fbpx

ARAŞDıRMA

ARAŞDıRMA

İcbari tibbi sığortanın tətbiqi: prosesin görünən və görünməyən tərəfləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ötən il ölkəmizin sosial-iqtisadi həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri kimi, heç şübhəsiz, icbari tibbi sığortanın ölkənin bütün ərazisində tətbiqini qeyd etmək olar. Sovet dövründən qalma əsasən dövlət maliyyələşdirilməsinə əsaslanan səhiyyə sistemindən icbari tibbi sığortaya əsaslanan səhiyyə sisteminə keçid cəmiyyətin, demək olar, bütün təbəqələrinin maraqlarına və rifahına təsir göstərən geniş miqyaslı, mürəkkəb və müəyyən dərəcədə ağrılı baş verən sosial-iqtisadi islahatlardan biridir. Belə miqyaslı dəyişikliklərin taleyi və nəticəsi həlledici dərəcədə həm islahatların yol xəritəsinin nə dərəcədə detallı hazırlanması və ardıcıllıqla həyata keçirilməsindən, həm prosesdə bilavasitə iştirak edən tibbi heyətin həyata keçirilən dəyişiklikləri nə qədər anlamaları və dəstəkləmələrindən, həm də son benefisiarlar olan əhali təbəqələrinin prosesin gedişi ilə bağlı gözləntiləri və etimadından asılı olur.

Bakı Araşdırmalar İnstitutu icbari tibbi sığortanın tətbiqi prosesinin gedişini qiymətləndirmək, habelə əhalinin və tibb işçilərinin prosesə münasibətini və ondan gözləntilərini öyrənmək məqsədi ilə bu tədqiqatı həyata keçirib. Tədqiqat əhali arasında internet üzərindən keçirilən anket sorğusu, tibb işçiləri ilə keçirilən müsahibələr və islahatın həyata keçirilməsində bilavasitə iştirak edən rəsmi qurumlara göndərilən sorğular əsasında əldə edilən məlumatların təhlilinə əsaslanır. Müəyyən etdik ki: i) icbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin yaxşılaşacağı ilə bağlı əhalinin gözləntiləri hələlik aşağıdır; ii) müxtəlif səviyyəli tibb işçilərinin islahatların mahiyyəti, gedişi və gözlənilən nəticələrinə münasibətlərində anlamazlıq və qeyri-müəyyənlik hökm sürməkdədir; iii) islahatın həyata keçirilməsinə və ölkədə səhiyyə sisteminin işinin səmərəli təşkilinə məsul qurumlar islahatların başa çatdırılması və səhiyyə sisteminin inkişaf perspektivləri ilə bağlı sistemli şəkildə işlənilmiş yol xəritəsinə malik deyillər.

Tədqiqatla tanış olmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz

İcbari tibbi sığortanın tətbiqi: prosesin görünən və görünməyən tərəfləri

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.