fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Diskurs nəzəriyyəsi və siyasi analizə giriş

Unsplash-Romain V
Read this article on other language
Download article
image_pdf
image_pdf

Poststrukturalist nəzəriyyələr və onlara əsaslanan siyasi təhlil Azərbaycan kontekstinə əsasən yaddır. Baxmayaraq ki, bu nəzəriyyələrin tətbiqi Azərbaycanda mövcud olan həm siyasi, həm sosial, həm də mədəni məsələləri daha yaxşı anlamağımıza kömək edə bilər, belə yanaşmalar fraqmentar olaraq qalmaqdadır. Bu sahədə kifayət qədər tanınmış müəlliflərdən olan Devid Hovart və Yannis Stavrakakisin “Diskurs nəzəriyyəsi və siyasi analiz” kitabına yazdığı giriş fəsli poststrukturalizmə aid olan diskurs nəzəriyyəsinin əsas anlayışlarını və köklərini açıqlayır. Diskurs nəzəriyyəsi ilə maraqlanan azərbaycandilli oxucular üçün bu məqalənin tərcüməsinin faydalı olacağını düşünürük.

Bu kitab humanitar və sosial elmlərdə diskurs konsepti və diskurs nəzəriyyəsinə yönəlmiş artan marağa cavab verir.[1] Mövcud çoxsaylı araşdırmalara baxmayaraq, burada məsələyə fərqli bucaqdan baxış nəzərdə tutulub. <…>  Sözügedən nəzəri yanaşma hər nə qədər pozitivist, biheviorist və essensialist paradiqmaların tənqidini qəbul etsə də, məqsəd yalnız nəzəri səviyyədə qalmaq deyil. O cümlədən rasionallıq və elmə fikir verməyib, vacib metodoloji və epistemoloji məsələlərdən yan keçmək də məqsədlərimizə daxil deyil. Bunun əvəzinə, məqsədimiz mümkün olduğu qədər bu yanaşmalar arasında yaxınlıq aşkar etmək, həm də sosial və siyasi aləmin məqbul və empirik olaraq özünü doğrultmuş izahını tapmağa çalışmaqdır.[2]

Daha dəqiq, bu yeni yaranmış yanaşma əsasən siyasi məsələlərin analizinə yönlənib. Bunun xüsusi vacibliyi ona görədir ki, “yeni diskursiv araşdırmalara” verilmiş töhfələr, bəzi vacib istisnaları çıxmaqla, ənənəvi siyasi nəzəriyyə və politoloji mövzulara toxunmayıb.[3] Məsələn, diskurs analiz haqda yenicə nəşr olunmuş kitaba sosioloqlar, antropoloqlar və mədəniyyət   nəzəriyyəçilərin verdikləri töhfələr daxil edilərək, diskursiv metodların geniş sosial proseslərə tətbiq edilməsi təsdiqləndiyi bir halda, siyasi analiz haqda esse daxil edilməyib.[4] Beləliklə, seçicilərin davranışı və siyasi qərar qəbuletmə kimi siyasi elmin ənənəvi mövzularını saymasaq, populist və millətçi ideologiyaların analizi, yeni sosial hərəkatların diskursları, sosial kimliklərin siyasi konstruksiyası, hegemonik mübarizə növləri, kollektiv hərəkətlərin fərqli məntiqləri, dövlət siyasətinin formalaşması və tətbiqi, siyasi institutların yaranması və ləğvi haqda analitik məlumat azdır və ya heç mövcud deyil.[5]

Günümüzdə baş verən çox böyük dəyişikliklərə layiqli qiymət vermək çətin olsa da, getdikcə qloballaşan dünya siyasətində paradiqmatik nümunələri sezmək mümkündür. Təsadüfi seçsək, “Ruanda”, “Kosovo”, “Avropa Birliyi”, “Tyananmen meydanı”, “Nelson Mandela”, “Qlobal istiləşmə”, “Üçüncü Yol”, “Yeni Dünya Düzəni” kimi işarələyənlər radikal etnik və milli kimliklərin sürətlə güclənməsini, yeni sosial hərəkatların artmasını və təməl siyasi miflərin və kollektiv təsəvvürlərin yox olmasını təsdiq edirlər. Kimliklərin formalaşması, yeni ideologiyaların yaranması, sosial hərəkatların məntiqi və toplumların müxtəlif sosial təsəvvürlər tərəfindən strukturlaşması diskurs nəzəriyyəsinin əsas araşdırma obyektləridir. <…>

Giriş fəslinin məqsədi kitabda istifadə olunmuş nəzəri çərçivənin əsas elementlərini izah etməkdir. Fəsil 4 hissədən ibarətdir. Əvvəlcə biz diskurs nəzəriyyəsinin əsas məqamlarını izah edirik. Daha sonra diskurs nəzəriyyəsinin yaranmasını və inkişafını, onun dominant sosial elmi araşdırmalardan fərqliliklərini nəzərdə tutaraq izləyirik. Üçüncü hissədə biz yanaşmanın əsas konseptlərini və məntiqini təqdim edirik. <…>

Diskurs nəzəriyyəsinin əsas məqamları

Diskurs nəzəriyyəsinə görə, bütün obyektlər və hərəkətlər mənalıdır və onların mənaları tarixi spesifik iqtidar sistemləri tərəfindən müəyyən olunur. Məsələn, tikilməsi təklif edilən avtomobil yolunda mövcud olan meşəni təsəvvür edək. O, yeni yol sisteminin tezliklə yaradılması üçün arzuolunmaz maneə kimi müəyyən edilə və ya alimlər və təbiətşünaslar üçün xüsusi əhəmiyyət kəsb edən ərazi kimi görülə, yaxud təhlükə altında olan xalqın mirası, simvolu səviyyəsinə qaldırıla bilər. İstənilən halda, məna onun kimliyini və önəmini formalaşdıran diskursun qaydalarından asılıdır. İqtisadi modernizasiya diskurslarında ağaclar davamlı iqtisadi inkişaf və rifah üçün birdəfəlik istifadə vasitəsi (və ya əngəl) kimi göründüyü halda, ətraf mühitin qorunması diskurslarında onlar canlı eko-sistemin vacib komponentləri və ya daxili dəyər və gözəllik obyektləri kimi görülə bilər. Bu diskursların hər biri sosial və siyasi konstruksiyadır, onlar müxtəlif obyektlər və praktikalar arasında əlaqə sistemi yaradırlar, eyni zamanda onlar sosial agentlərin özlərini identifikasiya etmələri üçün pozisiyalar (subyekt pozisiyaları) təklif edirlər. Bizim misallarda bu “inkişaf tərəfdarları”, “təbiətçilər”, “ətraf mühit müdafiəçiləri” və ya “ekoloji aktivistlər” kimi subyekt pozisiyaları ola bilər. Bundan əlavə, siyasi proyekt dominant olmaq və ya məna sahəsi təşkil etmək üçün çalışacaq ki, müxtəlif diskursları birləşdirsin və nəticədə obyektlərin və praktikaların kimliklərini müəyyən şəkildə bərkitsin.

İlk növbədə diskurs nəzəriyyəsi sosial praktikaların sosial reallığı formalaşdıran diskursları necə artikulyasiya etməsi və sorğulamasını araşdırır. Bu praktikalar ona görə mümkündür ki, məna sistemləri şərtidir (contingent) və heç vaxt məna sahəsini tam olaraq yox edə bilməzlər. Bu mürəkkəb iddiaları açmaq və aydınlaşdırmaq üçün bizim diskursivlik, diskurs və diskurs analiz anlayışlarına işlək definisiya vermək ehtiyacımız var.[6] Diskursivlik içində bütün var olan obyektlərin formalaşdığı nəzəri üfüq kimi müəyyənləşdirilə bilər.[7] Başqa sözlə, bütün obyektlər diskursun obyektləridir, çünki onların mənaları sosial konstruksiya edilmiş qaydalar sistemi və əhəmiyyətli fərqliliklərdən asılıdır. Diskursivliyin mənalı praktikalar üfüqi və əhəmiyyətli fərqliliklər ideyası hər şeyi diskursa gətirib çıxarmır və dünyanın varlığı haqda skeptik yanaşmaya yön vermir. Əksinə, o, məna daşıyan praktikalar və obyektlər dünyasına daxil olduğumuz iddiası ilə skeptisizm və idealizmdən yan keçir. Beləliklə, ekstradiskursiv (diskursdan kənar) perspektivdən dünyadan qaçış və onun konseptualizasiyası cəhdlərini məntiqi olaraq özü-özünə zidd görülür.[8] Laklau və Muffun tez-tez gətirilən sitatlarında dedikləri kimi:

“Bütün obyektlərin diskursun obyektləri kimi formalaşması faktının düşüncədən kənar dünyanın var olub-olmaması sualı və ya realizm/idealizm müxalifliyi ilə heç bir əlaqəsi yoxdur. Zəlzələ və ya kərpicin düşməsi hadisəsi dəqiq olaraq var, o mənada ki, bu mənim iradəmdən asılı olmayaraq bu yerdə və bu zaman baş verir. Ancaq onların obyektlər kimi spesifikliyi onların “təbii hadisə” və ya “Allahın qəzəbinin ifadəsi” kimi necə formalaşdırılması diskursiv sahənin strukturlaşmasından asılıdır. İnkar olunan bu cür obyektlərin düşüncənin zahirində mövcudluğu deyil, daha çox onların obyektlər kimi diskursiv yaranma şərtlərindən başqa yol ilə məna qazanması iddiasıdır”.[9]

Haydeggerin terminologiyasından istifadə edərək desək, insanlar məna daşıyan diskursların və praktikaların içinə “atılıblar” və onların içində yaşayırlar, obyektlər bundan kənar yaradıla və düşünülə bilməzlər.[10]

Biz diskurs və ya diskurslar deyəndə, subyektlərin və obyektlərin kimliklərini formalaşdıran mənalı praktikalar sistemlərini nəzərdə tuturuq.[11] Bu cür yüksək abstraksiya səviyyəsində diskurslar konkret sosial münasibətlər və praktikalar sistemidir və özü-özlüyündə siyasidirlər, çünki onların formalaşması özündə antaqonizmin formalaşması və “daxil edilənlər” ilə “daxil edilməyənlər” arasında siyasi sərhədləri müəyyən edən radikal institutlaşma aktıdır. Əlavə olaraq, onlar hər zaman özlərində güc ehtiva edirlər, çünki diskursların formalaşması müəyyən mümkünlüklərin xaric edilməsi və strukturlaşma nəticəsində sosial agentlər arasında münasibətləri təyin edir.[12] Bundan başqa, diskurslar şərtidirlərtarixi konstruksiyadırlar, onlar hər zaman içlərinə daxil edilməmiş siyasi güclərə və onların idarəçiliyinə tabe olmayan hadisələrin sarsıdıcı effektlərinə həssasdırlar.[13]

“Siyasi diskurs” dedikdə nəzərdə tutduğumuza misal Stüart Holl və digərlərinin “tetçerizm” analizidir.[14] Holl tetçerist diskursun formalaşmasında bir-birindən fərqli ideoloji elementlərin necə bir yerdə artikulyasiya olunmasını göstərir. Bu özündə bir tərəfdən ənənəvi Mühafizəkar Partiyanın qanun və qayda, “ingilislik”, ailə, ənənə və vətənpərvərlik haqda dəyərlərini, o biri tərəfdən isə klassik liberalizmin azad bazar və homo economicusunu birləşdirir. Bundan əlavə, o, bu elementlərin bir yerə gətirilərək Mühafizəkar Partiya və onun dəstəkçiləri arasında (“Yaşlar” və “Qurular”) və onlara qarşı krizis vəziyyətində olan sosial-demokratiya diskursunun və onun radikal dəyişilməyə məruz qalmasını dəstəkləyənlər arasında siyasi sərhədlərin necə yaradılmasını göstərir. Hollun yanaşması ilə bizim yanaşma arasında fərq onun müxtəlif ideoloji, sosioloji və iqtisadi və ya siyasi-sosial praktikalar arasında ontoloji fərqlər qoymasıdır. Ondan fərqli olaraq, diskurs nəzəriyyəçilərinə görə, bütün sosial praktikalar və obyektlər diskursiv mahiyyət daşıyır, ideoloji praktikaların sadəcə fərqli bir sahə və ya “bölgə” formalaşdırdıqları ideyası inkar edilir. Buna görə də, məsələn, siyasi, iqtisadi və ideoloji praktikalar arasında fərqliliklər praktiki və analitikdir, diskurs kateqoriyasının ayrılmaz hissəsidir. Bunu ona görə qeyd etmək vacibdir ki, bu, bizim yanaşmamızı digər diskurs konseptindən istifadə edən və diskursu siyasi icmaların, siyasətçilərin və ya sosial hərəkatların paylaşdığı ideyalar və inanclar sistemi kimi dəyərləndirən siyasi analitik yanaşmalardan fərqləndirir.[15]

Diskurs analiz empirik xam materialın və məlumatın diskursiv formalar şəklində aparılan analitik praktikasına verilən addır. Bu o deməkdir ki, diskurs analizlə məşğul olan şəxs linqvistik və qeyri-linqvistik geniş data ilə işləyir – məsələn, nitqlər, bəyanatlar, manifestlər, tarixi hadisələr, intervülr, siyasi sənədlər, ideyalar və hətta təşkilatlar və institutlarla, o halda ki, onlar “mətnlər” və ya “yazılanlar” kimi başa düşülsün (Derridanın “mətndən kənar heç nə yoxdur” mənasında[16]). Başqa sözlə, empirik data “diskursu” və onun “reallığını”[17] formalaşdıran mənalı praktikalar toplusu kimi görülür, bununla da subyektlərə obyektlər, sözlər və praktikalar dünyasında təcrübə qazanmaq imkanı verilir. Bu, diskurs nəzəriyyəçilərinə imkan verir ki, diskurs nəzəriyyəsinin ontoloji fərziyyələrinə uyğun gələn linqvistik və ədəbi nəzəriyyəyə aid texnikalardan və metodlardan istifadə olunsun və inkişaf etdirilsin.[18] Bu alətlər Derridanın dekonstruksiya metodunu, Fukonun arxeoloji və geneoloji yanaşmalı diskurs analizini, ritorik və trop nəzəriyyəsini, Sassürün dilin paradiqmatik və sintaqmatik cəhətlərə bölgüsünü, Yakobsonun metafor və metonimiya konseptlərini (xüsusən də Lakanın yenidən formalaşdırdığı kimi), Laklau və Muffun bərabərləşdirici və fərqlilik məntiqlərini daxil edir.[19]

Bu münasibətlə yaranan sual diskurs nəzəriyyəsinin empirik keyslərdə istifadəsidir. Diskurs nəzəriyyəsi perspektivindən bu problem nəzəriyyəçilik və empirisizm tələlərinə düşməmək ətrafında aydınlaşır. Qısaca olaraq, diskurs nəzəriyyəçiləri nəzəri çərçivənin mərkəzi rolunu və metod ilə araşdırma obyektlərini limitləməsini qəbul etsələr də, eləcə də xam empirisist və pozitivist yanaşmanı inkar edirlər, beləliklə də hər ayrı empirik keysin diskurs nəzəriyyəsinin öz abstrakt nəzəri konseptlərinə və məntiqlərinə görə kateqoriyalaşmasının qarşısını alırlar. Başqa sözlə, daha əvvəl mövcud olmuş nəzəriyyəni empirik obyektlərə tətbiq etmək əvəzinə, diskurs nəzəriyyəçiləri öz konseptlərini hər bir ayrı araşdırma keysində artikulyasiya etməyə çalışırlar.[20] Bu konsepsiyaya uyğun hal odur ki, araşdırmanın hazırlanması zamanı nəzəri çərçivəyə aid olan anlayışlar və məntiq gərək kifayət qədər açıq və istifadə üçün rahat olsun, istifadə prosesinə uyğun vəziyyətə gətirilsin.[21] Sözü gedən konsepsiya cəmiyyət haqda essensialist və reduksionist görüşləri qəbul etmir, çünki belə olduqda araşdırmanın nəticəsi əvvəlcədən müəyyənləşdirilir və fenomenin innovativ tərifinin qarşısı alınır. Bu, həm də araşdırma proqramının orqanik inkişafını istisna edir, çünki o, yeni empirik keyslərin başa düşülməsinə və izah edilməsinə yönəlib.

Diskurs nəzəriyyəsi və siyasi analizə meynstrim yanaşmalar

Diskurs nəzəriyyəsinin yaranması və inkişafı sosial elmlərdə mövcud araşdırma paradiqmasında olan bir sıra zəifliklərlə bağlı olub. Bununla belə, diskurs nəzəriyyəsində sadələşdirilmiş bihevioral, rasioanalist və pozitivist yanaşmalar inkar edilsə də, marksizmə, sosial konstruktivizmə və Maks Veberin və başqalarının inkişaf etdirdiyi interpretativ sosial elmlər modellərinə qarşı tənqidi münasibət göstərməyə çalışır. Beləliklə, o, siyasi agentivlik və sosial strukturlar arasında əlaqə, maraqların və kimliklərin sosial hərəkətlənmədə rolu, mənaların və praktikaların qarşılıqlığı, sosial və tarixi dəyişikliklər haqda yeni düşüncə tərzi təklif edir. Başlanğıcda diskurs nəzəriyyəsi klassik marksizmin sinfi reduksionizmini və iqtisadi determinizmini tənqid edir. Qramşi və Altüsser tərəfindən marksist anlamda siyasət və ideologiya konseptlərinin yenidən işlənməsini radikallaşdıraraq və poststrukturalizmin dil tənqidinə söykənərək, o, bütün kimliyin sinfi varlığa endirən marksist ontologiyanı dekonstruksiyaya məruz qoyur və əlaqəli diskurs konseptini irəli sürür.[22] Bunu edərək, diskurs nəzəriyyəsi cəmiyyəti simvolik quruluş kimi görür, hansında ki sosial antaqonizmlər və struktur böhranlar iqtisadi proseslərin və əlaqələrin müəyyən etdiyi siniflər səviyyəsinə endirilə bilməz.[23] Bu həm də onu nəzərdə tutur ki, diskursiv sahədə yerləşən bütün ideoloji elementlər sinfi varlıq tərəfindən sabitləşdirilməkdən daha çox təsadüfi və şərtidir və heç bir fundamental sosial agentivlik və ya siyasi proyekt tarixi dəyişiklik prosesini özü-özlüyündə əvvəlcədən müəyyən etmir. Əvəzində, diskurs nəzəriyyəsi hegemoniya, antaqonizm və dislokasiya kimi siyasi anlayışların və məntiqlərin üstünlüyü ətrafında qurulmuş alternativ konseptual çərçivə ortaya qoyur.

Əlavə olaraq, biheviorizmin hermenevtik tənqidinə söykənərək, diskurs nəzəriyyəsi həm məna və onun interpretasiyasının, həm də obyektiv siyasi davranışın və hərəkətin kobud fərqləndirilməsinə qarşı çıxır. Veber, Teylor, Vinç və Vitqenştaynın mətnlərinə arxalanaraq diskurs nəzəriyyəsi mənanın, interpretasiyanın və praktikaların bir-birinə ayrılmaz şəkildə bağlı olmasını vurğulayır.[24] Bununla birlikdə diskurs nəzəriyyəçiləri yalnız sosial aktorların öz sözlərini necə başa düşmələri ilə maraqlanmırlar, bu halda tədqiqat obyekti sosial hərəkətləri yaradan sosial agentlərə bağlı olardı. Diskursların subyektlərin və obyektlərin kimliklərini formalaşdıran bir-birinə bağlı məna və praktikalar sistemləri olduqları üçün maraq obyekti daha çox ictimai həyatı təşkil edən strukturların yaranması, dağılması və transformasiyaya məruz qalmasıdır. Sözügedən hermenevtik yönlənmənin nəticəsində nəzəriyyənin onun izah etməyə yönləndiyi reallıqdan tam və obyektiv olaraq ayrılmasına imkan vermir, çünki nəzəri praktikalar sosial sahələrin tərkib hissələridir (və onlar tərəfindən formalaşır), təqdiqatın subyekti və obyekti də bu sosial sahələrdə peyda olur. Ən azından sosial elmlərdə bu obyektiv elmi izahla subyektiv hermenevtik təsvir və anlama arasında “müqəddəsləşmiş” fərqləndirmənin zəiflədiyini göstərir.[25]

Diskurs nəzəriyyəçiləri həm də sosial aktorların özlərinə aid maraqları və nələrə üstünlük vermələrini nəzərdə tutan və ya sosial sistemlərin rasional (və ya irrasional) işləməsinə fokuslanan siyasi analizə rasional yanaşmaları qəbul etmirlər. Siyasətin bu cür konsepsiyalarına əsasən agentlərin hərəkətləri onların iqtisadi maraqlarına əsaslanaraq həm izah edilə bilər[26], həm də proqnozlaşdırıla bilər, güc və hökmranlıq münasibətləri isə sosial agentlərin öz “real maraqlarını” hesablamaq və onlara görə hərəkət etməkdə uğursuz olmalarına əsaslanaraq nəticə çıxarıla bilər.[27] Bənzər şəkildə sosial sistemlər ya funksional baxımdan bir-biri ilə əlaqəli elementlərdən ibarət olması, ya da daim böhranda olan və əvvəlcədən müəyyən edilmiş şəkildə dəyişdirilən daxili ziddiyyətli qurumlar kimi nəzərdə tutulur. Bu yanaşmalara əks olaraq, diskurs nəzəriyyəçiləri sosial sistemlərin tarixi dəyişkənliyini və “struktural mümkünsüzlüyünü” vurğulayırlar, həm də sosial agentivliyin essensialist konsepsiyasını rədd edirlər. Əvəzində sosial sistemlər və agentlər siyasi praktikalar nəticəsində daim tarixi və sosial dəyişikliyə məruz qalan sosial konstruksiyalardır. Beləliklə, diskurs nəzəriyyəçisinin əsas məqsədi tarixi və sosial dəyişikliyin siyasi faktorlara və məntiqə müraciət edərək müəyyənləşdirilməsi və izah edilməsidir.

Son olaraq, diskurs nəzəriyyəsi sərt şəkildə pozitivist və naturalistik bilik və metod konsepsiyalarına qarşı durur. O, qəti şəkildə empirik ümumiləşdirməyə əsaslanan və daha sonra empirik proqnozlaşdırmaya əsas verən cəmiyyətin və siyasətin elmi qanunlarının aşkarlanması axtarışlarını inkar edir.[28] Bundan əlavə, o, nəzəriyyənin və empirik təsvirin ancaq test yolu ilə problemsiz təsəvvür edilən obyektiv reallığa uyğunluğunu ölçən naiv həqiqət konsepsiyasını rədd edir.[29] Artıq təklif etdiyimiz kimi, diskurs nəzəriyyəsi öz başlanğıcını sosial təqdiqatların interpretativ metodlarından götürür, hansılar ki diskursların yaranması və məntiqlərinin anlaşılması və izah edilməsinə fokuslanır, həm də sosial agentlərin sosial konstruksiya edilmiş kimliklərinə nəzər yetirir. Ancaq bu yaradılan və qiymətləndirilən empirik material adına “hər şey gedər”[30] yanaşmasına gətirib çıxarmır. Onun həqiqiliyi və ya uydurma olmasının izahı qismən diskurs nəzəriyyəsinin konseptlər və məntiq sisteminə aid olsa da (hər hansı digər empirik araşdırmada olduğu kimi), burada təcrübənin son hökmü onun diqqətlə problemləşdirilmiş fenomenlərin sosial tədqiqatçılar üçün doğruluq və inandırıcılığa uyğunluq dərəcəsidir. Sonda, bəzən relyativizmdə ittiham edilməyə qarşı olaraq [31], diskurs nəzəriyyəsi həm də faktların və dəyərləndirmənin sərt fərqləndirməsini inkar edir və diskurs nəzəriyyəçisinin və analitikin təsvir etmək, iddia etmək və qiymətləndirmək üçün heç bir neytral Arximed nöqtəsinin olmadığı müəyyən tarixi və siyasi kontekstə aid olmasını qəbul edir.[32]

Diskurs nəzəriyyəsinin əsas anlayışları və məntiqləri

Artikulyasiya, diskurs, düyün nöqtələri və boş işarələyənlər                                                            

Daha əvvəl qeyd edildiyi kimi, diskurs nəzəriyyəsi diskursiv sahədə əlçatan olan bir sıra şərti mənaverici elementləri bir yerdə artikulyasiya edərək, sosial praktikaların sistematik olaraq subyektləri və obyektləri necə müəyyən etdiyini araşdırır. Əlavə olaraq, diskurs nəzəriyyəsi bütün sosial kimliklərin şərti və təsadüfi olmasını qeyd etdiyi bir halda, həm də onu da iddia edir ki, mənaların qismən olaraq fiksasiyası həm mümkündür, həm də labüddür.[33] Belə olan halda, o, sosial dəyişiklik üçün imkan yaradır və bütün mümkün kəsilmələri nə essensial məntiqə gətirib çıxarır, nə də mənaların davamlılıq və fiksasiyanın mümkünlüyünü rədd edir. Diskurs anlayışından başqa Laklau və Muff sözügedən kimliklər konsepsiyası üçün 4 əsas kateqoriya irəli sürürlər. Bu kateqoriyalar artikulyasiya, elementlər, momentlər və düyün nöqtələridir. Başlanğıcda, Laklau və Muff bütün kimliklərin işarəedici elementlərin artikulyasiyası və reartikulyasiyası nəticəsində yarandığını iddia edirlər. Beləliklə, artikulyasiyanı onlar “elementlər arasında münasibətlərin yaradılması və artikulyasiya praktikasının nəticəsində onların kimliklərinin dəyişməsi” adlandırırlar. Diskurs “artikulyasiya praktikası nəticəsində yaranmış strukturlaşmış totallıqdır”. Momentlər “fərqləndirici pozisiyalardır”, hansılar ki “diskurs çərçivəsində artikulyasiya edilirlər”, elementlər isə o fərqliliklərdir ki, “diskursiv olaraq artikulyasiya edilmirlər”, çünki onların mahiyyəti “üzəndir” və onlar bunu sosial krizis və dislokasiya periodlarında əldə edirlər.[34]

Bununla belə, Laklau və Muffun mütləq şərtiliyi və qismi fiksasiyanı qəbul etmələri onları paradoksal vəziyyətə salır. Əgər bütün sosial formalar şərtidirsə və əgər “elementlərdən momentlərə keçid heç vaxt tam baş tutmursa”[35], o zaman necə olur ki, hər hansı sosial kimlik və ya quruluş ümumiyyətlə, mövcud olur? Bu problemə birinci cavab özündə düyün nöqtələrini ehtiva edir, hansılar ki elementləri strukturlaşdıraraq, onları məna daşıyan momentlər sisteminə, yəni diskursa çevirirlər.[36] Beləliklə, düyün nöqtələri imtiyazlı işarələyənlər və ya diskursun referans nöqtələridir (Lakanın dilində “points de capsion[37]), hansılar ki müəyyən məna sistemini və ya “mənalar zəncirini” bir araya gətirirlər. Jijekin misalı ilə, kommunizm ideologiyasında bir sıra əvvəlcədən var olan və əlçatan olan işarələyənlər (demokratiya, dövlət, azadlıq və s.) düyün nöqtəsi struktural pozisiyası tutmuş “kommunizm” işarələyəni ətrafında artikulyasiya edilərək, yeni məna qazanırlar. Beləliklə, düyün nöqtəsinin daxil olması sayəsində bu elementlər kommunist diskursunun daxili momentlərinə çevrilirlər. Demokratiya “burjua” demokratiyasına müxalif olan “real” demokratiya mənasını əldə edir, azadlıq iqtisadi konnotasiya qazanır, dövlətin rolu və funksiyası isə transformasiyaya məruz qalır. Başqa sözlər, onların mənaları “kommunizm” düyün nöqtəsinə referans edilmələri sayəsində qismən fiksasiya edilir.[38]

<…>

Laklau son yazdığı mətnlərdə diskursiv strukturlaşmanın məntiqini inkişaf etdirir və “boş işarələyən” anlayışını irəli sürür. Daha əvvəl qeyd etdiyimiz kimi, diskurs nəzəriyyəsinə görə sosial sahə heç vaxt qapadıla bilməz, siyasi praktikalar isə bu bağlantı boşluğunu doldurmağa çalışırlar. Laklaunun qeyd etdiyi kimi, “cəmiyyətin bütövlüyü və universallığı mümkün olmasa da, onun buna ehtiyacı yoxa çıxmır: o, hər zaman özünü öz natamamlığı vasitəsilə göstərir”.[39] Başqa sözlə, sosial olanın tam qapadılması heç bir cəmiyyətdə mümkün olmasa belə, qapadılma və bütövləşmə ideyası (mümkünsüz) bir ideal vəziyyət kimi öz varlığını davam etdirir. Cəmiyyətlər beləliklə, bu cür (mümkünsüz) ideyalar ətrafında təşkilatlanır və mərkəzləşir. Bu ideyaların yaranması və işlək olmaları üçün vacib olan boş işarələyənlərin yaradılmasıdır. Bu paradoksal iddianı misalda göstərmək üçün Laklau Hobbsun gətirdiyi və radikal sosial iğtişaş və parçalanmanı nəzərdə tutan “təbii vəziyyət” misalını çəkir:

“Radikal iğtişaş vəziyyətində “asayiş” məchul olan kimi fəaliyyət göstərir, o, boş işarələyənə çevrilir, çünki o, qeyb olanı işarələyir. Bu mənada müxtəlif siyasi qüvvələr bu boşluğu doldurmağa iddialı olan səylərini irəli sürməklə rəqabət apara bilərlər. Nəyinsə hegemonizasiyası sırf bu doldurma funksiyasını yerinə yetirməkdir”.[40]

Beləliklə, siyasi diskursların artikulyasiyası yalnız düyün nöqtəsi kimi fəaliyyət göstərən boş işarələyənlərin ətrafında yaradıla bilər. Başqa sözlə, boşluq düyün nöqtəsinin təbii keyfiyyətidir, çünki bu, onun uğurlu hegemoniyası üçün vacib şərtdir.

Laklau asayiş misalını gətirsə də, digər işarələyənlər də eyni şəkildə fəaliyyət göstərə bilər. Bu iddianı ümumiləşdirərək o iddia edir ki, “müəyyən siyasi kontekstdə istənilən anlayış natamamlığın işarələyəni olanda eyni rolu oynayır. “Siyasət ona görə mümkündür ki, cəmiyyəti yaradan qeyri-mümkünlük özünü yalnız boş işarələyənlərin yaradılması ilə təmsil edə bilər”. [41]

Siyasətin prioritetliyi[42]

Buna baxmayaraq, bu həll, yəni düyün nöqtələrinin və boş işarələyənlərin konseptuallaşdırılması yenə də qismən fiksasiya edilmə hallarının necə yaranması və formalaşması sualını açıq saxlayır. Burada Laklau və Muff öz sosial ontologiyalarında siyasət qatının prioritetliyini qəbul edirlər. Diskurslar və onların vasitəsilə yaradılan kimliklər özlüyündə siyasidirlər və antaqonizmlərin formalaşması ilə güc tətbiqini ehtiva edirlər. Bundan əlavə, sosial sistemlərin fundamental siyasi xarakterə malik olmalarına görə onlar siyasi qurulma prosesindən çıxdaş edilmiş qüvvələrə qarşı həssasdırlar. Bu proseslər toplusu ətrafında Laklau və Muff siyasi diskurs nəzəriyyəsini işlək etməyə çalışırlar. Bunu edərkən onlar daha dərin aydınlaşdırılmasına ehtiyac olan sosial antaqonizm və hegemoniya konseptlərini, bərabərləşdirici və fərqlilik məntiqlərini irəli sürürlər.

Sosial antaqonizmlərin formalaşması və təcrübəsi diskurs nəzəriyyəsi üçün mərkəzi əhəmiyyət kəsb edir. Başlanğıcda, sosial antaqonizmlər sosial əlaqələrə barışmaz neqativlik qatırlar. Bu, ona görə baş verir ki, onlar sosial mənaların mübahisələndirildiyi və stabilləşmənin mümkün olmadığı cəmiyyətdə mövcud olan pik nöqtələrini aşkar edirlər. Beləliklə, antaqonizmlər sosial quruluşun sərhədlərə malik olduğunu sübut edirlər. <…>  Onlar differensial sistemdə kimliklərin artıq mümkün olmadığı və kənarda və ya quruluşun ən qırağında qalmış qüvvələr tərəfindən mübahisələndirilən nöqtələri göstərirlər.[43] Bunu etməklə onlar sosial obyektivliyin formalaşdırılması rolunu oynayırlar.[44] Antaqonizmlər sosial agentlərin əvvəlcədən formalaşmış olan maraqlarına və kimliklərinə endirilmədikləri üçün onların formalaşması və agentlər arası siyasi sərhədlərin yaradılması kimlikləri və sosial obyektivliyin özünü qismən formalaşdırırlar. Eyniliklə antaqonistik münasibətlərin formalaşması və şərti həlli tarixdə və cəmiyyətdə zəruri və müəyyənedici məntiqin mümkünlüyünün qarşısını alır. Lakançı dil ilə desək, antaqonizmlər sosial kimliklərin və obyektivliyin mərkəzində yerləşən çatışmazlığı aşkar edirlər.[45] Belə olduqda sosial məkan heç vaxt qapadıla bilməz və obyektiv bütövləşmiş mövcudluq olaraq təqdim edilə bilməz: “Sosial olanın limiti onun öz içində yerləşən, onun tam mövcudluq yaratma cəhdinə qarşı sarsıdıcı, dağıdıcı hissə kimi görülməlidir. Cəmiyyət heç vaxt bütövləşmiş cəmiyyət ola bilmir, çünki ona onun öz limitləri daxil olur və bu hal cəmiyyətin obyektiv reallıq kimi özünü formalaşdırmasının qarşısını alır”.[46] Bu mərkəzi əhəmiyyətə sahib qeyri-mümkünlük, daha əvvəl deyildiyi kimi, boş işarələyənin yaradılmasını vacib edir, onlar da öz növbəsində siyasi diskursların artikulyasiyasını və mənanın qismən fiksasiyasını mümkün edirlər.

Laklau və Muffun perspektivindən sosial antaqonizm nədir? Onlar israr edirlər ki, sosial antaqonizmlərin yaranma səbəbi sosial agentlərin öz kimliklərinə tam nail ola bilməmələridir. Beləliklə, antaqonizm ona görə yaranır ki, “Özgəsinin mövcudluğu mənim tam olaraq özüm olmağımın qarşısını alır. Münasibətlər tam totallıqlardan yox, onların bu cür formalaşmalarının mümkünsüzlüyündən yaranır”.[47]  Kimliklərin bu cür “bloklanması” həm antaqonistləşdirən qüvvə üçün, həm də antaqonizmə məruz qalan tərəf üçün ortaq təcrübədir: “Hər nə qədər antaqonizm varsa, mən özüm üçün tam mövcud ola bilmərəm. Ancaq eynisi mənim mövcudluğuma antaqonist olan qüvvəyə də aiddir: onun obyektiv varlığı mənim var olmamağımın simvoludur, beləliklə, o, tam pozitivlik olaraq fiksasiya olunmasının qarşısını alan mənalar çoxluğu ilə doldurulub”.[48] Bunu nəzərə alaraq diskurs analitikin məqsədi bu qeyri-mümkünlüyün müxtəlif formalarını və sosial agentlər tərəfindən kimliklərinin antaqonizm vasitəsilə blok olunma mexanizmlərini aydınlaşdırmaqdır.

<…>

Bərabərləşdirici və fərqlilik məntiqləri

Sosial antaqonizmlərin qurulmasını izah etmək üçün, Laklau və Muff antaqonistik münasibətlərin diskursiv münasibətlərə hansı yolla təhlükə yaratmalarını izah etməlidirlər. Əgər bu göstərilsə, o zaman neqativ kimliklərin var olmaları üçün məkan tapılmalıdır. Başqa sözlə, mövcud fərqliliklər sisteminə inteqrasiya olunmayan kimlik forması nəzəriyyə halına salınmalıdır. Bunu etmək üçün Laklau və Muff bərabərləşdirici məntiqi təqdim edirlər. Bu məntiq diskursiv sistemin tam inkarını ifadə edən bərabərləşdirilmiş kimliklər yaratmaqla fəaliyyət göstərir. <…>

Əgər bərabərləşdirici məntiq fərqliliklər sistemini parçalamaq və iki əks düşərgə arasında siyasi sərhəd qurmağa köklənibsə, fərqlilik məntiqi bunun tam əksini edir. O, mövcud bərabərləşdirici zəncirlərin mövcud fərqliliklər sistemini genişləndirməklə və həmin disartikulyasiya olunmuş elementləri ora daxil etməklə yox edir. Bərabərləşdirici məntiqdən istifadə edən proyekt sosial məkanı iki antaqonistik qütb ətrafında mənaları yığaraq bölmək istədiyi vaxtda, fərqlilik məntiqindən istifadə edən proyekt kəskin antaqonist qütbləşdirməni zəiflətməyə və dəyişməyə çalışır və bununla da bölünməni cəmiyyətin kənarlarına köçürməyə cəhd edir. <…>

Deyilənlər o nəticəyə gətirib çıxarmır ki, bərabərləşdirici və fərqlilik məntiqləri bir-birini inkar edir. Onların arasında hər zaman qarşılıqlı mürəkkəb münasibətlər mövcud olur, eyni ilə kimliklər və fərqliliklər, universallıq və xüsusilik arasında olan oyun kimi.[49] <…>

Subyekt pozisiyaları, dislokasiya və siyasi subyektivlik

Diskurs nəzəriyyəsində sosial agentlərin öz kimliklərini necə yaşadıqları və hərəkət etmələri məsələsi subyektivlik məsələsinə aiddir və çox vacibdir. Belə ki, diskurs nəzəriyyəsi subyekt pozisiyalarısiyasi subyektivlik anlayışlarını bir tərəfdən subyektlərin diskursiv strukturda pozisiyalarını ələ almaq, digər tərəfdən də subyektlərin agentivliyinə yer buraxmaq üçün fərqləndirir. Bu konsepsiyanın Laklau və Muffun yazılarında necə yaranmasını anlamaq üçün onların Altüsserin böyük təsirə malik subyekt nəzəriyyəsinə münasibətini diqqətə almaq lazımdır. Freyd və Lakana söykənərək və subyekti öz ideyalarının və dəyərlərinin təşəbbüskarı kimi görən və ya ona rasionallıq kimi essensial keyfiyyətlər yükləyən fenomenologiya, empirisizm və rasional seçim nəzəriyyəsinə müxalif olaraq Altüsser iddia edirdi ki, subyektlər konstruksiya edilir – ideoloji praktikalar tərəfindən interpelyasiya edilir və ya “çağırılır”. Başqa sözlə, individlər kim olduqları və cəmiyyətdə rollarının nə olması ilə bağlı məlumatı özlərini identifikasiya etdikləri müəyyən təhtəlşüur praktikalar, rituallar, adətlər və inanclar vasitəsilə əldə edirlər.[50] Buna baxmayaraq, Laklau və Muffa əsasən Altüsserin təsviri iki tərəfdən qeyri-qənaətbəxşdir. İlk olaraq ideoloji quruluşlara sosial quruluşun “qismən müstəqil” sahəsi münasibəti göstərilir, bu iddia diskursların bütün növ sosial praktikalara daxil olmasına ziddir. İkincisi, subyektləri ideoloji praktikalar formalaşdırır, hansılar ki öz növbələrində onların əsasında olan sosial strukturlar tərəfindən müəyyənləşdirilir. Bu sosial agentlərin müstəqilliyini daha əvvəldən mövcud olan sosial strukturların təsirlərinə qədər aşağı salır.

Başqa sözlə, Laklau və Muff Altüsserin birləşmiş və özlüyündə şəffaf olan, yəni öz ideyalarının və hərəkətlərinin mənbəyi olan subyekt ideyasının tənqidini qəbul etsələr və bununla da subyektlərin kimliklərinin diskursiv formalaşdığını tanısalar da, onlar Altüsserin determinist nəzərriyəsini qəbul etmirlər. Əksinə olaraq, onlar subyekt pozisiyalarınısiyasi subyektivliyi fərqləndirirlər.[51] Fukonun yazılarına söykənərək, subyekt pozisiyaları kateqoriyası diskursiv strukturda subyektlərə onların pozisiyalarını təyin edir.[52] Müəyyən maraqlara malik homogen subyekt anlayışından fərqli olaraq “konkret individ” bir sıra müxtəlif subyekt pozisiyasına sahib ola bilər. Müəyyən empirik agent istənilən vaxt özünü “qaradərili”, “orta sinif”, “xristian” və “qadın” olaraq identifikasiya edə bilər və ya o pozisiyaya yerləşdirilə bilər.[53] Subyekt pozisiyaları konsepti agentlərin bir çox formada sosial aktorlar olaraq istehsal olunmalarını nəzərdə tutursa, siyasi subyektivlik konsepsiyası sosial aktorların necə hərəkət etdiklərini nəzərə alır. Başqa sözlə, strukturalizmdə struktura agent üzərindən üstünlük verilməsini aşaraq və volüntarizmin agentə üstünlük verməsinə baxmayaraq, Laklau iddia edir ki, subyektin öz hərəkətləri ona kimlik qazandırmış diskursiv strukturların şərtiliyi və təsadüfiliyinə görə yaranır.

Deyilənlərə əsasən dislokasiya konseptini təqdim etmək olar, hansı ki diskursiv strukturların şərtiliyinin açığa çıxarılmasını nəzərdə tutur.[54] Sosial proseslər vasitəsilə, məsələn, kapitalist münasibətlərin sosial həyatın yeni sferalarına uzadılması ilə strukturun bu cür mərkəzsizləşdirilməsi) artıq mövcud olan kimliklərin sarsıdılmasına və subyektin kimliyində böhran yaranmasına səbəb olur.[55] Buna baxmayaraq, dislokasiyalar yalnız travmatik hadisələr demək deyil. Onların həm də produktiv tərəfi var. Laklaunun dediyi kimi, “onlar bir tərəfdən kimliyə təhlükə yaratsalar da, digər tərəfdən yeni kimliklərin formalaşması üçün əsas təşkil edirlər”.[56] Başqa sözlə, dislokasiyalar kimlikləri və diskursları dağıtsa belə, onlar məna səviyyəsində boşluq yaradırlar, hansı ki dislokasiyaya məruz qalmış strukturu yenidən bağlamağa cəhd edən yeni diskursiv konstruksiyaların yaranması üçün stimul təşkil edir. Qısaca, bu, strukturun və daha əvvəl gördüyümüz və bu cür strukturun parçası olan subyekt pozisiyalarının “müvəffəqiyyətsizliyidir”, hansı ki subyektlərə hərəkət etməyə və öz subyektivliyini yenidən qazanmağa “məcbur edir”.  <…>

Agentivliyin müzakirəsinə geri qayıdaraq siyasi subyekt nə struktur tərəfindən sadəcə təyin edilir, nə də ki özü onu formalaşdırır. Siyasi subyekt daha çox qərar verməyə məcbur edilir – sosial kimliklərin böhranda olduğu və strukturların yenidən qurulmalı olduğu vəziyyətdə müəyyən siyasi proyektlərlə və onların artikulyasiya etdikləri diskurslarla özünü identifikasiya etməli olur. Lakanın dili ilə desək, siyasi subyektivliyin yaranma səbəbi strukturda olan əksikliyin nəticəsidir. Stukturda olan bu əksiklikdir ki, subyektlərə onları simvolik quruluşda bu boşluğu doldura biləcək kimi görünən sosial konstruksiyalarla identifikasiya etməyə səbəb olur. Qısaca, identifikasiya prosesi siyasi subyektivlikləri yaradır və formalaşdırır. Formalaşdıqdan və stabilləşdikdən sonra onlar müəyyən keyfiyyətlərə və xüsusiyyətlərə sahib individləri “istehsal edən” subyekt pozisiyalarına çevrilirlər.  <…>

Hegemoniya, mif və sosial təsəvvür

İndiyə qədər biz diskurs nəzəriyyəsinin əsas ontoloji fərziyyələrini və konseptual innovasiyalarını açıqladıq və dislokasiyaların, sosial antaqonizmlərin sosial subyektlərin siyasi kimliklərinin formalaşdırılmasında mərkəzi rolunu qeyd etdik. İndi isə biz diskurs nəzəriyyəsi üçün digər mərkəzi konsept olan hegemoniyanı nəzərə almalıyıq. Diskurs nəzəriyyəsi üçün hegemonik praktikalar siyasi aktivliyin elə bir misalıdır ki, müxtəlif kimliklərin və subyektivliklərin ortaq proyektdə artikulyasiyasını özündə daşıyır, hegemonik quruluş isə bu proyektin müxtəlif dağılmış və dislokasiyalara məruz qalmış elementlər əsasında sosial quruluşun yeni formalarını yaratmaq cəhdidir. Daha əvvəl qeyd etdiyimiz kimi, bu konsepsiya Qramşinin hegemoniya konseptini radikallaşdırır. Leninin başa düşdüyü hegemoniya konsepsiyasına qarşı duraraq, yəni tarixin müəyyən etdiyi avanqard partiyanın inqilabi mübarizə üçün müvəqqəti sinfi alyanslar təşkil etməsi ideyasına qarşı olaraq Qramşi hegemoniyanı işçi sinfinin müxtəlif qüvvələri artikulyasiya etməsi kimi başa düşürdü, hansında ki işçi sinfi öz ümumi maraqlarını aşıb, “xalqın” və ya “millətin” universal maraqlarını təmsil edir. Qısaca olaraq, Qramşi üçün hegemoniya sadəcə olaraq siyasi strategiya aləti deyil, əksinə, yeni “sağlam düşüncənin” formalaşdırılmasını nəzərdə tutan ümumi siyasi məntiqdir. Bunu Qramşi “intellektual, mədəni və mənəvi” liderlik adlandırırdı və onun yeni yaranan tarixi bloku strukturlaşdıra biləcəyini bildirirdi.[57]

Öz konsepsiyalarını inkişaf etdirərək, Laklau və Muff Qramşinin mətnlərində qalmış essensialist iddiaları dekonstruksiya edirlər. Bu, “fundamental sosial sinfin” sosial dəyişiklikdə əsas rol oynaması təkididir və bütün cəmiyyətləri strukturlaşdıran “iqtisadi aktivliyin həlledici qüvvəyə” malik olması iddiasıdır. Hər iki iddia onu nəzərdə tutur ki, cəmiyyət keyfiyyətcə tarixin obyektiv qanunları tərəfindən bəlli edilən və anlaşılan özünə qapalı totallıqdır).[58] Qeyd etdiyimiz kimi, Laklau və Muffun nəzəriyyəsi ictimai qapanmanın heç vaxt mümkün olmayacağını nəzərdə tutur, bunun sayəsində artikulyasiya praktikaları və siyasi agentivlik mümkün olur. Hegemonik praktikaların mümkünlüyü üçün Laklau və Muff iki şərt irəli sürürlər. Bunlar antaqonistik qüvvələrin mövcudluğu və onları bölən siyasi sərhədlərin qeyri-stabilliyidir.[59] Beləliklə, hegemonik praktikalar sosial sahənin antaqonizmlərlə çarpazlaşdığını və bir-birinə müxalif siyasi proyektlər tərəfindən artikulyasiya edə biləcəyi elementlərin varlığını nəzərdə tutur. Hegemonik proyektin əsas məqsədi müəyyən sosial quruluşun əsasını mümkün olduğu qədər çox elementləri – üzən işarəediciləri artikulyasiya etməklə formalaşdıran düyün nöqtələrini konstruksiya etmək və stabilləşdirməkdir.[60]

Beləliklə, heç bir diskurs diskursivlik sahəsi üzərində tam hegemoniya qurmağa və bununla da dislokasiya təcrübəsini və antaqonizmlərin formalaşmasını aradan qaldırmağa qadir deyil. Bununla belə, bu cür abstrakt səviyyədən bütün diskursların hegemoniyanı əldə etmək cəhdlərində eyni dərəcdə müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz olmaları nəticəsinə gəlmək doğru olmaz. Bununla bağlı Laklau mif və sosial təsəvvür konseptləri arasında konseptual fərqləndirmə aparır. Hər iki anlayışın yaranma səbəbi struktural dislokasiyadır. Əvvəlcə mif haqqında danışaq. Ən əvvəldən Laklau qeyd edir ki, “mifin yaranma səbəbi … struktural dislokasiyadır”.[61] Miflər dislokasiyaya məruz qalmış sahəni “düzəltmək” istəyən yeni təmsilçilik sahələri formalaşdırırlar. Onların effektivliyinin əsası hegemonikdir, çünki onlar “dislokasiyaya məruz qalmış elementlərin yenidən artikulyasiya edilməsi ilə yeni obyektivliyin formalaşmasını”[62] nəzərdə tuturlar. Yaranmalarından yox olmalarına qədər miflər bir sıra sosial tələb və dislokasiya üçün ilham mənbəyi kimi fəaliyyət göstərə bilərlər. Buna baxmayaraq, mif sosial dislokasiyanı neytrallaşdırmağa və çox sayda sosial tələbi birləşdirməyə müvəffəq olduqda təsəvvürə çevrilir.[63] Kollektiv sosial təsəvvür Laklau tərəfindən “üfüq” və ya “anlaşılma sahəsini strukturlaşdıran mütləq bir hədd” kimi müəyyən edilir. O, “xristian minilliliyi”, Aydınlanmanı və proqressin pozitivist mənada başa düşülməsini bu sosial fenomenin misalları kimi təqdim edir.[64]

 

[1]  Sosial psixologiya, tarix, antropologiya, dilçilik, sosiologiya, beynəlxalq münasibətlər, mədəniyyətşünaslıq və ədəbiyyatşünaslıq kimi müxtəlif akademik sahələrdə hal-hazırda gedən debatlara nəzər salmaq, diskurs anlayışından istifadə edən və diskursun analizi metodlarını tətbiq edən işlərin artmasını göstərir. Bundan əlavə, ictimai elmlərdə diskurs nəzəriyyəsi və analizinin inkişafına və tətbiqinə həsr olunmuş yeni jurnalların, dərsliklərin və kitabçaların sayı artıb. Bax. inter alia, E. Burman and I. Parker (eds), Discourse Analytic Research (London, Routledge, 1993); D. Campbell, Writing Security (Manchester, Manchester University Press, 1992); T. Van Dijk (ed), Handbook of Discourse Analysis (London, Academic Press, 1985) 4 Volumes; T. Van Dijk (ed.), Discourse Studies (London, Sage, 1997) 2 Volumes; J.George, Discourses of Global Politics (Boulder, Lynne Riener, 1994); P. Hall, Cultures of Inquiry (Berkeley, California Press, 1998); S. Hall (ed), Representation (London, Sage, 1997); J. Milliken, ‘The study of discourse in International Relations,’ European Journal of International Relations, Vol 5:2, pp. 257-286; A. Munslow, Discourse and Culture (London, Routledge, 1992); J. Potter and M. Wetherell, Discourse and Social Psychology (London, Sage, 1987); H. White, Tropics of Discourse (Baltimore, John Hopkins, 1978). Yalnız diskurs təhlilinə həsr olunmuş jurnallara aiddir: Discourse and Society, Discourse Studies və Discourse Processes. Yeni kitabçalar üçün, bax D. Macdonnell, Theories of Discourse (Oxford, Basil Blackwell, 1986); S. Mills, Discourse (London, Routledge, 1997), G. Williams, French Discourse Analysis (London, Routledge, 1999).

[2] Fərqli nəzəri paradiqmaların ortaq yanlarını və fikir ayrılıqları haqqında maraqlı müzakirə barədə bax M. Lichbach, ‘Social theory and comparative politics’, in M. Lichbach and A. Zuckerman, (eds), Comparative Politics: Rationality, Culture, and Structure (Cambridge, Cambridge University Press, 1997), s. 239-276.

[3] N. Fairclough, Discourse and Social Change (Cambridge, Polity, 1992).

[4] A. Jaworski and N. Coupland (eds), The Discourse Reader (London, Routledge, 1999). Həm də bax C. Willing (ed.), Applied Discourse Analysis (Buckingham, Open University Press, 1999).

[5] Diskurs anlayışından istifadə edən siyasi təhlilçilər bu məsələlərə toxunsalar da, onlar bunu diskurs nəzəriyyəsi perspektivindən etmirlər.

[6] Bu fərqləndirmənin və anlayışların təriflərinin daha təfsilatını müzakirəsi üçün bax D. Howarth Discourse (Buckingham, Open University Press, 2000).

[7] E. Laclau və C, Mouffe, Hegemony and Socialist Strategy: Towards a Radical Democratic

Politics (London, Verso, 1985), s. 107.

[8] Bunun əsası Haydeggerin “Varlıq və Zaman”ının inkişaf etdirdiyi “dünya” anlayışından və Vitqenştaynın daha sonralar yazdığı “Fəlsəfi araşdırmalar”da inkişaf etdirdiyi “həyat formaları” haqqında fikirlərindən irəli gəlir. Bax M. Heidegger, Being and Time (Oxford, Basil Blackwell, 1973); L. Wittgenstein, Philosophical Investigations (Oxford, Basil Blackwell, 1953). Həm də bax M. Barrett, The Politics of Truth (Cambridge, Polity, 1991), səh. 76-77.

[9] Laclau və Mouffe, Hegemony and Socialist Strategy, s. 108.

[10] Bax S. Mulhall, Heidegger and Being and Time (London, Routledge, 1996).

[11] Bu, əlbəttə ki Mişel Fukonun diskursa verdiyi tərif əsasındadır, “haqqında danışdıqları obyektləri sistematik şəkildə formalaşdıran praktikalar” Bax M. Foucault, The Archaeology of Knowledge (London, Tavistock, 1972), s. 49.

[12] Bax T. B. Dyrberg, The Circular Structure of Power (London, Verso, 1997).

[13] E. Laclau, New Reflections on the Revolution of Our Time (London, Verso, 1990), səh. 31-36.

[14] Bax S. Hall, The Hard Road to Renewal (London, Verso, 1988). Həmçinin A. M. Smith, New

Right Discourse on Race and Sexuality (Cambridge, Cambridge University Press, 1994).

[15] Bax, inter alia, P. Hall (ed.), The Political Power of Economic Ideas (Princeton, Princeton University Press, 1980); P. John, Analysing Public Policy (London, Pinter, 1999), pp. 144-66; G. Majone, Evidence, Argument, and Persuasion in the Policy Process (New Haven, Yale University Press, 1989); A. Weale, The New Politics of Pollution (Manchester, Manchester University Press, 1992), pp. 57-60. G. Majone, ‘Public policy and administration: ideas, interests and institutions’ in R. Goodin and H. D. Klingermann, A New Handbook of Political Science (Oxford, Oxford University Press, 1996), səh. 610-627.

[16] J. Derrida, Of Grammatology (Baltimore, Johns Hopkins Press, 1974), s. 158.

[17] J. Derrida, ‘But, beyond … (Open letter to Anne McClintock and Rob Nixon)’, Critical Inquiry 13 (1986), s. 165.

[18] Bu metod və texnikaların diskurs nəzəriyyəsinin əsas fərziyyələri ilə əlaqəli olması nə qədər neytral və obyektiv olmaq iddiasında olursa olsun, bütün sosial elmi tədqiqatlar üçün keçərlidir.

[19] Bax Howarth ‘Discourse Theory and Political Analysis’, səh. 284-8; Y. Stavrakakis, Lacan and the Political (London, Routledge, 1999), səh. 57-59 və 76-78.

[20] Bununla bağlı, diskurs nəzəriyyəçiləri digər oxuma və araşdırma metodları ilə yaxınlaşırlar. Məsələn, Derrida hər dekonstruktiv oxunmanın “sinqulyarlığı” haqda danışır, hansı ki heç bir ümumi nəzəriyyəyə və ya “metoda” endirilə bilməz. Bax M. B. Naas, ‘Introduction: for example’, in J. Derrida, The Other Heading. Reflections on Today’s Europe (Bloomington, Indiana University Press, 1992), səh. vii-lix. Hər bir dekonstruktiv oxumada olan bu qayda həm də özünü Fukonun cəzalandırma, subyektivlik və cinsəllik “geneologiyalarında” da özünü göstərir. Hər geneologiya spesifik “mövcudluq tarixi” kimi görülür, hansı ki mövcud bir sıra problem ətrafında hazırlanıb və icra edilib və hansılar ki araşdırma zamanı bu məsələlərin necə problemləşdirildiyi və konkret forma necə yox ola və ya dəyişirilə biləcəyinə nəzər salır. Bax M. Foucault, Discipline and Punish (London, Allen Lane, 1977), səh. 30-1.

[21] Bu hal qaydaların mexaniki tətbiqi Vitqenştaynın daha sonralar yazdığı tənqidə birbaşa bənzəyir. Bax: H. Staten, Wittgenstein and Derrida (Linkoln, Nebraska Press Universiteti, 1984).

[22] Bu Laklau və Muffun ümumi inkişaf yolunda özünü göstərir. “Marksist nəzəriyyəsində siyasət və ideologiya” kitabında o, marksist nəzəriyyənin daxili tənqidini inkişaf etdirir və marksizmin hər şeyi əhatə edən qanunlarına tabe olmayan sosial münasibətlər sahəsini göstərir. Buna baxmayaraq, onların sonralar yazdıqları əsərlər marksist nəzəriyyənin daha sərt tənqidini təşkil edir. Hegemoniya və Sosialist Strategiya əsərində onlar özlərini açıq şəkildə postmarksist elan edirlər və klassik marksizmin ontoloji və epistemoloji əsaslarını tərk edirlər. Bu arqumentlər daha sonra Laklaunun “Zamanımız inqilabı haqda düşüncələr” (New Reflections on the Revolution Our Time) və Muffun “Siyasi olanın qayıdışı” (The Return of the Political) əsərlərində inkişaf etdirilib. Bunlar, eyni zamanda iki müəllifin sonuncu esse toplularında da aydın görünür: The Making of Political Identities, Deconstruction and Pragmatism, Emancipation(s) və The Challenge of Carl Schmitt. Bax E. Laclau (ed.) The Making of Political Identities, (London, Verso, 1994); E. Laclau, Emancipation(s) (London, Verso, 1996); C. Mouffe, The Return of the Political (London, Verso, 1993); C. Mouffe (ed.), Deconstruction and Pragmatism (London,

Routledge, 1996); C. Mouffe (ed.), The Challenge of Carl Schmitt (London, Verso, 1999).

[23] Bu poststrukturalistlərin işarələyən (səs-şəkil) və işarəolunan (konsept) arasında əlaqənin dilin daxilində olması və daimi olaraq onların qərarlaşmasının mümkünsüz olması iddiası ilə üst-üstə düşür. Məhz buna görə sosial kimliklər tam olaraq heç vaxt müəyyənləşdirilmiş olmurlar və müxtəlif işarələyənlərin arasında gedən “oyun” ətrafında formalaşırlar.

[24] Bax C. Taylor, ‘Interpretation and the sciences of man’, in idem, Philosophy and the Human Sciences, Volume 1, (Cambridge, Cambridge University Press, 1985); P. Winch, The Idea of a Social Science, Second Edition (London, Routledge, 1990); L. Wittgenstein, Philosophical Investigations.  İndiki halda postbihevoristlər fakt və nəzəriyyə arasında tam fərqləndirməni inkar etməyə meyilli olsalar da, onlar nəzəriyyələrin müstəqil empirik reallıqla test edilə biləcəyinə inanırlar və “faktlar”, nəzəriyyələr və dəyərlər arasında əsaslı bölünmənin olduğunu vurğulayırlar. Bax D. Sanders, ‘Behavioural analysis’ in D. Marsh and G. Stoker (eds) Theory and Method in Political Science (Houndmills, Macmillan, 1995).

[25] Elmin fəlsəfəsində obyektiv izahı subyektiv interpretasiyadan ayırmaq cəhdləri çox olub. Onlar sadəlövh verifikasionizmdən Popperin daha mürəkkəb saxtalaşdırma metoduna qədər dəyişir. Bununla belə, Tomas Kunn (Thomas Kuhn), Riçard Bernşteyn (Richard Bernstein) və Fred Dallmeyrin (Fred Dallmayr) nümayiş etdirdikləri kimi, bu elmi təcrübənin mahiyyətini səhv başa düşdükləri və insan və ictimai elmləri təhrif etdikləri üçün elm sahəsinin ehtimal olunan obyektivliyinə sərhəd qoymaq cəhdləridir. Bax R. Bernstein, Beyond Objectivism and Relativism: Science, Hermeneutics and Praxis (Oxford, Basil Blackwell, 1983); F. Dallmayr and T. McCarthy (eds), Understanding and Social Inquiry (Notre Dame, University of Notre Dame Press, 1977); T. Kuhn, ‘Natural and human sciences’ in D. Hiley, J. Bohman and R. Shusterman (eds), The Interpretative Turn (Ithaca, Cornell University Press, 1991).

[26] Siyasətin bu cür modeli haqda klassik iddia üçün bax M. Olson, The Logic of Collective Action (Cambridge, Harvard University Press, 1965).

[27] S. Lukes, Power (London, Macmillan, 1974).

[28] Elmin bu cür konsepsiyasının klassik ifadəsi üçün bax C. Hempel, Aspects of Scientific Explanation (New York, Free Press, 1965).

[29] Uyğunluq nəzəriyyəsinin tənqidi üçün bax Chalmers What Is This Thing Called Science? (Buckingham, Open University Press, 1982).

[30] Bu ifadə, təbii ki, Pol Feyerebanda aiddir və onun Against Method əsərində istifadə olunur (London, Verso, 1974), s. 296.

[31] Bax N. Geras, Discourses of Extremity (London, Verso, 1990).

[32] Bax Bernstein, Beyond Objectivism and Relativism, Hissə 2; C. Mouffe, The Return of the Political, s. 14-18.

[33] Laklau və Muffun israr etdikləri kimi: “Mənanın daimi fiksasiyasının mümkün olmaması qismi fiksasiyanı mütləq edir, əks halda fərqliliklərin özü mümkün olmazdı. Hətta mənanı dəyişmək və məhv etmək üçün məna olmalıdır. Əgər sosial olan öz fiksasiyasını anlaşılan və institutlaşmış cəmiyyət formasında idarə etmirsə, sosial olan yalnız bu mümkünsüz obyektin formalaşması cəhdləri üçün mövcud olur. Hər bir diskurs diskursivlik sahəsini idarə etmək, fərqliliklərin “üzməsini” saxlamaq və mərkəzi yaratmaq üçün formalaşır. Bax Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 112.

[34] Ibid., s. 105. Beləliklə, məsələn, yaşıl ideologiyanın formalaşması daha əvvəl mövcud olmuş elementlərin (“birbaşa demokratiya”, “mərkəzsizləşdirilmə” və s.) onların mənalarını transformasiyaya məruz qoyan yeni konfiqurasiyaya artikulyasiyası kimi başa düşülə bilər (məsələn, daha əvvəl anarxist və digər radikal diskurslarda artikulyasiya edilən “birbaşa demokratiya” indi “yaşıl demokratiyaya” çevrilir) və eyni anda yeni diskursiv birliyin (Yaşıl ideologiya) momentləri ixrac edilir. Daha ətraflı bu hipotezis burada inkişaf elətdirilib: Y. Stavrakakis, ‘Green Ideology: A Discursive Reading’, Journal of Political Ideologies, 2:3, 1997. Bu cür diskursiv artikulyasiyalardan heç biri sonuncu deyil. Diskursda artikulyasiya olunma nəticəsində elementlərin qazandıqları yeni mənalar şərtidir və onların daha əvvəl gizli və ya essensial mənalarının üzə çıxarılması demək deyil. İşarələmə sahəsini limitləyən transsendental işarələnən mövcud deyil, çünki diskursiv artikulyasiya yalnız işarələyənlərin (elementlərin) əlçatanlığı və artikulyasiya praktikalarına daxil olan siyasi qüvvələrin kreativliyi ilə limitlənib. Bununla belə, mənanın tam fiksasiyanın mümkünsüzlüyü faktı sosial olanın xaotik postmodern kainat olmasına gətirib çıxarmır. Qismi və zamanla limitlənmiş fiksasiya sosial reallığın konstruksiya edilməsini mümkün edir.

[35] Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 113.

[36] Laklau və Muffun iddia etdiyi kimi,“Artikulyasiya praktikası … mənaları qismən fiksasiya edən düyün nöqtələrinin konstruksiyasını daxil edir”. Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 113). Bununla bağlı Laklau və Muffun diskurs analizi Klod Leforun ideoloji diskursun funksiyasının tərifində onun mərkəz metaforu ətrafında sosial reallığı təşkilatlandırması cəhdinə bənzəyir. (C. Lefort, The Political Forms of Modern Society (Cambridge, Polity, 1986), səh. 218-219. Mişel Fridenin ideologiyanın morfoloji analizi ilə də oxşarlıqlar var. Bax ‘Political Concepts and Ideological Morphology’ (Journal of Political Ideologies, 2:2, 1994; Həmçinin eyni müəllifin Ideologies and Political Theory (Oxford, Oxford University Press, 1996). Bundan əlavə, Jijekin ideologiyanın psixoanalitik (Lakançı) artikulyasiyası ilə də əlaqə mövcuddur. Jijekin ideologiyanın analizinə giriş üçün, bax The Sublime Object of Ideology (London, Verso, 1989), ‘Between symbolic fiction and fantasmatic spectre: towards a Lacanian theory of ideology’, Analysis, 5 (1994), ‘Introduction: the spectre of ideology’, S. Zizek (ed.) Mapping Ideology (London, Verso, 1994) və ‘Invisible ideology: political violence between fiction and fantasy’, Journal of Political Ideologies, 1:1 (1996). Həmçinin bax A. J. Norval ‘The things we do with words: contemporary approaches to the analysis of ideology’, British Journal of Political Science (1999).

[37] Bax J. Lacan, The Seminar. Book III. The Psychoses 1955-6 ed. J.-A. Miller (London, Routledge, 1993).

[38] Zizek, Sublime Object of Ideology, s. 102.

[39] E. Laclau, Emancipation(s) (London, Verso, 1996), s. 53.

[40] Ibid., s. 44

[41] Ibid., s. 44

[42] Laklau və Muff son əsərlərində bəzən siyasət (politics) və siyasi olan (the Political) fərqləndirilir. Bu fərqləndirmənin mahiyyəti giriş fəslinə daxil deyil, bu haqda qısa olaraq daha ətraflı bax Stavrakakis, Lacan and the Political, səh. 71-75.

[43] Bax Howarth, ‘Discourse Theory and Political Analysis’, səh. 274-78. Bu məntiqin misalları üçün, bax D.E. Apter and N. Sawa, Against the State (Cambridge, Harvard University Press, 1984).

[44] Bax A. J. Norval, ‘Frontiers in question’, Acta Philosophica, 2 (1997) 51-76.

[45] Bu ikili konstruksiya və destabilizasiya rolu o deməkdir ki, antaqonizm anlayışı Derridanın “formalaşdıran xaric” (constitutive outside) anlayışı ilə əlaqəlidir. Metafizik mətnlərin dekonstruktiv oxunması ilə, Derrida əsas binar müxalifliklərdə müəyyən tərəfin üstünlüyünü göstərir – mahiyyət / tədadüf, şüur / bədən, nitq / yazı – eyni anda həm asılılıq, həm xaric etmə münasibətləri əsasında qurulublar. Yəni Qərb ənənəsinə aid müəlliflərin və filosofların dialektikanın bir tərəfinin digəri üzərində prioritet halına gətirilməsi uğursuzluqla nəticələnib, çünki dominant edilmiş tərəf öz kimliyi üçün xaric edilmiş tərəfə ehtiyac duyur, beləliklə, ikisi arasındakı aydın iyerarxik əlaqənin olması problemləşdirilir.

[46] Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 127.

[47] İbid., s. 125.

[48] İbid., Hegemony and Socialist Strategy, s. 125.

[49] Bax W. E. Connolly, Identity\Difference (Ithaca, Cornell University Press, 1991). Həmiçin bax D. Howarth, ‘Complexities of Identity/Difference’, Journal of Political Ideologies, 2: 1 (1996), pp. 51-78.

[50] L. Althusser, ‘Ideology and ideological state apparatuses’ L. Althusser, Lenin and Philosophy and Other Essays (New York, Monthly Review Press, 1971), s. 127-186.

[51] Müqayisə üçün Laclau, New Reflections on the Revolution of our Time, s. 60-61; Laclau and Mouffe Hegemony and Socialist Strategy, s. 114-122; Laclau, E. and Zac, L. (1984). ‘Minding the gap: the subject of politics’, E. Laclau, The Making of Political Identities (London, Verso, 1994).

[52] Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 115.

[53] Subyekt pozisiyalarının dağınıq olması pozisiyaların bir-birindən tam ayrı olması demək deyil, o mənada ki, müxtəlif subyektivliklər diskurslar vasitəsi ilə bir yerdə artikulyasiya olunurlar və müxtəlif pozisiyaların müvəqqəti birliyi yaranır. Məsələn, sosialist, populist və millətçi diskurslar müxtəlif subyektivlikləri əvvəlcədən müəyyənləşdirilmiş subyekt pozisiyasına gətirərək, onun daxili hissələrinin mənalarını dəyişə bilərlər.

[54] Laclau, E. (1990). New Reflections on the Revolution of our Time, s. 39-41.

[55] Bu misaldan Laklaunun Zamanımızın inqilabı haqda düşüncələr (New Reflections on the Revolution of our Time) kitabı boyu istifadə olunub.

[56] Laclau, New Reflections on the Revolution of our Time, s. 39.

[57] A. Gramsci, Selections from the Prison Notebooks. eds. Hoare, Q. and Nowell-Smith, G. (London: Lawrence and Wishart, 1971), s. 181-182.

[58] İbid., s. 161.

[59] Laclau and Mouffe, Hegemony and Socialist Strategy, s. 136.

[60] Ibid., s. 112. Laklau və Muffa əsasən, “düyün nöqtələrinin qurulması və asılılığa meyilli əlaqələrə malik kimliklərin yaradılması sayəsində nisbi olaraq birləşdirilən sosial və siyasi sahə” özlüyündə “hegemonik quruluşdur”. Bu konsepsiya Qramşinin tarixi blok ideyası ilə sıx əlaqəlidir. Bax ibid., 136; Gramsci, Selections; A. Showstack Sassoon, Gramsci’s Politics, Second Edition (London, Hutchinson, 1985), s. 119-125.

[61] Laclau, New Reflections on the Revolution of our Time, s. 61.

[62] İbid., s. 61

[63] İbid.., s. 64

[64] İbid.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.