Bakı Araşdırmalar İnstitutu sizi 02.08.2021 tarixində saat 18.00-də “Azərbaycanda təbiət elmləri üçün inkişaf imkanları” mövzusunda müzakirəni izləməyə dəvət edir.

Müzakirədə Araz Zeyniyev (molekulyar mikrobiologiya, Bakı), Qərib Mürşüdov (struktural bilologiya/Böyük Britaniya) və Vüqar Yaqublu (onkoloji cərrahiyyə/Almaniya) iştirak edəcəklər.

Moderasiya: Araz Zeyniyev

Müzakirə Bakı Araşdırmalar İnstitutunun facebook səhifəsindən canlı yayınlanacaq. Suallarınızı və şərhlərinizi indidən bizə yaza bilərsiniz.