fbpx

TƏDBİR

TƏDBİR

Onlayn Akademiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Koronavirus epidemiyasına görə təhsil müəssələrinin bağlandlğı şəraitdə Onlayn Akademiya layihəsi müxtəlif mövzularda açıq mühazirələr təklif etməklə insaların, xüsusən də tələbələrin asudə vaxtlarını daha faydalı keçirmələri üçün imkan yaratmaq istəyir. İlk mərhələdə Onlayn Akademiya üç mövzu (Azadlıq Nəzəriyyələri, İqtisadiyyata Giriş, Hüquq Fəlsəfəsi) üzrə həftədə iki dəfə olmaqla beş mühazirə təklif edir və gələcəkdə həm mövzuların, həm də mühazirələrin sayının artırılması planlaşdırılır.

Mühazirələr hər kəsə açıqdır və bir şəxs birdən artıq mövzu üzrə mühazirələrdə iştirak edə bilər. Mühazirələr Azərbaycan dilində olacaq, təklif edilən ədəbiyyatı iştirakçıların oxuması məsləhət görülsə də, onları oxumaq şərt deyil. Hər bir mühazirədə təxmini ilk 40 dəqiqədə lektor mühazirə oxuyacaq, son 10 dəqiqədə isə iştirakçıların suallarını cavablandıracaq. Üç mövzudan birini seçən iştirakçılardan həmin mövzu üzrə bütün beş mühazirədə iştirak etməsi xahiş edilir. İştirak etmək istəyənlərdən tələb olunur ki:

  1. mühazirələrə qoşulmaq üçün ilkin.huseynli@bakuresearchinstitute.org ünvanına email göndərərək adını və hansı mövzu(lar) üzrə mühazirələrdə iştirak etmək istədiyini qeyd etsin;
  2. həmin mövzuları nəyə görə seçdiyini bir abzaslıq motivasiya mətni yazaraq izah etsin;
  3. onlayn mühazirələr Zoom vasitəsi ilə həyata keçiriləcəyindən buradan proqramı yükləyib qeydiyyatdan keçsin.

Mühazirəyə qoşulmaq üçün müvafiq linki mühazirələrin başlamasından bir gün əvvəl sizin emailinizə lektorlar göndərəcəklər. Qeydiyyat üçün son tarix 5 apreldir. Bütün mühazirələr saat 19:00-da başlayacaq və təxmini 50 dəqiqə davam edəcək. Mühazirələrin tarixləri isə aşağıdakı kimidir:

Azadlıq Nəzəriyyələri: 06, 09, 13, 16, 20 aprel.

İqtisadiyyata Giriş: 07, 10, 14, 17, 21 aprel.

Hüquq Fəlsəfəsi: 08, 11, 15, 18, 22 aprel.

Təklif edilən hər üç mövzu üzrə mühazirə planı, istifadə ediləcək ədəbiyyat və lektorlar ilə aşağıda tanış olar bilərsiz.

 

Azadlıq Nəzəriyyələri

Lektor: İlkin Hüseynli, Mərkəzi Avropa Universiteti və Haydelberq Universiteti məzunu, Bakı Araşdırmalar İnstitunun əməkdaşı.

İstər siyasi fəlsəfədə, istərsə də siyasi ritorikada yəqin ki, ən çox istifadə edilən anlayışlardan biri azadlıqdır. Cəmiyyətdə bu anlayışla bağlı çoxsaylı fikirlərlə rastlaşırıq ki, onları təhlil etdikdə bir çoxlarının ardıcıl olmadığını, bəzən isə bir-biri ilə ziddiyyət təşkil etdiyini görürük. Fəlsəfədə istifadə edilən əksər terminlər kimi, azadlıq da danışıq dilindən götürülüb və bu terminin adi dildən bizə tanış olmasının müsbət tərəfi budur ki, gündəlik təcrübəmizdə bu sözü müxtəlif kontekstlərdə işlədərək təxmini də olsa, azadlıq deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdiririk. Digər tərəfdən, sözün danışıq dilindən bizə tanış olmasının mənfi tərəfi də var; belə ki, başqa dillərdə olduğu kimi, bizim də danışıq dilimiz sözlərin məna çərçivələrini fəlsəfənin tələb etdiyi qədər dəqiqliklə müəyyənləşdirmir. Müxtəlif kontekstlərdə azadlıq sözünü bir-birinə uyuşmayan şəkildə, necə gəldi istifadə edirik və bu, həmin sözü fəlsəfi kontekstlərdə istifadə edəndə bizi çaşdıra bilər. Bu baxımdan azadlıq anlayışı ilə bağlı müasir siyasi fəlsəfədəki debat bizim fərd olaraq öz fikirlərimizi aydınlaşdırmağımıza yardımçı ola bilər.

Hamımızın tanış olduğumuz bu anlayışın konseptual təhlili nəyə görə əhəmiyyətlidir? Bu suala belə cavab vermək olar ki, sosial və siyasi məsələlərin müzakirəsində tərəflər azadlıq sözündən mütəmadi olaraq istifadə edib bir-birlərini insanların azadlığını məhdudlaşdırmaqda, ‘əsl azadlığı’ qorumamaqda, yaxud da azadlıq ilə başqa bir şeyi səhv salmaqda ittiham edirlər. Müzakirə tərəflərinin xoşniyyətli olduqlarını güman etsək belə, qəbul etməliyik ki, onların irəli sürdükləri bu ittihamlar əksər hallarda sadəcə olaraq, bir-birlərini başa düşməmələrindən qaynaqlanır. Hər iki tərəf eyni dildə danışır, lakin hərəsi ‘azadlıq’ deyəndə bir şey nəzərdə tutur. Hətta bir çox hallarda müzakirə tərəfləri özləri belə müzakirənin müxtəlif hissələrində ‘azadlıq’ deyəndə fərqli şeyləri nəzərdə tuturlar. Bu anlaşmazlıq və özlərinin də ‘azadlıq’ sözünü qeyri-ardıcıl istifadə etməkləri azadlığın təbiəti ilə bağlı tərəflərin məlumatsızlığından qaynaqlanır. Bu çatışmazlığı aradan qaldırmaq üçün isə gərək müzakirə tərəfləri azadlığın konseptual təhlili ilə tanış olsunlar. Bəs, biz məhz linqvistik intuisiyalarımıza əsaslanaraq nəyin azadlıq olduğunu deyə bilmərik? Təəssüf ki, yox. Çünki gündəlik danışıq dili olduqca çeşidlidir və bir sözdən çoxmənalı şəkildə istifadə edə bilirik. Buna görə də bizim linqvistik intuisiyalarımız qeyri-ardıcıldır. Anlayışlar isə məntiqi ardıcıllıq tələb etdiyindən, təkcə linqvistik intuisiyalar əsasında azadlıq anlayışını öyrənmək mümkün deyil. Mühazirə planı və istifadə ediləcək ədəbiyyat aşağıdakı kimidir:

  1. Neqativ azadlıq nəzəriyyəsi

a. Hobbes, Thomas. Leviathan. Wordsworth Editions Ltd, 2014, chp. 20-22.

b. Skinner, Quentin. Hobbes and Civil Science. Cambridge University Press, 2002, chp. 7.

  1. Respublikaçı azadlıq nəzəriyyəsi

a. Skinner, Quentin. Liberty before Liberalism. Cambridge University Press, 2012, chp. 1-3.

b. Pettit, Philip. On the People’s Terms: A Republican Theory and Model of Democracy. Cambridge University Press, 2013.

  1. Pozitiv azadlıq nəzəriyyəsi

a. Christman, John. “Liberalism and Individual Positive Freedom.” Ethics 101, no. 2 (1991): 343–59.

b. Taylor, Charles. “What’s Wrong with Negative Liberty.” In The Idea of Freedom: Essays in Honour of Isaiah Berlin, edited by Alan Ryan, 175–93. Oxford University Press, 1979.

  1. Müasir neqativ azadlıq nəzəriyyəsi

a. Steiner, Hillel. An Essay on Rights. Wiley-Blackwell, 1994, chp. 2.

b. Carter, Ian. A Measure of Freedom. Oxford University Press, 1999.

c. Kramer, Matthew H. The Quality of Freedom. Oxford University Press, 2008.

  1. Respublikaçı azadlıq nəzəriyyəsinin tənqidi

a. Carter, Ian. “How Are Power and Unfreedom Related?” In Republicanism and Political Theory, edited by Cecile Laborde and John Maynor, 58–82. Malden, MA: Wiley-Blackwell, 2008.

b. Kramer, Matthew H. “Liberty and Domination.” In Republicanism and Political Theory, edited by Cecile Laborde and John Maynor, 31–57. Wiley-Blackwell, 2008.

c. Sharon, Assaf. “Domination and the Rule of Law.” In Oxford Studies in Political Philosophy, Volume 2, edited by David Sobel, Peter Vallentyne, and Steven Wall, 128–155. Oxford University Press, 2016.

 

İqtisadiyyata Giriş

Lektor: Toğrul Vəliyev, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyasını məzunudur. 2015-2017-ci illər arasında BDU-da İqtisadiyyata giriş, “Mikroiqtisadiyyat” və “İqtisadi diplomatiyadan dərs deyib. Hazırda iqtisadi təhlilçi və mütəxəssis kimi fəaliyyət göstərir.

Bu kursun əsas məqsədi iqtisadiyyat barədə ilkin təsəvvür yaratmaqdır. Kurs 5 mühazirədən ibarət olacaq. Birinci mühazirədə iqtisadi fikrin təşəkkülü və tarixi barədə məlumat veriləcək. İkinci mühazirə ev təsərrüfatı və şirkət səviyyəsində baş verən prosesləri və onların təsvirini əhatə edəcək. Növbəti mühazirələr indiki makroiqtisadi vəziyyəti təsvir edəcək. Bu mühazirələr çərçivəsində həm makroiqtisadi göstəricilər və iqtisadi siyasət barədə ilkin anlayışlar, həmçinin iqtisadi sistemlər və onların bir-birindən fərqi izah ediləcək. Sonuncu mühazirədə dövlətin iqtisadiyyatda rolu və böhran nəzəriyyəsi barədə ilkin məlumat veriləcək. Mühazirə planı və istifadə ediləcək ədəbiyyat aşağıdakı kimidir:

  1. Əsas iqtisadi anlayışlar və istehsal amilləri

a. Ha-Joon Chang. Economıcs: the user’s guıde. 2014

b. Heckscher E.F. Mercantilism. Volume 1. New York. 1994

c. Mises Ludwig von. On Some Popular Errors Concerning the Scope and Method of Economics. In: L. von Mises. The Ultimate Foundations of Economic Science: An Essay on Method. Princeton (NJ) e.a.: D. van Nostrand Company, Inc., 1962, ch.5, p.73–83.

d. Schumpeter J.A. History of Economic Analysis. London. 2006.

  1. Mikroiqtisadiyyat, istehlakçı və istehsalçı davranışı

a. Keynes J.M. Alfred Marshal, 1842-1924. The Economic Journal, Vol. 34, No. 135 (Sep., 1924), pp. 311-372

b. Robbins L. An essay on the nature & sıgnıfıcance of economıc scıence. London. 1932

c. Marks K. 1857-1859-cu illərin iqtisadi əlyazmaları. K. Marks. Siyasi iqtisadın tənqidinə dair. Bakı. 1955, s. 193-226.

d. Menkyu N.Q. Ekonomiksin prinsipləri. Dərslik. 2-ci nəşr. Bakı, 2009

  1. Əsas makroiqtisadi göstəricilərin hesablanması

a. Blanşard O. Makroiqtisadiyyat. B., 2017.

  1. Gəlir bölgüsü. Maliyyə siyasəti və devalvasiya

a. Marks K. Kapital. 1-ci cild.

b. Kapital XXI əsrdə. 2019.

c. Stiglitz J.E. The price of inequality. 2012

  1. Dövlətin iqtisadiyyatda rolu

a. Atkinson A.B., Stiglitz J.E. Lectures on public economics. 1980

b. Kitchin J. Cycles and Trends in Economic Factors. The Review of Economics and Statistics,Vol. 5, No. 1 (Jan., 1923), pp. 10-16

c. Robinson J. The Economics of Imperfect Competition. 1933

d. Кондратьев Н. Д. Большие циклы конъюнктуры и теория предвидения. 2002.

 

  Hüquq fəlsəfəsi

Lektor: Səməd Rəhimli, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. 2013-cü ildən praktik hüquqşünaslıqla məşğul olur və əsasən insan haqlarına dair işlərin beynəlxalq instansiyalara (xüsusilə Avropa İnsan Haqları Məhkəməsinə) göndərilməsi sahəsində ixtisaslaşıb. Həmçinin 2016-cı ildən insan haqları hüququ sahəsində təlimçilik fəaliyyəti var. Hüquq fəlsəfəsinə marağı həvəskar xarakter daşıyır.

Cəmiyyətdə formalaşmış dominant mövqeyə əsasən hüquqla bağlı məsələlər həll edilib. Buna görə də əsas məsələ hüquqla əlaqəli məsələləri müzakirə etmək deyil, hüququ düzgün tətbiq etməkdir. Lakin bu dominant mövqeyin ziddinə olaraq hüququn mahiyyəti ilə əlaqədar müzakirələr hələ bitməyib və davam edir. Bu müzakirələr cəmiyyətin mütləq əksəriyyətinin maraq dairəsində olmayan hüquq fəlsəfəsinin obyektidir (hüquq fəlsəfəsinə bəzən yurispendensiya da deyilir; baxmayaraq ki, yurispendensiya sözü həmçinin hüquq nəzəriyyəsini başa düşmək üçün istifadə edilir).

Hüquq fəlsəfəsində hüququn mahiyyətinə dair müzakirələr əsasən iki qrupda birləşib: hüquqi pozitivistlər və təbii hüquq nəzəriyyəsi. Düzdür, bu iki qrupun mövqeyini özündə cəmləyən, eləcə də onlardan kənarda olan qruplar da var. Lakin əsas və qədim debat hüquqi pozitivizmlə təbii hüquq nəzəriyyəsi arasındadır. Hazırda pozitivistlər hüquq elmində hakimdirlər. Demək olar ki, bütün elmi müəssisələrdə hüququn mahiyyəti və kontentinə dair təyinatı XIX əsrin əvvəllərindən hüquqi pozitivistlər həll edirlər. Lakin xüsusilə XX əsrin II yarısından etibarən təbii hüquq nəzəriyyəçiləri geri dönüş edirlər. Buna baxmayaraq, sonuncular hələ də akademiyada üstünlüyü ələ keçirə bilməyiblər.

Hüquqi pozitivizmlə təbii hüquq nəzəriyyəsi arasında mübahisənin özəyini ayrılma tezisi (separability thesis) ilə uzlaşma tezisi (overlapping thesis) arasında fərq təşkil edir. Hüquqi pozitivistlərə görə hüquq və əxlaq bir-birindən ayrıdırlar və onların üst-üstə düşməsi şərt deyil. Buna görə də hüququn kontentini xarici faktorlar (dövlətin əmri, “xalq ruhu” yaxud hipotetik üst norma) müəyyən edir. Uzlaşma tezisini müdafiə edən təbii hüquq nəzəriyyəçiləri isə hüquqla əxlaqın üst-üstə düşdüyünü və əxlaqdan kənar hüququn hüquq olmadığını müdafiə edirlər. XX əsrin II yarısında yenidən dirçələn təbii hüquq nəzəriyyəsində hüququn “əxlaqiliq” aspektinə dair müzakirələr də mövcuddur (substantiv – prosessual). Eləcə də pozitivistlər arasında da fərqlər çox kəskinləşib (pozitivizm-realizm debatı).

Hüquq fəlsəfəsi həmçinin hüququn labüdlüyünə, haqların xarakterinə və təfsirin subyektiv tərkibinə dair mübahisələri də özündə ehtiva edir. Buna əsasən hüquq labüddürmü yoxsa uydurmadırmı müzakirəsi aparılır. Haqların neqativ və pozitivliyi nəzərdən keçirilir. Təfsirdə qanunvericinin iradəsi və dəyişən şərait nəzərdən keçirilir. Bu müzakirənin məqsədi bu mövzuların hamısını detallı əhatə etmək deyil. Bu mövzulardan daha az xəbərdar olan ictimaiyyəti bu müzakirələrin mahiyyəti barədə ilkin məlumatlandırma aparmaqdır.

  1. Hüququn labüdlüyü problemi: hüquq qaçılmazdırmı yoxsa uydurmadırmı?

a. Hohfeld, Wesley Newcomb: Some Fundamental Legal Conceptions as Applied in Judicial Reasoning, 23 Yale Law Journal 16 (1913).

b. Salmond, John William: (1902). Jurisprudence, Or, The Theory of the Law.

  1. Hüquqi pozitivizm. Hüquq və əxlaqın ayrılığı

a. Austin, John. The Province of Jurisprudence Determined. 1832

b. Holmes, Oliver Wendell. The Path of the Law. 1897

c. Llewellyn, Karl. A Realistic Jurisprudence – The Next Step. 1930

d. Hart, HLA. The Concept of Law. 1961.

e. Kelsen, Hans. The Pure Theory of Law. 1960.

f. Dworkin, Ronald. Taking Rights Seriously. 1978

  1. Təbii hüquq nəzəriyyəsi: Hüquq və əxlaqın birliyi

a. Barnett, Randy E., “A Law Professor’s Guide to Natural Law and Natural Rights” (1997)

b. Rommen, Heinrich A. The Natural Law. 1946.

c. Lon L. Fuller. The Morality of Law, 1964

d. Richard A. Epstein, “The Utilitarian Foundations of Natural Law,” 12 Harvard Journal of Law and Public Policy 711 (1989)

e. Finnis, John. Natural Law and Natural Rights (1980; second edition 2011).

  1. Haq məfhumu – neqativ və pozitiv haqlar

a. Jellinek, George. The Declaration of the Rights of Man and the Citizen. 1895.

b. Myers, Peter C. From Natural Rights to Human Rights – And Beyond. 2017.

  1. Təfsir problemi: qanunvericinin iradəsi yoxsa hakimin hökmü üstündür?

a. Scalia, Antonin. A Matter of Interpretation. 1997.

b. A Guide to Reading, Interpreting and Applying Statutes. 1997.

 

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.