fbpx

iqtisadiyyat

iqtisadiyyat

2023-cü ilin makroiqtisadi analizi və nəticələri (yanvar-sentyabr ayı üzrə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Artıq 2023-cü ilin son günləridir. İl başa çatsa da, ilin yekunu üzrə iqtisadi məlumatların açıqlanması bir neçə aydan sonra baş verəcək. Bu baxımdan, Sizə təqdim edilən bülletendə 2023-cü ilin makroiqtisadi təhlili yanvar-sentyabr aylarının göstəricilərinə əsaslanıb.

Bülleten 3 bölmədən ibarətdir.

Birinci bölmədə 2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri təhlil edilir. Bu bölmədə makroiqtisdi vəziyyətdə müşahidə edilən əsas meyllərə, icmal büdcə və onun tərkibi olan dövət büdcəsi və büdcədənkənar fondların gəlir və xərclərində baş vermiş dəyişikliklərə nəzər salınır.   

İkinci bölmə hökumətin inflyasiyaya qarşı mübarizə çərçivəsinə həyata keçirtdiyi monetar siyasətinə həsr olunub. Dünya qiymət artımlarının fonunda inflyasiyanın ölkəmizə idxalı mal və xidmətlərin bahalaşmasını şərtləndirib və Mərkəzi Bank son iki ildə əsas diqqəti inflyasiya ilə mübarizə tədbirlərinə yönəldib və əsas addım olaraq pul-kredit siyasəti sərtləşdirilib. Bu məqsədlə faiz parametrləri mərhələli şəkildə artırılıb, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanıb, məcburi ehtiyat normalarının artırılması və differensiyalaşdırılması baş verib. Eyni zamanda, Mərkəzi Bank ilk dəfə olaraq öz səlahiyyətlərinin bir qismini banklara ötürülməsi siyasətinə başlayıb. Bu tədbirlərin bank sisteminə təsirlərinin ilkin nəticələrinə nəzər salınır.

Üçüncü bölmədə xarici iqtisadi əlaqələrin analizi və bu sektorda müşahidə edilən əsas meyllər əksini tapır. Burada əsas diqqət beynəlxalq bazarlarda enerji daşıyıcılarının qiymətinin ucuzlaşması səbəbindən ölkəyə neft-qaz ixracından daxilolmalarda ciddi azalmanın baş verməsinin, ölkədən ən müxtəlif kanallarla xalis kapital çıxışının azalmasının tədiyə balansına təsiri qiymətləndirilib.

Bülleteni oxumaq üçün bu linkə keçid edə bilərsiniz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.