqsədlə elektron imkanların artırılması xüsusilə əhəmiyyətli olmuşdur. Vergi ödəyicilərinin elektron kabinetinin yaradılması, elektron qaimə-fakturaların və alış aktlarının tətbiqi, yeni nəsil nəzarət-kassa aparatları üzərindən dövriyyələrə, həmçinin aksizli mallara məsafədən vergi nəzarətinin qurulması və s. bu sahədə diqqəti cəlb edən əsas addımlardır. Bundan başqa vergi hüquqpozmalarına və hesabatların qanunvericiliyə uyğun təqdim edilməməsi ilə bağlı maliyyə sanksiyalarının sərtləşdirilməsi, ən müxtəlif vergi növləri üzrə vergi yükünün dəyişdirilməsi, azadolunmaların və vergi güzəştlərinin əhatə dairəsinin dəqiqləşdirilməsi son 2 ildə baş verən dəyişikliklərin aparıcı istiqamətləri olublar. Bundan başqa sadələşdirilmiş verginin əhatə dairəsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması, müxtəlif çeşiddə aksizli mallar üzrə vergi yükünün xeyli yüksəldilməsi sahibkarlar arasında və bütövlükdə cəmiyyədə geniş müzakirələr yaratdı.

Bakı Araşdırmalar İnstitutunun ekspertləri vergi qanunvericiliyində 2019 və 2020-ci illərdə edilmiş dəyişikliklərin sahibkarlıq subyektlərinə təsirini qiymətləndirmək üçün sahibkarlar arasında sorğu aparıb.  Qiymətləndirmə çərçivəsində sorğu ilə yanaşı sahibkarlarla fərdi görüşlər keçirilib və onların fikir və rəyləri öyrənilib. Sonda həm sorğu məlumatları, həm də fərdi görüşlərin nəticələri sistemləşdirilərək təkliflər hazırlanıb.

 

Hesabatın tam mətnini burdan yükləyin