Tarix boyunca hazırkı Azərbaycanın əraziləri Bizans və Sasanilərdən tutmuş, ərəblərə, səlcuqlara, monqollara, osmanlılara, səfəvilərə və ruslara qədər müxtəlif imperiyaların ucqarında yerləşmişdir. Müxtəlif mədəni və siyasi mərkəzlərin kəsişməsində yerləşən Azərbaycanın həmişə çətin bir suala cavab tapmaq taleyinə yazılmışdır: Özünü hansı mərkəzə və nə qədər bağlamaq? 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradıldıqda üç rəngli bayraqdakı qırmızı rəng qurucu ataların Avropanın timsalında gördükləri “müasirləşmə”nin rəmzləndirirdi. 1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan yenidən eyni sual ilə üz-üzə qaldı: Hansı mərkəz ilə və nə qədər özünü bağlamaq? Nə iyirminci əsrin əvvəlində, nə də indi bu, yalnız xarici siyasət seçimi məsələsi olmayıb. Bu, daha çox dövlətin mahiyyəti və cəmiyyətin necə təşkil olunması ilə sıx bağlı olan bir amil olmuşdur. Aşağıdakı paraqraflarda müstəqillikdən bəri Azərbaycan hökumətlərinin bu baxımdan izlədikləri siyasət kurslarını, müxtəlif dövrlərdəki dəyişiklikləri və hazırki vəziyyəti müzakirə mövzusu edir.

Bununla belə, Azərbaycanın müstəqillikdən bəri inteqrasiya xətti barəsində müzakirəyə başlamamışdan əvvəl bizi bu müzakirələrdə yönləndirəcək analitik çərçivəyə diqqət yetriməyə dəyər. Ümumilikdə, inteqrasiyanın dörd müstəvisi fərqləndirilə bilər:

  • Dövlətin dövlətlərarası qurumlara inteqrasiyası; siyasi inteqrasiya;
  • Qlobal və ya regional bazarlara çıxış və üzvlük; iqtisadi inteqrasiya;
  • Beynəlxalq və ya regional hüquqi düzənə inteqrasiya; hüquqi inteqrasiyas;
  • Beynəlxalq və ya regional qeyri-hökumət, qeyri-biznes və digər cəmiyyət aktorları ilə daha sıx əlaqələrin qurulması; cəmiyyət inteqrasiyası.

Bunlar bir-birini istisna edən və ya əlaqəsiz müstəvilər deyillər. Əksinə, onların bir-biri ilə sıx bağlıdırlar, bir sferadakı dəyişikliklər digərlərində də əks oluna bilər. Misal üçün, dünyanın demokratik hissəsi ilə güclü cəmiyyət əlaqələrinin qurulması nəticədə onlar ilə hökumətlərarası inteqrasiyaya gətirib çıxara bilər. Başqa bir nümunə versək, hökumətlərarası səviyyədə inteqrasiya iqtisadi və ya hüquqi inteqrasiyaya müsbət təsir edə bilər. Yerli kontekstdən asılı olaraq inteqrasiyanın müxtəlif formaları müxtəlif şəkildə özünü biruzə verə bilər.

Burada cəmiyyət aktoru dedikdə növündə təşkilat və institutlaşma dərəcəsi və ya həcmindən asılı olmayaraq cəmiyyətdə dövlət və biznes sahələrindən kənarda mövcud olan aktorlar nəzərdə tutulur. Bu termin, misal üçün, “vətəndaş cəmiyyəti” terminini işlətdiyimiz halda ortaya çıxan hər hansı potensial normativ yükdən və ya müəyyən dərəcədə təşkilatlanma və ya institutlaşmanı nəzərdə tutan “vətəndaş cəmiyyəti təşkilatları” terminindəki kimi hər hansı bir indikativ dəyərdən yayınmaq üçün bir analitik alət kimi istifadə edilir. Cəmiyyət bağları dedikdə isə burada müxtəlif cəmiyyətlərdəki bu cür aktorlar arasındakı əlaqələr başa düşülür.

Mərkəzi və Şərqi Avropa ölkələrinin, Balkanların və onların xaricində Avropaya inteqrasiya ilə bağlı mövcud olan elmi ədəbiyyat ağırlıqlı olaraq əsasən institusional inteqrasiyaya fokuslanan Avropa İttifaqının genişlənməsi və ya Avropa İttifaqının xarici idarəetməsi yanaşmaları üstünlük təşkil edir, hərçənd ki, bunlardan ikincisi məhdud dərəcəsə həm də institusional üzvlük olmadan hüquqi inteqrasiyanın mümkünlüyünü qəbul edir. Bununla belə, institusional genişlənməyə yüksək diqqət yetirilməsi nəzərləri inteqrasiyanın cəmiyyət müstəvisindən geniş miqyasda yayındırmışdır. Əksər elmi işlərdə inteqrasiyanın cəmiyyət müstəvisi və onunla digər müstəvilər arasında olan əlaqələrə yetərli diqqət yetirilmir, ən yaxşı halda “Avropaya canatma” (“European aspirations”) və ya vətəndaş cəmiyyəti çərçivələrində məhdud dərəcədə ələ alınmışdır. Elmi işlərdə mövcud olan inteqrasiyaya bu cür institusional əsaslı yanaşma ən azı qismən Avropa İttifaqının genişlənməsinin “yuxarıdan aşağıya doğru” təbiətə sahib olması və Avropa İttifaqına verilən diqqətin üstünlüyü ilə izah etmək olar. Levitski və Ueyin “Rəqabətli Avtoritarizm: Soyuq Müharibədən Sonrakı Hibrid Rejimlər”[1] adlı kitabı Avropa inteqrasiyasının cəmiyyət müstəvisinə (müəlliflərin təbirincə desək cəmiyyət əlaqələri) və inteqrasiyanın cəmiyyət və siyasi müstəviləri arasındakı münasibətə diqqət çəkən az saylı işlərdən biridir. İndiyə qədər elmi ədəbiyyatda bu tədqiqat üfüqi ümumilikdə və Azərbaycan kazusunda isə ondan da daha az yetərli qədər açılmamış qalır.

Bu boşluğu müəyyənləşdirirək, bu məqalə Azərbaycan kazusunda ölkənin müstəqilliyindən bəri keçən müddətdə inteqrasiyanın sosial və siyasi müstəviləri arasındakı münasibəti aşkarlamaq məqsədi daşıyır. Məqalənin sonunda Azərbaycan və Avropa arasında inteqrasiyanın cəmiyyət müstəvisi sahəsində gələcək tədqiqatlar üçün müəyyən təkliflər verirəm. Bundan əlavə, Azərbaycan və Avropa arasında cəmiyyət bağlarını güclənməsinə, eləcə də, Azərbaycanın Avropaya daha da inteqrasiyasına potensial olaraq xidmət edə biləcək bir neçə praktiki təklifləri vurğulayıram.

 

İnteqrasiya Meylli və Açıq Qapı Siyasəti

1991-ci ildə müstəqilliyin bərpası ilə, yeni müstəqil olmuş Azərbaycan fəal şəkildə “beynəlxalq qurumlara inteqrasiya” adlandırıla biləcək bir siyasət izləməyə başladı və öz qapılarının Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan beynəlxalq təşkilatlara açdı. 1992-ci ildə Azərbaycan BMT-ə üzv oldu və Dünya Bankına qoşuldu. 1992-ci ilin yanvarında Azərbaycan parlamenti xüsusi qonaq statusu almaq üçün Avropa Şurasına müraciət etdi. İyulun 8-də Avropada Təhlukəsizlik və Əməkdaşlıq Kommissiyasının Helsinki zirvə görüşündə imzalamaqla ATƏK-in Helsinki Yekun Aktını qəbul etdi[2].

Əbülfəz Elçibəyin prezidentliyi altında Xalq Cəbhəsi hökuməti fəal qərbyönümlü, ancaq daha çox Türkiyə ilə yaxın münasibətlər qurmaq siyasəti izlədi. O zamankı xaici işlər naziri Tofiq Qasımovun açıq şəkildə ifadə etdiyi kimi Azərbaycan “dünya ilə əlaqələrin qurulması”nda Türkiyəyə arxalanırdı[3].  Bu dövrdə Türkiyə

 

regional təşkilatlardakı üzvlüyündən istifadə edərək, həqiqətən də, fəal şəkildə Azərbaycanın bu ifadə edilmiş istəyini dəstəkləyirdi. Misal üçün, Azərbaycan Türkiyənin dəstəyi ilə Türkiyə, İran və Pakistan tərəfindən ortaq yaradılmış İqtisadi Əməkdaşlıq Təşkilatının üzvünə çevrildi. Oxşar şəkildə, Türkiyə Azərbaycanı Türkiyənin təşəbbüsü ilə yaradılan, bölgədə yeni bir çoxtərəfli platforma olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindən biri olmağa dəvət etdi[iv]. Aydındır ki, Qasımov tərəfindən ifadə edilən dəstək istəyi Sovet İttiqfaqının dağılmasının ardınca Türkiyənin bölgədə artan fəallığı ilə çox yaxşı uyğunlaşırdı. Bu, Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl tərəfindən Türkiyənin yeni müstəqil olmuş respublikalar üçüm “mədəni və tarixi cazibə mərkəzi” olması və Türkiyənin “çoxdandır gecikən dünyaya inteqrasiya cəhdlərində bu respublikalara (…) kömək edə biləcəyi” barəsində 1992-ci ilin martında bir mətbuat konfransında verilən bəyanatda da ifadə olunurdu.[v]

Beynələlxalq inteqrasiya meylli siyasət xüsusilə Heydər Əliyevin prezidentliyi dönəmində – Ermənistan ilə Qarabağ üzərində gedən müharibə və 1990-cı illərin əvvəllərindəki dövlət çevrilişi cəhdlərindən sonrakı bu müddətdə o gücü öz əlində toplamışdı – daha önə çıxdı. Bu strategiyanın tərkib hissəsi kimi Azərbaycan o zaman keçmiş sovet məkanında ən Qərb meylli ölkələr olan Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə “GUAM”-ı yaratdı[vi]. 10 oktyabr 1997-ci il tarixində prezidentlər tərəfindən imzalanan, Avropa və regional təhlükələri azaltmağın bir yolu kimi trans-Atlantik və Avropa strukturlarına inteqrasiyanı vurğulayan ortaq bəyanatın əsas prinsipləri arasında demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət yer alır[vii]. 1996-cı ildə Avropa İttifaqı ilə imzalanan və 1999-cu ildə qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi[viii] və 2001-ci ildə Avropa Şurasına qəbul olmasın Azərbaycanın Avropa strukturlarına inteqrasiyada əsas nailiyyətləri idi. Oxşar şəkildə, Azərbayca 1994-cü ildə Sülh Tərəfdaşlığı (ST) və üç il sonra ST Planlama və Nəzərdən Keçirmə Prosesində NATO ilə münasibətlər qurdu. Bu inteqrasiya meylli siyasət 2000-ci illərin ortalarına qədər, ancaq daha zəif sürətlə davam etdi: Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə üzvlük (2004), Avropa Qonşuluq Siyasətinə daxil edilmə (2004), NATO ilə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı (2004) və nəhayət Avropa İttifaqının Şərq Tərəfdaşlıq Platforması (2009).

Bu inteqrasiya cəhdlərinə paralel olaraq, Azərbaycan qapılarını inkişafdan tutmuş, demokratikləşməyə qədər fərqli sahələrdə fəaliyyət göstərən bir çox beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatların açdı. Tezliklə, Qərb təşkilatları ölkəyə axışmağa başladılar. Başlıqda əsasən Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşən və bir çoxu ölkənin müxtəlif güşələrində çadır düşərgələrində məskunlaşan insanlara dəstək olmaq üçün gəlmiş humanitar yardım təşkilatları daha çox idilər.

Müstəqilliyini yenicə qazanmış digər ölkələrin əksəriyyətində olduğu kimi bu, müstəqilliyin bərpasının məntiqi davamı idi. Bu cür inteqrasiya siyasətinin dörd məqsədi var idi:

  • Yeni müstəqil olmuş dövlətin tanınmasına nail olmaq,
  • Hökumət üçün beynəlxalq legitimlik qazanmaq,
  • Dövlət quruculuğu və iqtisadi inkişaf üçün maliyyə dəstəyi almaq,
  • Rusiya və Qərb təsir dairələri arasında tarazlıq yaratmaqla müəyyən geosiyasi sabitlik qurmaq.

Müstəqilliyinin ilk on ilində Azərbaycanın inteqrasiya meylli və açıq qapı siyasəti qismən də Sovet rejiminin çökməsindən sonra demokratiyanın təbliği üçün dünyada yaranan siyasi momentum ilə izah edilə bilər.  Beynəlxalq hökumətlərarası və ya qeyri-hökumət təşkilarlarına qapıları açmaq həm də bir növ Qərb dövlətləri ilə əməkdaşlıq üçün prerekvizit idi. Qərb ölkələrinin səfirlikləri öz ölkələrində Azərbaycana gələn qeyri-hökumət təşkilatlarını dəstəkləməkdə təsirli idilər.

 

Çəkingən və Ucqarlaşan

Bu inteqrasiya meylli siyasətin 2000-ci illərdə müəyyən stabilləşmə yaşaması bir qədər təbii idi. Ancaq, 2000-ci illərin sonlarına doğru artıq çoxlarına, əgər hamıya deyilsə, aydın idi ki, Azərbaycanın Gürcüstan, Ukrayna, ya da Moldova kimi bu siyasəti davam etdirmək niyyəti yoxdur. Buna görə də, 2000-ci illərin ortalarından sonuna doğru bir müddətdən bəri biz Azərbaycanın yüksək rütbəli rəsmilərinin çıxışlarında “transatlantik inteqrasiya”, “Avropa dəyərləri” və “Avropa standartları”na daha az istinad eşitməyə başladıq. Paralel olaraq isə, rəsmi diskursda “milli dəyərlər”ə vurğu və əsasən Rusiyadakı yanlış formalaşdırılan və psevdo-intellektual diskurslardan alınan Qərb tənqidi artırdı. Mütəxəssislər göstərirlər ki, Azərbaycanın Avropaya inteqrasiyasında könülsüzlüyü hətta Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət planının imzalamasından əvvəl mövcud idi[ix] və Azərbaycan vətəndaş cəmiyyəti Azərbaycan hökumətini Fəaliyyət Planının mətninə Avropaya inteqrasiya istəyinin daxil edilməsinə məcbur etmişdir[x]. Beləliklə, axırıncı inteqrasiya cəhdi Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla 2011-ci ildə edilmişdir.

Ehmallı davranışları və neft gəlirləri sayəsində müstəqilliyin birinci onilliyinin dörd məqsədinin hamısına geniş dərəcədə nail olduqdan sonra ikinci onillikdə Azərbaycan kursu dəyişdirdi. 2000-ci illərdəki seçkilərin külə dönmüş ümidləri (2010-cu ildə əsas müxalifət nümayəndələrinin parlamentdən uzaqlaşdırılması ilə nəticələndi[xi]) və onsuz da pis olan insan hüquqlarının vəziyyətinin, şəffaflıq və hesabatlılıq göstəricilərininin daha da pisləşməsi trans-Atlantik və Avropaya inteqrasiyanın məhdudiyyətlərini aşkara çıxardı. Qərb hökumətləri, Avropa Parlamenti, Avropa Şurası və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı artan tənqidlər zaman-zaman Qərb və Azərbaycan arasında siyasi gərginliyin yaranmasına gətirib çıxardı. Avropa İttifaqı ilə Assosiyasiya Müqaviləsi və Dərinləşdirilmiş və Müfəssəl Azad Ticarət Müqaviləsi asimetrik hesab edildiyi üçün rədd edildi[xii]. Azərbaycan Avropa İttifaqının Azərbaycana siyasi islahatları diktə etdiyi və məcbur etdiyi bir münasibətə girmək istəmədiyini bildirdi. O zamandan bəri tərəflər qeyri-məcburi bir sənəd, siyasi islahatlar ilə bağlı daha yumşaq bir dili olacaq Strateji Müasirləşmə Tərəfdaşlığı müqaviləsini müzakirə edirlər[xiii].

Daha sonra Bakı diqqətini vətəndaş cəmiyyətinə yönəltdi. 2013-cü ildən başlayaraq hökumət bir çox beynəlxalq təşkilatların yerli təmsilçilərini və ya yerli qeydiyyatlarını və yerli təşkilatları bağlanmağa məcbur etdi və beynəlxal təşkilatlar tərəfindən hesabatlaşdırıldığı kimi bir çox vətəndaş cəmiyyəti rəhbərlərini və fəalları təqib etdi[xiv]. Hökumət həm də 2013-cü ildə qanunvericiliyə dəyişikliklər etməklə QHT-lərə xarici maliyyə axınını məhdudlaşdırdı və xarici qrantları “sosial-iqtisadi məqsədəuyğunluq” qiymətləndirilməsinə tabe etdi. Xarici donorların öz fəaliyyətlərini koordinasiya etməsindəki uğursuzluq insan hüquqları və vətəndaş azadlıqlarına hörmətin azalması və siyasi müxalifət bir kənara, heç vətəndaş cəmiyyəti üçün belə şəraitin pisləşməsinə cavab olaraq yardımın dayandırılmasını etibarlı şəkildə istifadə edə bilməməkləri ilə nəticələndi. O zamandan bəri əhəmiyyətli bir irəliləyiş olmamışdır. Əvəzində, hökumət maliyyələşdirə biləcəkləri layihələrin növlərini məhdudlaşdırmaqla və resipent vətəndaş cəmiyyəti aktorlarını filtirləməklə beynəlxalq donorlara və yerli vətəndaş cəmiyyətinə qarşı  “uyğunlaşmağa məcburetmə” siyasəti yürüdür. 2016-cı ilin oktyabr ayında vətəndaş cəmiyyəti məsələsi ilə əlaqədar olaraq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) idarə heyəti Azərbaycanın MSŞT-nın keyfiyyət təminatı standartlarına əməl etdiyini təsdiqləmədi. İdarə heyəti Azərbaycana bir sıra sahələri, o cümlədən çoxtərəfli maraqlı tərəflər qrupundakı vətəbdaş cəmiyyəti üzvlərinin müstəqilliyini təmin etməyi tövsiyə etdi[xv]. İdarə heyəti irəliləyişin yetərsiz hesab edərək[xvi] 2017-ci ilin mart ayında Azərbaycanın üzvlüyünü dayandırdı[xvii]. Oxşar şəkildə, 2015-ci ildə üç vətəndaş cəmiyyəti təşkilatı tərəfindən edilmiş şikayəti aldıqdan sonra[xviii]Açıq Hökumət Tərəfdaşlığının (AHT) idarə komitəsi vətəndaş cəmiyyətinin şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti ilə daha dərin diplomatik cəhd və texniki dəstəkdən ibarət olan öz “Cavab Siyasəti”nin birinci mərhələsini başlatdı. Heç bir nəticəyə nail olmayan idarə komitəsi 2016-cı ilin may[xix] ayında Azərbaycanın statusunu qeyri-aktiv etdi və bu qərarını 2017-ci ilin iyun[xx] ayında da qüvvədə saxladı. AHT idarə komitəsinin 2018-ci ilin ortalarında keçiriləcək görüşündə MSŞT-dəki qərara oxşar qərar verilməsi təəccüblü olmazdı.

Bundan savayı, Avropa Şurası indi Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun işi[xxi] ilə bağlı verdiyi hökmə əməl etməmək əsası ilə çıxarmaqla təhdid edir[xxii].  Avropa Şurasının Parlament Assambleyası Azərbaycanı “gerçək və mənalı islahatlar”a başlamağa çağıran daha bir sərt qətnamə qəbul etmişdir[xxiii]. İndi, əgər Məhkəmə hesab etsə ki, Azərbaycan hökmu icra etməkdə uğursuz olub, o zaman işi bu əsasda necə bir tədbir görülməsi ilə bağlı qərar verəcək Nazirlər Şurasına göndərəcəkdir[xxiv].

Beləliklə də, biz indi Azərbaycanın inteqrasiyas siyasətində əks bir trend müşahidə edirik. Dövlətin yoxa çıxan inteqrasiya cəhdlərinə paralel olaraq, pisləşən siyasi mühit və hüquqi çərçivəyə gətirilən məhdudiyyətlər ilə müxtəlif Azərbaycan vətəndaş cəmiyyəti aktorları və onların avropalı həmkarları – QHT-lər, universitetlər, tədqiqatçılar, siyasi qruplar və s. – arasında 2000-ci illərdə yüksələn tərəfdaşlığın inkişafındakı trend əksinə çevrilmişdir. İndi Azərbaycan və Avropa universitetləri arasından az sayda önəmli əməkdaşlıq nümunələri vardır. Eyni şəkildə, indi azərbaycanlı tərəfdaşların olduğu, vətəndaş cəmiyyəti təşkilatları tərəfində icra edilən daha az regional layihələr vardır. Azərbaycanlı və avropalı elm adamları arasında mübadilədən çətin ki, danışmaq olar. Ancaq onların Azərbaycandan köçməsindən danışa bilərik. Azərbaycan və Avropada QHT-lər, qeyri-rəsmi şəbəkələr və siyasi partiyalar arasındakı əlaqələr əhəmiyyətsiz dərəcədədir. QHT icması üzərindəki bu son təyziqlər Azərbaycanın təkcə özlüyündə insan hüquqları və vətəndaş azadlıqları xəttinə deyil, həm də onun demokratik dünya ilə cəmiyyət bağlarına zərbə idi.

Misal üçün, Fridrix Ebert Ştiftunq (FES) və Konrad Adenauer Ştiftunq (KAS) kimi bəzi alman siyasi fondları Gürcüstanda və Ermənistanda bir sıra proqramlar icra edirlər. Ancaq, KAS öz ofisini Azərbaycanda yenidən qeydiyyatdan keçirməyə çalışır (2014-cü ildə bağlanmışdır), FES isə uzun müddətdir ki, ofis açmağa cəhd göstərir, ancaq uğursuz nəticələnir. Gürcüstan və Ermənistdan Avropa İttifaqının tədqiqat fondu olan “Horizon 2020”-də assosiativ ölkələr siyahısındadırlarsa[xxv], Azərbaycanın onlara qoşulmaq ehtimalı tezliklik mümkün görünmür. Başqa bir sahədən nümunə versək, öz maraqlı konsepti ilə beynəlxalq səviyyədə şəbəkə olan “Impact Hub” vətəndaş təşəbbüsləri artıq Yerevanda və Tbilisidə mövcud olduğu halda,[xxvi] Bakıda onlar barəsində yenicə eşidilir. Siz Avropa və Gürcüstan həmkarlar ittifaqlarının işçi hüquqları ilə bağlı ortaq çağırışını[xxvii] görə biləcəyiniz halda, Azərabaycan həmkarları öz yoxluqları ilə diqqət çəkirlər. Şərq Tərəfdaşlığı ölkələri arasında digər hamısının müşahidəçi üzv statusu olduğu halda, yalnız Azərbaycan və Belarusun Avropa Hüquqşünaslar Cəmiyyətində yerləri yoxdur. Bir çox digər beynəlxalq QHT-lər kimi sadəcə ölkənin inkişafına töhfə verən deyil, həm də yerli QHT-ləri onların regional və avropalı həmlkarı ilə əlaqələndirən “Oksfam Beynəlxalq” təşkilatı ölkədən çıxarılmışdır[xxviii]. Bunlar sadəcə müxtəlif sahələrdən seçilmiş ixtiyari nümunələrdir. Bu cür onlarla və ya yüzlərlə nümunələrin verilməsi mümkündür. Fərdi şəkildə bu keyslərin heç bir böyük bir əhəmiyyət daşımaya bilər. Ancaq bütövlükdə nəzərə alındıqda bu keyslər Azərbaycanın bir marginallaşmış şəklini yaradır və onun Avropa qurumları ilə inteqrasiyasının uğursuzluğunu göstərir.

Yuxarıdakı müzakirələr Azərbaycan hökumətinin beynəlxalq inteqrasiya siyasətinin son iyirmi ildə necə dəyişdiyini göstərməyə bir cəhd idi. MSŞT, AHT və hazırda da Avropa Şurası ilə bağlı olan keyslərdə gördüyümüz kimi hökumətlərarasın inteqrasiya və cəmiyyət inteqrasiyası heç də birtərəfli deyil. Azərbaycan hökuməti tərəfindən ölkədəki qeyri-hökumət qeyri mənfəət təşkilatlarının fəaliyyətinə gətirilən məhdudiyyətlər ölkənin hökumətlərarası qurumlarda təmsilçiliyinə təsir edir. Oxşar şəkildə, Azərbaycanın Avropa İttifaqı ilə Azərbaycanın üzərində güclü siyasi islahat öhdəlikləri qoyan Assosiyasiya Müqaviləsindən imtina etməsi vətəndaş cəmiyyətinə və narazılara qarşı hökumətin əlin gücləndirdi. Məcburedici qüvvəsi olmayan və siyasi islahatlar ilə bağlı yumşaq bir dildə olan Strateji Müasirləşmə Müqaviləsi oxşar şəkildə Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti və narazılara qarşı sərt münasibət göstərməsinin siyasi bahabaşagələnliyini azalda bilər. Bu nümunələrdə gördüyümüz kimi siyasi inteqrasiya və sosial inteqrasiya müstəviləri arasında mənfi təsir xüsusiyyəti vardır, yəni, biri pisləşdikdə digərinin də pisləşməsinə gətirib çıxarır. Yalnız bir nümunədə – Azərbaycan vətəndaş cəmiyyətinin Avropa İttifaqı-Azərbaycan arasındakı Fəaliyyət Planına Avropaya inteqrasiya istəyinin salınması ilə bağlı hökumətə təyziqləri – müsbət təsir xüsusiyyəti qeyd olunmuşdur. 1990-cı illər üzrə daha dərin tədqiqat daha çox belə müsbət təsir nümunələrini aşkarlaya bilər.

 

Nəticə

Aydındır ki, buradakı arqument Azərbaycanın bir zamanlar çox yaxşı inteqrasiya etməsi və indi özünü kənarlaşdırması barəsində deyil. Əksinə, siyasi və cəmiyyət inteqrasiyası müstəviləri arasındakı əlaqəni açmaq yolu ilə bu məqalə tədqiqatçıların, siyasət qurucularının, siyasi fiqurların, beynəlxalq təşkilatların, donor icmasının, yerli vətəndaş cəmiyyətinin və ümumi ictimaiyyətin diqqətini hökumətin 1990-cı illər və 2000-ci illərin əvvələrindəki siyasətindəki daha çox inteqrasiya meylli yanaşmadan uzaqlaşması kimi bir siyasi dəyişikliyin nəticəsində ölkənin getdikcə artmaqda olan daha da marginallaşma riskinə çəkməyə çalışdı. Bunun əksinə, son iyirmi ilin demokratikləşmə təcrübələri göstərir demokratik dünya ilə güclü cəmiyyət bağlarının olması demokratikləşmə üçün əsasdır. Levitski və Uey iddia etdiyi kimi[xxix] Mərkəzi və Şərqi Avropadakı uğurlu demokratikləşmə hakimiyyət dəyişikliyindən sonra tam yetkinləşməmiş hökumətləri demokratik priniplərə və dəyərlər sadiq tutan bu cür cəmiyyət bağlarının sayəsində mümkün olmuşdur. “Ərəb Baharı”nın uğursuzluğunu da qismən həmin ərəb cəmiyyətlərinin geniş şəkildə demokratik dünya qurumları ilə inteqrasiyasının olmaması ilə izah etmək olar.

Yuxarıda bəhs edilən dəyişikliklər, adətən, demokratiya kontekstində nəzərdən keçirildiyi kimi cəmiyyətin margilaşması yanaşması da ictimai müzakirələrə, siyasət təhlillərinə, tədqiqat və inkişaf layihələrinə yeni bir perspektiv verə biləcək digər bir konseptual çərçivədir. Misal üçün, tədqiqat sahəsində Azərbaycan və Avropa İttifaqı arasında millətləraşırı cəmiyyət tərəfdaşlıqları və əlaqələri barəsində strukturlaşdırılmış bir data yoxdur. Bu cür cəmiyyət aktorları və faktorlarının müəyyənləşdirilməsi geniş həcmli bir tədqiqat layihəsinin mövzusu ola bilər. Oxşar şəkildə, iqtisadi-ticarət sahələrində əlaqələrin xəritəsini çıxarması və hüquqi inteqrasiya sahəsində vəziyyətin öyrənilməsi maraqlı olardı. Vətəndaş cəmiyyəti aktorları isə Avropa və Azərbaycan arasında mövcud bağları gücləndirən və yeni cəmiyyət bağları quran layihələr hazırlaya bilərlər. Kiçik həcmli səfər fondu və ya tədqiqat təqaüdü proqramları tədqiqatçılar arasında mübadilə səfərlərinə töhfə verə bilər. Bu cür meyarlar Avropa İttifaqının qrant üçün müraciət elanlarına da daxil edilə bilər. Ümumiyyətlə isə, bütün Avropa donorları öz maliyyə dəstəklərini Azərbaycan və Avropa arasında bu cür cəmiyyət bağlarının qurulması və ya gücləndirilməsi komponentinin layihəyə daxil edilməsi tələbi ilə şərtləndirməklə Avropa və Azərbaycan arasında yeni cəmiyyət bağlarını təşfiq edə bilərlər. Öz növbəsində Avropa İttifaqı Ukrayna ilə imzaladığı Assosiyasiya Müqaviləsi ilə yaradılan platformaya[xxx] bənzər şəkildə ikitərəfli Avropa İttifaq-Azərbaycan Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsünü irəli sürə bilər.

[1] Levitsky, S., Way, L., 2010. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. Cambridge: Cambridge University Press

[2]           Administrative Department of the President of the Republic of Azerbaijan, Presidential Library. Azerbaijan in the International Arena. Available at: http://files.preslib.az/projects/azerbaijan/eng/gl8.pdf

[3]           Kamrava, M., eds. 2017. The Great Game in West Asia: Iran, Turkey and the South Caucasus. Oxford: Oxford University Press, p. 164-165

[iv]          Eyni yerdə.

[v]           Eyni yerdə.

[vi]          2006-cı ildən bəri Demokratiya və İqtisadi İnkişaf Təşkilatı adlandırılır.

[vii]         GUAM, 10 October 1997. Joint Communique of the Meeting of the President of Azerbaijan, Georgia, Moldova and Ukraine. Strasbourg, France. Available at: https://guam-organization.org/en/joint-communique-of-the-meeting-of-the-president-of-azerbaijan-georgia-moldova-and-ukraine-strasbourg-october-10-1997/

[viii]         EEAS, EU-Azerbaijan relations. Factsheet. Bruxelles, 01/11/2017 – 15:08, UNIQUE ID: 160621_3. Available at: https://eeas.europa.eu/headquarters/headquarters-homepage_en/4013/EU-Azerbaijan%20relations

[ix]          Emerson, M., Notcheva, G., Popescu, N. March 2007. “European Neighbourhood Policy Two Years on: Time indeed for an ‘ENP plus’”, CEPS, Policy Brief, No. 126.

[x]           Aliyeva, L., 16 January 2014. “EU-Azerbaijan: Driven by strategic importance, lacking value-based impact”. Heinrich Boll Stiftung South Caucasus. Available at: https://ge.boell.org/en/2014/01/16/eu-azerbaijan-driven-strategic-importance-lacking-value-based-impact

[xi]          Kazimov, S. 26 October 2015. “Parlament seçkilərindən nə gözləyək?”, BBC Azerbaijan, Available at: http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151026_parliament_elex_analysis

[xii]         Transparency Azerbaijan, 14 June 2015. “Avropa İttifaqı ilə assosiyasiya sazişi bizim maraqlarımıza uyğun gəlmir”. News. Available At: http://transparency.az/cnews/avropa-ittifaqi-il%C9%99-assosiasiya-sazisi-bizim-maraqlarimiza-uygun-g%C9%99lmir/

[xiii]         Rettmann, A., 27 September 2013. “Azerbaijan and EU race to agree ‘modernisation’ pact”. EU Observer, News, Foreign Affairs, Available at: https://euobserver.com/foreign/121592.

[xiv]         Human Rights Watch, 1 September 2013. Tightening the Secrews. Azerbaijan’s crackdown on Civil Society and Dissent. Available at: https://www.hrw.org/report/2013/09/01/tightening-screws/azerbaijans-crackdown-civil-society-and-dissent

Human Rights Watch, 20 October 2016. Harassed, Imprisoned, Exiled. Azerbaijan’s Continuing Crackdown On Government Critics, Lawyers, and Civil Society. Available at: https://www.hrw.org/report/2016/10/20/harassed-imprisoned-exiled/azerbaijans-continuing-crackdown-government-critics

Freedom Now, Human Rights House Network, May 2015. “Breaking point in Azerbaijan: Promotion and glamour abroad, Repression and imprisonment at home”. Available at: http://humanrightshouse.org/Articles/20947.html

Freedom House, Nations in Transit 2017, Azerbaijan Country Report. Available at: https://freedomhouse.org/report/nations-transit/2017/azerbaijan

[xv]          EITI, 26 October 2016. Board decision on the Validation of Azerbaijan, Decision reference: 2016-23/BM-35/BP-35-5-A. Available at: https://eiti.org/BD/2016-23

[xvi]         EITI, 8-9 March 2017. Azerbaijan: Assessment of progress with corrective actions 1(i-iii), Board Paper 36-5-A. Available at: https://eiti.org/document/azerbaijan-assessment-of-progress-with-corrective-actions-1iiii

[xvii]        EITI, 09 March 2017. Board Decision, Reference: 2017-15/BM-36/BP-36-5-A. Available at: https://eiti.org/BD/2017-15

[xviii]       OGP, 18 May 2015. Statement on the Government of Azerbaijan’s Participation in OGP. Available at: https://www.opengovpartnership.org/stories/statement-on-government-of-azerbaijan-s-participation-ogp

[xix]          OGP, 4 May 2016. MEDIA BRIEFING: “Azerbaijan made inactive in Open Government Partnership”. Available at: https://www.opengovpartnership.org/stories/media-briefing-azerbaijan-made-inactive-open-government-partnership

[xx]           OGP, 29 June 2017, News: “Azerbaijan to Maintain its Inactive Status in the Open Government Partnership “. News. Available at: https://www.opengovpartnership.org/about/news-and-events/azerbaijan-maintain-its-inactive-status-open-government-partnership

[xxi]         Council of Europe, 25 October 2017. Press Release. Ilgar Mammadov case: Council of Europe notifies Azerbaijan of intention to launch a special procedure for the execution of the judgment. Ref. DC 149(2017). Available at:   https://search.coe.int/directorate_of_communications/Pages/result_details.aspx?ObjectId=09000016807612e4

[xxii]        ECHR, Registrar of the Court, 22 May 2014. Press Release: “Arrest and extended detention of opposition politician following critical blog post was unjustified”. No. 144. Available at: https://hudoc.echr.coe.int/eng-press#{%22itemid%22:[%22003-4767289-5801220%22]}

[xxiii]       PACE, Resolution 2185 (2017). Azerbaijan’s Chairmanship of the Council of Europe: what follow-up on respect for human rights?. Available at: http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6824&lang=2&cat=8

[xxiv]        Remezaite, R., Dahlsen, J., 28 February 2018. “Explainer: Council of Europe Infringement Proceedings against Azerbaijan”, Meydan TV. Available at: https://www.meydan.tv/en/site/politics/27617

[xxv]        European Commission. Directorate-General for Research & Innovation. Associated Countries. Available at: http://ec.europa.eu/research/participants/data/ref/h2020/grants_manual/hi/3cpart/h2020-hi-list-ac_en.pdf

[xxvi]        Impact Hub Gmbh, Impact Hubs Around the World. Available at: http://www.impacthub.net/where-are-impact-hubs/

[xxvii]       ETUC, 01 December 2016. Press Release: “EU and Georgian trade unions issue joint call for workers’ rights”. Available at: https://www.etuc.org/press/eu-and-georgian-trade-unions-issue-joint-call-workers-rights#.WpgcL0a_i70

[xxviii]      RFE/RL’s Azerbaijani Service, 27 December 2014. “RFE/RL Baku Staff Called For Questioning One Day After Bureau Raid”. Radio Free Europe/Radio Liberty. Available at: https://www.rferl.org/a/media-watchdog-condemns-raid-on-rferl-baku-office/26765074.html

[xxix]        Levitsky, S., Way, L., 2010. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. Cambridge: Cambridge University Press

[xxx]   EESC, n.a., “The EU-Ukraine Civil Society Platform”. Available at:  https://www.eesc.europa.eu/en/sections-other-bodies/other/eu-ukraine-civil-society-platform

 

Ədəbiyyat Siyahısı

Administrative Department of the President of the Republic of Azerbaijan, Presidential Library. n.d. Azerbaijan in the International Arena. Available at: http://files.preslib.az/projects/azerbaijan/eng/gl8.pdf

Aliyeva, L., 16 January 2014. “EU-Azerbaijan: Driven by strategic importance, lacking value-based impact”. Heinrich Boll Stiftung South Caucasus. Available at: https://ge.boell.org/en/2014/01/16/eu-azerbaijan-driven-strategic-importance-lacking-value-based-impact

Council of Europe, 25 October 2017. Press Release. Ilgar Mammadov case: Council of Europe notifies Azerbaijan of intention to launch a special procedure for the execution of the judgment. Ref. DC 149(2017). Available at:   https://search.coe.int/directorate_of_communications/Pages/result_details.aspx?ObjectId=09000016807612e4

ECHR, Registrar of the Court, 22 May 2014. Press Release: “Arrest and extended detention of opposition politician following critical blog post was unjustified”. No. 144. Available at: https://hudoc.echr.coe.int/eng-press#{%22itemid%22:[%22003-4767289-5801220%22]}

EEAS, EU-Azerbaijan relations. Factsheet. Bruxelles, 01/11/2017 – 15:08, UNIQUE ID: 160621_3. Available at: https://eeas.europa.eu/headquarters/headquarters-homepage_en/4013/EU-Azerbaijan%20relations

EESC, n.a., “The EU-Ukraine Civil Society Platform”. Available at:  https://www.eesc.europa.eu/en/sections-other-bodies/other/eu-ukraine-civil-society-platform

EITI, 09 March 2017. Board Decision, Reference: 2017-15/BM-36/BP-36-5-A. Available at: https://eiti.org/BD/2017-15

EITI, 26 October 2016. Board decision on the Validation of Azerbaijan, Decision reference: 2016-23/BM-35/BP-35-5-A. Available at: https://eiti.org/BD/2016-23

EITI, 8-9 March 2017. Azerbaijan: Assessment of progress with corrective actions 1(i-iii), Board Paper 36-5-A. Available at: https://eiti.org/document/azerbaijan-assessment-of-progress-with-corrective-actions-1iiii

Emerson, M., Nouthceva, G., Popescu, N. 21 March 2007.“Two Years on: Time indeed for an ‘ENP plus’”, CEPS, Policy Brief, No. 126. Available at SSRN: https://ssrn.com/abstract=1334611

ETUC, 01 December 2016. Press Release: “EU and Georgian trade unions issue joint call for workers’ rights”. Available at: https://www.etuc.org/press/eu-and-georgian-trade-unions-issue-joint-call-workers-rights#.WpgcL0a_i70

European Commission. Directorate-General for Research & Innovation. Associated Countries. Available at: http://ec.europa.eu/research/participants/data/ref/h2020/grants_manual/hi/3cpart/h2020-hi-list-ac_en.pdf

Freedom House, Nations in Transit 2017, Azerbaijan Country Report. Available at: https://freedomhouse.org/report/nations-transit/2017/azerbaijan

Freedom Now, Human Rights House Network, May 2015.“Breaking point in Azerbaijan: Promotion and glamour abroad, Repression and imprisonment at home”. Available at: http://humanrightshouse.org/Articles/20947.html

GUAM, 10 October 1997. Joint Communique of the Meeting of the President of Azerbaijan, Georgia, Moldova and Ukraine. Strasbourg, France. Available at: https://guam-organization.org/en/joint-communique-of-the-meeting-of-the-president-of-azerbaijan-georgia-moldova-and-ukraine-strasbourg-october-10-1997/

Human Rights Watch, 1 September 2013. Tightening the Secrews. Azerbaijan’s crackdown on Civil Society and Dissent. Available at: https://www.hrw.org/report/2013/09/01/tightening-screws/azerbaijans-crackdown-civil-society-and-dissent

Human Rights Watch, 20 October 2016. Harassed, Imprisoned, Exiled. Azerbaijan’s Continuing Crackdown On Government Critics, Lawyers, and Civil Society. Available at: https://www.hrw.org/report/2016/10/20/harassed-imprisoned-exiled/azerbaijans-continuing-crackdown-government-critics

Impact Hub Gmbh, Impact Hubs Around the World. Available at: http://www.impacthub.net/where-are-impact-hubs/

Kamrava, M., eds. 2017. The Great Game in West Asia: Iran, Turkey and the South Caucasus. Oxford: Oxford University Press, p. 164-165

Kazimov, S. 26 October 2015. “Parlament seçkilərindən nə gözləyək?”, BBC Azerbaijan, Available at: http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151026_parliament_elex_analysis

Levitsky, S., Way, L., 2010. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. Cambridge: Cambridge University Press

OGP, 18 May 2015. Statement on the Government of Azerbaijan’s Participation in OGP. Available at: https://www.opengovpartnership.org/stories/statement-on-government-of-azerbaijan-s-participation-ogp

OGP, 29 June 2017, News: “Azerbaijan to Maintain its Inactive Status in the Open Government Partnership “. News. Available at: https://www.opengovpartnership.org/about/news-and-events/azerbaijan-maintain-its-inactive-status-open-government-partnership

OGP, 4 May 2016. MEDIA BRIEFING: “Azerbaijan made inactive in Open Government Partnership”. Available at: https://www.opengovpartnership.org/stories/media-briefing-azerbaijan-made-inactive-open-government-partnership

PACE, Resolution 2185 (2017). Azerbaijan’s Chairmanship of the Council of Europe: what follow-up on respect for human rights?. Available at: http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6824&lang=2&cat=8

Remezaite, R., Dahlsen, J., 28 February 2018. “Explainer: Council of Europe Infringement Proceedings against Azerbaijan”, Meydan TV. Available at: https://www.meydan.tv/en/site/politics/27617

Rettmann, A., 27 September 2013. “Azerbaijan and EU race to agree ‘modernisation’ pact”. EU Observer, News, Foreign Affairs, Available at: https://euobserver.com/foreign/121592.

RFE/RL’s Azerbaijani Service, 27 December 2014. “RFE/RL Baku Staff Called For Questioning One Day After Bureau Raid”. Radio Free Europe/Radio Liberty. Available at: https://www.rferl.org/a/media-watchdog-condemns-raid-on-rferl-baku-office/26765074.html

Transparency Azerbaijan, 14 June 2015. “Avropa İttifaqı ilə assosiyasiya sazişi bizim maraqlarımıza uyğun gəlmir”. News. Available At: http://transparency.az/cnews/avropa-ittifaqi-il%C9%99-assosiasiya-sazisi-bizim-maraqlarimiza-uygun-g%C9%99lmir/