Aleksandr Mutnanski
London Birkbek Universitetinin Siyasət Fakültəsində doktorantdır. Onun tədqiqatı azlıq etnomillətçiliyi və etnik səfərbərlik barədədir.
Ən çox baxılan
DavamıAlpər Qurbanlı
Xəzər Universitetinin Dünya Məktəbində, Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdidir.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycan və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlili
Altay Göyüşov
2015-ci ilə kimi Bakı Dövlət Universitetində işləmişdir. Həmçinin müxtəlif illərdə ABŞ, Almaniya, Fransa və İtaliyanın bir sıra elm, təhsil müəssisələrində fəaliyyət göstərmişdir.
Ən çox baxılan
DavamıAnar Cəfərov
Almaniyanın Heydelberq Universitetinin doktorantura məzunu, fəlsəfə doktorudur. Hazırda Xəzər Universitetində müəllim işləyir.
Ən çox baxılan
DavamıAnar Vəliyev
ADA Universitetinin dosenti. Onun araşıdırma sahələrinə postsovet respublikalarının dövlət siyasəti; demokratiya və idarəetmə; şəhərsalma və planlaşdırma daxildir. O, çoxsaylı məqalələrin müəllifidir və onun tədqiqatları Problems of Post Communism; Communist and Post-Communist Studies; Eurasian Geography and Economics; Cultural Geographies; Cities, Urban Geography, International Politics, Southeast European and Black Sea Studies kimi jurnallarda dərc edilib.
Ən çox baxılan
DavamıAneta Strzemżalska
Sankt Peterbuqrdakı Avropa Universitetində tədqiqatçı və doktorantdır. Dissterasiya mövzusu “Müsair Azərbaycanda milli kimlik məsləsi. Muğam, meyxana, caz” adlanır. O, “Yeni Şərqi Avropa” dərgisinin yazarıdır.
Ən çox baxılan
DavamıAqşin Muxtarov
Dünya Dənizçilik universitetində gəmiçilik idarəetməsi və logistika ixtisası üzrə magistr təhsili almış keçmiş köməkçi kapitan.
Ən çox baxılan
-
Trans-Xəzər Dəhlizi: Şərq və Qərb arasındakı ən qısa yol, yoxsa çətin körpü?
-
Xəzəri “dəniz”ə çevirmək cəhdləri və reallıq
Araz Bağırov
Müstəqil araşdırmaçı. Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Eskişehir Anadolu Universitetində sosiologiya üzrə magistr təhsili alıb.
Ən çox baxılan
-
/ di̇n
Azərbaycanın cənub rayonlarında Məhərrəm əzadarlığı
-
/ di̇n
Sovet İttifaqında dinə qarşı və ateizm uğrunda mübarizə
Araz Əliyev
Bakı Dövlət Universitetinin PhD namizədidir. Politologiya və Fəlsəfə tarixi ixtisasları üzrə təhsil alıb.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycan akademik mühitində yırtıcı jurnallar
-
/ cəmiyyət
Azərbaycanın akademik inflyasiya göstəriciləri
Asif Məsimov
Berlin Humbolt Universitetinin tarix üzrə doktorantura tələbəsidir.
Ən çox baxılan
DavamıAtaxan Əbilov
Hüquqşünasdır. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetində müəllim işləyib. 1997-1999-cu illərdə Rusiya Hüquq Akademiyasının beynəlxlaq hüquq ixtisası üzrə aspiranti olub. 2017-ci ildə Niderlandda İnholland Tətbiqi Elmlər Universitetində Sosial-Hüquqi Xidmət ixtisasına yiyələnib.
Ən çox baxılan
-
/ cəmiyyət
Qiyabi icraat: prosessual-hüquqi institut, yoxsa siyasi alət
-
/ cəmiyyət
Azərbaycan kontekstində siyasi millət və etnik kimlik
Aydan Fuad
Mərkəzi Avropa Universitetində Müqayisəli Konstitusiya Hüququ üzrə magistr məzunu və Tribunat hüquq platformasının təsisçisidir.
Ən çox baxılan
DavamıAynurə Abdullayeva
Xüsusi və İnklüziv təhsil ixtisası üzrə Nottinqam Universiteti magistr məzunu. Təhsil sahəsində on dörd il orta məktəbdə müəllim, dörd il müxtəlif təhsil layihələrində təlimçi, iki il beynəlxalq təşkilatda təhsil mütəxəssisi olaraq fəaliyyət göstərib.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycanda müəllimlərin üzləşdiyi problemlər haqqında düşüncələr: narahatlıqdan “aktiv ümidə” doğru
Aysel Sultan
Aysel Sultan Almaniyada Frankfurt Tətbiqi Elmlər Universitetinin Asılılıqlar üzrə Tədqiqat İnstitutunda postdoc olaraq çalışır. O, Bakı Dövlət Universitetində psixologiya üzrə bakalavr, Vytautas Magnus Universitetində sosial iş üzrə magistr və Goethe Universitetində tədris elmləri üzrə doktorluq dərəcələri alıb. Sultan həmçinin beynəlxalq resenziya olunan "Drugs and Alcohol Today" elmi jurnalının həm-redaktoru və Minerva Fondunun postdoc təqaüdçüsüdür.
Ən çox baxılan
-
/ cəmiyyət
Gözdən uzaqlaşdırılanlar: Azərbaycandakı narkotik maddə diskursu gənc istifadəçilərin reabilitasiyasına necə təsir göstərir?
-
/ cəmiyyət
Narkotik maddələrə dair qlobal siyasət: Leqallaşdırılma qaçılmazdırmı?
Azər Mehtiyev
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədridir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ən çox baxılan
-
Açıq Büdcə İndeksində Azərbaycan niyə geriləyib?
-
Azərbaycan iqtisadiyyatında birbaşa xarici investisiyalar: mövcud durum, inkişaf meylləri və problemlər
Benua Filu
Bakıdakı Fransız Liseyində Fəlsəfə və Tarix dərsi keçir. O, Sarbon və ENS Lion məzunudur, 2017-ci ildən bəri İran, Misir və Azərbaycanda səyahət edir və işləyir.
Ən çox baxılan
-
/ cəmiyyət
İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu
-
/ cəmiyyət
Ermənistanla Azərbaycan arasında qalmış İran
Bəhruz Səmədov
Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsi. Poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır. Kimlik məsələləri, siyasi stabillik və populizm kimi mövzularla maraqlanır.
Ən çox baxılan
DavamıBryus Qrant
Nyu-York Universitetinin professoru və kafedra müdiridir.
Ən çox baxılan
-
Ziyarətgahlar və Hökmdarlar: Azərbaycan Kəndində Həyat, Ölüm və Din (1-ci hissə)
-
Ziyarətgahlar və Hökmdarlar: Azərbaycan Kəndində Həyat, Ölüm və Din (2-ci hissə)
Cavid Ağa
müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.
Ən çox baxılan
-
/ cəmiyyət
Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi
-
/ cəmiyyət
Şah Abbasın Avropa casusları – ilk kontaktlar
Cavid Nəbiyev
Cavid Nəbiyev Almaniyada yaşayan qaçqındır. "OLIve-Plus" proqramı ilə hazırda Bard Berlin Kollecində ictimai siyasət və insan hüquqları üzrə təhsil alır. Nəfəs LGBT Azərbaycan Alyansının əməkdaşı kimi BMT-nin insan hüquqları və inkişaf mexanizmləri ilə məşğuldur. 2016-cı ildə "British Council" tərəfindən dünya üzrə ən təsirli LGBTI hüquqları aktivistlərindən biri kimi mükafatlandırılıb.
Ən çox baxılan
DavamıCeyson Brennan
Corctaun Universitetinin siyasi fəlsəfə üzrə professoru.
Ən çox baxılan
DavamıCəmil Həsənli
tarix elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində və Xəzər Universitetlərində çalışmışdır. Müxtəlif dillərdə çıxmış onlarla monoqrafiyanın müəllifidir. Bunlar içində İngilis dilində nəşr edilmiş " "Azərbaycanın sovetləşməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə, İran üçbucağında, 1920-1922" (The University of Utah Press, 2017), "Azərbaycan Respublikasının xarici siyasəti: Qərbə inteqrasiyanın çətin yolu, 1918-1920" (Routledge, 2015), "Xruşşov mülayimləşməsi və Azərbaycanda milli kimlik məsələsi, 1954-1959" (The Harvard Cold War Studies Book Series, 2014) və sairə kimi kitabları vardır.
Ən çox baxılan
-
/ cəmiyyət
Bakının qurtuluşu: 100 il sonradan tarixə retrospektiv baxış
-
/ cəmiyyət
Sara Krombaxın "Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı" dissertasiyası haqqında
Cəmilə Alışeva
Müstəqil tədqiqatçı və feminist yazardır. Siyasi Elmlər ixtisası üzrə bakalavrdır və hazırda Mərkəzi Avropa Universitetində Gender Araşdırmaları sahəsində magistr təhsili alır. Onun tədqiqatları gender, münaqişə və postsovet araşdırmaları kontekstində hakimiyyət, bərabərsizlik və insanların gündəlik həyat təcrübələri kimi məsələləri əhatə edir.
Ən çox baxılan
DavamıÇinarə Kazımlı
Riyaziyyat müəllimi. Hazırda Vytautas Magnus Universitetində Təhsilin İdarə edilməsi üzrə magistr təhsili alır.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycanda qız şagirdlərdə “riyazi narahatlıq” sindromu və onun səbəbləri
-
/ cəmiyyət
Diskalkuliya nədir və bu barədə nələri bilməliyik?
Con Vuds
Çikaqo universitetinin İran və Mərkəzi Asiya tarixi, Yaxın Şərq dilləri və sivilizasiyaları üzrə hazırda təqaüddə olan fəxri professorudur.
Ən çox baxılan
-
Con E. Vuds: Ağqoyunlu - Tayfa, Konfederasiya, İmperiya
-
Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya
Elman Fəttah
Bakı Avrasiya Universitetinin beynəlxalq münasibətlər fakultəsini bitirib. "Yeni Avtoritarizm və Azərbaycan" kitabının, beynəlxalq məsələlərə dair bir neçə məqalənin müəllifidir.
Ən çox baxılan
DavamıElmir Mirzəyev
bəstəkar və publisistdir. O ProHelvetia, DAAD, Goethe Institutu kimi təşkilatlardan bir neçə beynəlxalq təqaüd almışdır. Elmir Mirzəyevin əsərləri Yaponiyanın, İsveçrənin, Niderlandın, Fransanın, Almaniyanın, Avstriyanın, Rusiyanın simfonik, filarmonik və digər ansamblları tərəfindən ifa edilmişdir
Ən çox baxılan
DavamıElnurə Civəzadə
Elnurə Civəzadə, müstəqil tərcüməçi. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər, Ayxştett ve Mainz universitetlərində siyasət və Şərqi Avropa tarixi ixtisasları təhsili alıb.
Ən çox baxılan
DavamıElnurə Hüseynova
Şair və ədəbiyyat tarixçisi.
Ən çox baxılan
-
/ cəmiyyət
Qayə və gerçəklik arasında: Azərbaycan Yazıçılar Birliyinin mənşəyi
-
/ cəmiyyət
Sayat Novanın Azərbaycanda unudulması barədə
Elşən Mustafayev
Bakalavr pilləsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumuşdur. Magistr təhsilini isə Fransanın Strasburq və Lion 3 Universitetlərində almışdır. Daha sonra Lion Siyasi Elmlər İnstitutunda Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Hal-hazırda Lumiere Lyon 2 universitetində Siyasi Elmlər üzrə müəllim işləyir..
Ən çox baxılan
-
/ cəmiyyət
Ortaq tarixi keçmişin yaradılması: Türkiyə-Azərbaycan münasibətlərində tarixi mirasdan istifadə
Emin İmanlı
əl-Mustafa Universitetinin İslam fəlsəfəsi ixtisası üzrə məzunudur; "Bütün bunlar nə deməkdir?", "Fəlsəfənin əsasları", "Dil və kainat: Vitqenştayn fəlsəfəsi", "İdrak problemi" kimi fəlsəfi kitabların tərcüməçisidir.
Ən çox baxılan
-
/ tərcümə
Edmund Qetier: “Əsaslandırılmış doğru inam bilikdirmi?”
-
/ cəmiyyət
Xüsusi ismə tərif vermək olarmı?
Əli Novruzov
Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və diplomatiya üzrə təhsil alıb. Azad Fikir Universiteti alternativ təhsil layihəsinin heyət üzvlərindən olub.
Ən çox baxılan
-
/ cəmiyyət
Periklin Qəbirüstü nitqinin qədim yunan dilindən dilimizə tərcüməsinə şərh-müqəddimə
-
/ cəmiyyət
Düşmənin fotorobotu
Əlirza Hodaei
Berlində Humbolt Universitetinin ilə Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Məktəbinin doktorantura tələbəsidir. O, İran, Türkiyə və Azərbaycanın müasir tarixi ilə maraqlanır.
Ən çox baxılan
-
/ cəmiyyət
Qlobal tarix dövründə milli hekayətlərə yeni baxış: Məhəmməd Əmin Rəsulzadə və İran əlaqəsi
Əmrah Cəfərov
Politoloqdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini almışdır. Türkiyənin Ankara Sosial Elmlər Universitetində Siyasi Elmlər ixtisası üzrə magistratura təhsilini tamamlamış, ABŞ-ın San Dieqo Universitetində isə Mediasiya və Münaqişələrin Həlli üzrə ali təhsil kursunu bitirmişdir.
Ən çox baxılan
DavamıFərhad Muxtarov
Rotterdamın Erasmus Universitetində İdarəetmə və İctimai Siyasət üzrə baş müəllim, eləcə də Sinqapur Milli Universitetinin Lee Kuan Yew İctimai Siyasət Məktəbində aparıcı tədqiqatçıdır.
Ən çox baxılan
-
/ cəmiyyət
Möminlərə xütbə oxuyurlar? Azərbaycanda ekoloji kommunikasiyanın təkmilləşdirilməsi ilə bağlı təkliflər
Fərid Mehralızadə
Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb.
Ən çox baxılan
DavamıFərid Zülfüqarlı
hazırda Almaniyanın Trier Universitetində İqtisadiyyat üzrə magistr təhsili alır. Əvvəlki, maliyyə üzrə magistr təhsilini isə Litvanın Vitautas Maqnus Universiteti və Finlandiyanın Vaasa Universitetindən almışdır.
Ən çox baxılan
-
/ cəmiyyət
Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları
-
Neft qiymət şoklarının Azərbaycan iqtisadiyyatına təsiri: Vektor-avtoreqressiv analiz
Firuzə Nəhmədova
London Kings College və ESSEC BBA məzunudur.
Ən çox baxılan
-
Azərbaycanda mənzil və sərvət bərabərsizliyi: Bakıdakı daşınmaz əmlak qiymətlərinin statistik təhlili
-
Ticarət yolu ilə təsir: Rusiyanın Azərbaycandakı güc oyunu
Flora Qazaryan
Mərkəzi Avropa Universitetində Tarix üzrə doktorluğa namizəddir. Tədqiqat sahəsi 19cu əsr və sonra Osmanlı paytaxtında konfessional münasibətlərdir. Flora həm də Qerda-Henkel araşdırmaçısıdır.
Ən çox baxılan
DavamıFuad Şahbazov
siyasi tədqiqatçıdır. Əsasən Cənubi Qafqaz və Yaxın Şərq regionlarına dair araşdırmalar aparır. Böyük Vitovt Universitetində Siyai Elmlər (2016) üzrə magistr, İtaliyanın Bergamo Universitetində Terrorizm və Dini radikalizmlə mübarizə üzrə magistr (2021) və Böyük Britaniyanın Durham Universitetinin Hərb və Diplomatiya (2022) ixtisası üzrə magistr pillələrində təhsil alıb.
Ən çox baxılan
-
/ cəmiyyət
İran milli dron proqramının yaranması və təkamülü
-
/ cəmiyyət
Vaqner Rusiyada hibrid müharibə strategiyasının ən populyar vasitəsinə necə çevrildi?
Günay İsmayilova
Birmingem universitetinin hüquq fakültəsinin doktoranturasında təhsil alır
Ən çox baxılan
DavamıHikmət Abdüləzizov
Yaponiyanın Hitotsubaşi Universitetindən bakalavr, Almaniyanın Konstanz Universitetindən magistr dərəcəsi almışdır
Ən çox baxılan
-
Xarici ölkələrdən pul köçürmələrinin biznes tsikli dalğalanmalarına təsiri: Türkiyədən sübutlar
-
Azərbaycanın makroiqtisadi dəyişənləri üçün proqnoz metodologiyası
İbrahim Bağırov
AMEA, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitunun elmi işçisidir. Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsini bitirib. Magistr təhsilini Fəlsəfə və din elmləri ixtisası üzrə Türkiyədə Süleyman Dəmirəl Universitetində alıb.
Ən çox baxılan
Davamıİlahə Abaslı
King’s College London Universitetinin Beynəlxalq İnkişaf və Yaranmaqda Olan İqtisadiyyatlar üzrə magistr məzunudur. Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində “İqtisadi inkişaf modelləri” fənnini tədris edib.
Ən çox baxılan
Davamıİlkin Hüseynli
Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.
Ən çox baxılan
-
/ cəmiyyət
Demokratiyada siyasi biliyin əhəmiyyəti
-
/ cəmiyyət
Demokratiya, yoxsa Epistokratiya? İki dəyər arasındakı seçim
İlkin Səlimov
Çexiyanın Masarik Universitetində beynəlxalq münasibətlər və Avropa siyasəti ixtisası üzrə magistr təhsili alır.
Ən çox baxılan
Davamıİnqilab Əhmədov
İnqilab Əhmədov, iqtisad elmləri doktoru, professor. Avrasiya Bilik Mərkəzinin direktoru, Xəzər Universiteti.
Ən çox baxılan
-
Büdcə şəffaflığı və Azərbaycan üçün yeni çağırışlar
-
Azərbaycanda sosial inkişaf: illüziya və reallıq
Kənan Qayıbov
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. İnsan hüquqları sahəsində fəaliyyət göstərir.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycan mediasında üzr videoları: İnsan hüquqları və penoloji təhlil
-
/ cəmiyyət
Azərbaycanda etnik azlıqların hüquqlarının tənzimlənməsi
Kənan Rövşənoğlu
Yeni Müsavat qəzetinin keçmiş əməkdaşıdır. Bakalavr dərəcəsini Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetindən almışdır. Ankara İldırım Bəyazid universitetində dini sosiologiya üzrə magistr təhsilini tamamlamaq üzrədir.
Ən çox baxılan
DavamıLalə Darçınova
Avropa Universiteti İnstitutunda hüquq və siyasi fəlsəfə üzrə doktorantdır.
Ən çox baxılan
DavamıLalə Mahmudova
2015-2017 Fulbright təqaüdçüsüdür. O, Çikaqo şəhərində yerləşən Loyola Universitetində Qadın və Gender Araşdırmaları Programında magistr təhsilini almışdır. Təhsilini başa vurduqdan sonra isə Çikaqoda yerləşən məişət zorakılığı təşkilatlarından biri olan Apna Gharda məişət zorakılığından zərər çəkmiş qadınların müdafiəsi üzrə işləmişdir
Ən çox baxılan
-
/ cəmiyyət
Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi
-
/ cəmiyyət
Azərbaycan məktəblərində bullinqin profilaktikasına ətraflı yanaşma
Leon Damian
London İqtisad Məktəbinin (LSE) məzunudur, iqtisadçıdır. O, Rusiya və Ukraynada korporativ təlimçi kimi fəaliyyət göstərib. Azərbaycanda IB Dünya Məktəbində dərs deyir və SOCAR-da korporativ / biznes üzrə ingilis dili təlimi keçir.
Ən çox baxılan
-
Fiskal qənaət dövrü və onun güclü iqtisadiyyatlara təsiri
-
2008 və COVID-19 böhranları müasir kapitalizmin uğursuzluğunu necə şiddətləndirdi
Leyla Sayfutdinova
Qlazqo Universitetində müəllimdir. O, əsasən Azərbaycanda post-sosializm keçid dövrü, xüsusilə urbanizasiya, millətçilik və postsovet sənayesinin yenidən qurulmasının sosial nəticələrini araşdırır.
Ən çox baxılan
-
/ cəmiyyət
Neft sənayesi mədəni irs kimi: Bakının istifadə olunmamış təbii sərvəti
-
/ cəmiyyət
Bayırşəhərin əhəmiyyəti nədir?
Lorens Broers
Lorens Broers Chatham House institutunda Rusiya və Avrasiya Proqramının əməkdaşı, Caucasus Survey jurnalının isə həmtəsisçisi və baş redaktorlarından biridir. O, Ermənistan və Azərbaycan: Rəqabətin Anatomiya (2019) kitabının müəllifidir.
Ən çox baxılan
DavamıMairbek Vaçaqayev
Qroznıda Çeçen-İnquş Universitetini bitirmişdir. 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunda "Çeçenistan Qafqaz Müharibəsində (1816-1859)" adlı dissertasiyasını müdafiə edərək, Tarix üzrə Fəlsəfə Doktoru elmi adını almışdır. O, Routledge nəşriyyatı tərəfindən nəşr olunan "Caucasus Survey" elmi jurnalının baş redaktorudur.
Ən çox baxılan
DavamıMariya Kuçerenko
Şərqi Ukraynadakı münaqişənin həlli problemləri ilə bağlı analitik tədqiqatların və xüsusi layihələrin müəllifidir.
Ən çox baxılan
DavamıMəhəmməd Zeynallı
Almaniyanın Yena şəhərindəki Fridrix Şiller Universitetində İqtisadiyyat üzrə magistr təhsili alır. O, Azərbaycan Dövlət İqtisad Universitetindən İqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb.
Ən çox baxılan
-
/ cəmiyyət
Vətəndaş itaətsizliyinin rasionalist izahları
-
Qadınların məşğulluğu, ailə normaları və azalan doğum səviyyəsi
Mirkamran Hüseynli
Vytautas Magnus Universitetində Siyasi Elmlər üzrə doktorluğa namizəddir. Tədqiqat sahəsi Azərbaycanda postkolonializm, etnik münasibətlər və millətçilikdir. Baloniya və Korvinus Universitetlərindən Şərqi Avropaşunaslıq, Mərkəzi Avropa Universitetindən Millətşunaslıq üzrə maqistr dərəcələri var.
Ən çox baxılan
DavamıMunxnaran Bayarlxaqva
Monqolustan Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi və Cons Hopkins SAIS məzunudur.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycan Monqolustanın ABŞ-dakı lobbiçilik fəaliyyətini maliyyələşdiribmi?
-
/ cəmiyyət
Yaşasın Monqol Böyük İranı - İranzəmin
Murad Ismayılov
Murad İsmayilov hazırda Kembric Universitetində Siyasət, Psixologiya, Sosiologiya və Beynəlxalq Münasibətlər (PPSIS) üzrə doktorantura təhsilini başa vurmaqdadır. O, həmçinin Kembric Universitetində (2009) Beynəlxalq Münasibətlər üzrə magistr, Baku Dövlət Universitetindən (2004) isə eyni sahə üzrə bakalavr təhsili almışdır.
Ən çox baxılan
-
/ di̇n
Avtoritar Patriarxiya, İrqçilik və Bilik Böhranı: Qlobal Dini Mühitin “Deradikalizasiyası”na doğru
Murad Nəsibov
Almaniyanın Gisen şəhərində yerləşən Yustus Libiq Universitetində doktorantura namizədidir. Doktorantura təhsilinə başlamamışdan əvvəl 6 ildən çox müddət ərzində Azərbaycanda qeyri-hökumət təşkilatlarında çalışmışdır, yerli universitetlərdə qısa müddət siyasət üzrə dərs demiş. Magistratura təhsilini Mançester universitetində Avropa siyasəti üzrə almışdır. Bakalavr təhsilini Bakıda yerləşən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır.
Ən çox baxılan
-
/ cəmiyyət
İntellektuallar, Milliyyətçilik və Siyasət
-
/ cəmiyyət
Kəndarda: Azərbaycanın yeni (və köhnə) gerçəkliyi
Namiq Məmmədov
müstəqil tədqiqatçıdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr və magistr dərəcələri, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aspirantura təhsili almışdır.
Ən çox baxılan
-
/ cəmiyyət
Rusiya mətbuatında Türkiyə, Türkiyə mətbuatında isə Rusiya obrazı 2026-cı ilin yanvar–avqust aylarında iki ölkə mediasında qarşılıqlı təqdimatın təhlili
Nəcmin Kamilsoy
Çarlz Universitetinin İctimai və Sosial Siyasət Departamentinin doktorluğa namizədidir. Onun tədqiqat sahəsi Cənubi Qafqaza regional və müqayisəli diqqət yetirməklə qeyri-demokratik ölkələrdə vətəndaş cəmiyyəti quruculuğu və təşkilati davranışlardır.
Ən çox baxılan
-
/ cəmiyyət
Hökumət və vətəndaş cəmiyyəti arasındakı son əlaqələrin qiymətləndirilməsi
-
/ cəmiyyət
Azərbaycanda etirazların dinamikası və bunun avtoritar rejim stabilliyi ilə əlaqəsi
Nicat Məmmədbəyli
Hüquqşünas, Saarland Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistrı.
Ən çox baxılan
-
/ cəmiyyət
Cinayət işləri üzrə Ədalət Mühakiməsi hüququnun beynəlxalq hüquqi aspektləri
-
/ cəmiyyət
Avropa İnsan Haqları Konvensiyasına görə internetdə ifadə azadlığımızın sərhədləri
Nicat Məmmədli
Bakı Dövlət, Kolumbiya və Qərbi İllinoys universitetlərində təhsil almışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlqalərər Şöbəsinin müdiri olmuşdur. Hal-hazırda Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinə rəhbərlik edir.
Ən çox baxılan
DavamıNicat Qarayev
iqtisadi inkişaf üzrə iqtisadçıdır. O, sosial-iqtisadi inkişaf siyasəti və proqramların hazırlanması, monitorinqi və qiymətləndirilməsi üzrə ixtisaslaşıb. Dövlət, özəl və qeyri-hökumət təşkilatları üçün sosial-iqtisadi proqramlaşdırma üzrə təlim və konsaltinq xidmətləri göstərməklə yanaşı, Azərbaycanda universitetlərdə iqtisadi inkişaf və siyasi iqtisadiyyat fənnlərini tədris edir.
Ən çox baxılan
DavamıNisə Hacıyeva
Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Daha sonra İtaliyanın Turin şəhərində Beynəlxalq Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət araşdırma İnstitutunun (UNICRI) Beynəlxalq Cinayət və Ədalət proqramı üzrə magistr dərəcəsi alıb. Hal hazırda elm fəlsəfəsi üzrə araşdırma edir.
Ən çox baxılan
DavamıNurlan Əliyev
Fəlsəfə və təhlükəsizlik məsələləri sahəsində fəlsəfə doktorudur. O, ilk növbədə, Rusiyanın xarici və təhlükəsizlik siyasətini, Arktikanı, postsovet ölkələrini, strateji araşdırmaları, Avrasiyanın geosiyasətini və geoiqtisadiyyatını tədqiq edir. Hal-hazırda Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin müəllimdir. Rusiyanın təhlükəsizlik siyasətinin yenidən dəyərləndirilməsi kitabının müəllifidir.
Ən çox baxılan
DavamıNurlan Hüseynov
2011-ci ildə Azərbaycan Dillər Universitetində İngilis dili və Ədəbiyyat fakültəsini bitirib. O, 2015-2017-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda (GIPA) Jurnalistika və Media Menecmenti fakültəsində magistr təhsili alıb.
Ən çox baxılan
-
/ cəmiyyət
Viken Çeteryanın Azərbaycandan müharibə sonrası mesajlar: tənqidi təfsir məqaləsinə cavab
-
/ cəmiyyət
Türkiyə-Ermənistan münasibətlərinin normallaşma perspektivi
Nurlana Cəlil
Yaxşı İdarəetmə üzrə Carl Friedrich Goerdeler Kolleg məzunudur. O, Almaniyanın Marburq Universitetində feminist siyasətşünaslıq üzrə doktorantura təhsili alır.
Ən çox baxılan
-
/ cəmiyyət
Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri
-
/ cəmiyyət
Panoptik dövlət, şəxsilik və siyasiləşən qadın
Nüşabə Bağırova
Müasir Tarix üzrə Strasburq Universitetinin doktorantıdır.
Ən çox baxılan
-
/ cəmiyyət
Doktorantura Dissertasiyasının Bəzi Metodoloji Elementləri: “Ankaranın Cənubi Qafqaz Siyasəti kontekstində Türkiyə-Ermənistan münasibətləri (1991-2010)”
Orxan İmanov
hal-hazırda Türkiyənin Ondokuz Mayıs Universitetində fəlsəfə ixtisası üzrə magistr təhsili almaqdadır.
Ən çox baxılan
DavamıPərvin Ağayeva
Lund Universitetində Beynəlxalq İnkişaf və İdarəetmə üzrə magistr tələbəsidir.
Ən çox baxılan
DavamıPərviz Əhmədov
Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dərəcəsini ABŞ-ın Duke Universitetinin Sanford İctimai Siyasət Məktəbindən almışdır. Beynəlxalq inkişaf məsələləri üzrə mütəxəssisdir
Ən çox baxılan
DavamıQiyas Ibrahim
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsini bitirib. Siyasi fəal və keçmiş vicdan məhbusudur.
Ən çox baxılan
DavamıRail Səfiyev
Rail Səfiyev Norveçin Bergen Universitetində müqayisəli siyasətşünaslıq fakultəsinin dosentidir. Berlin Azad Universititinin siyasi elmlər üzrə doktor məzunudur.
Ən çox baxılan
DavamıRauf Mirqədirov
Şərqi Avropanın Gerd Bucerius Azad Mətbuat mükafatını qazanmış jurnalist və siyasi analitikdir. O, bu mükafatı 2008-ci ildə müstəqil mətbuatın inkişafındakı nailiyyətlərinə görə alıb. 2005-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən əməkdar jurnalisti adı verilib. Rauf Mirqədirov keçmiş siyasi məhbusdur və hazırda Avropada mühacirətdə yaşayır.
Ən çox baxılan
-
/ cəmiyyət
Nitşe və Qarabağ mifləri. Bizi bütün qaydaları Moskva tərəfindən müəyyənləşdirilən “qaydasız oyunlar” gözləyir
-
/ cəmiyyət
Elita yoxluğu problemi haqqında bəzi mülahizələr
Rejis Jante
2002-ci ildən bəri Tbilisidə fəaliyyət göstərən və Radio France Internationale, France 24 TV, Le Figaro kimi qurumlar üçün keçmiş Sovet ölkələrini izləyən jurnalistdir. O, Putin və Qafqaz (Poutine et le Caucase, 2014) da daxil olmaqla üç kitab müəllifidir.
Ən çox baxılan
-
/ cəmiyyət
Gürcüstan: gəlməkdə olan böhranlar və demokratiyaya artan ehtiyac
-
/ cəmiyyət
Saakaşvili: Gürcüstan siyasətinin baş ağrısı
Rəşad Əliyev
BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinin və Maryland Universitetində (ABŞ) İctimai İdarəetmə üzrə magistr proqramının məzunudur. Dünya Bankının Vaşınqtondakı ofisində, Təhsil Nazirliyində və ABŞ-ın Azərbaycandakı Səfirliyinin hüquq şöbəsində korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, məhkəmə-hüquq və polis sistemində islahatlar üzrə layihələrdə çalışıb.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycandan Britaniyaya aparılmış çirkli pullarla bağlı son məhkəmə işləri və onların nəticələri
-
/ cəmiyyət
Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramındakı (PISA) nəticələri
Robert Denis
Müstəqil tədqiqatçıdır. O, magistr dərəcəsini Los-Anceles, Kaliforniya (UCLA) Universitetində almışdır. Azərbaycan tarixi və dilini də həmin universitetdə öyrənmişdir.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycanda Sovetöncəsi Dil İslahatı Uğrunda Hərəkat: ümumi baxış
-
/ cəmiyyət
Elmir Mirzəyevin "Argumentum ad ignorantiam" məqaləsinə cavab
Robert Nozik
Amerikalı filosof. O, Harvard Universitetinin professoru və Amerika Fəlsəfə Assosiasiyasının prezidenti olmuşdur.
Ən çox baxılan
DavamıRövşən Ağayev
Ölkənin aparıcı müstəqil iqtisadçılarındandır. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavinidir.
Ən çox baxılan
DavamıŞahin Cəfərli
Tanınmış Azərbaycan jurnalisti və siyasi şərhçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.
Ən çox baxılan
DavamıSamir Əliyev
iqtisadçı və vətəndaş cəmiyyəti təmsilçisidir. O, İqtisadi Təşəbbüslərə Yardım İB-nin İdarə Heyətinin üzvü, həmçinin Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Avropa Yerli Özünüidarə Xartiyası üzrə Müstəqil Ekspertlər Qrupunun Azərbaycan üzrə tamhüquqlu üzvüdür. Araşdırmaları makroiqtisadi siyasət, maliyyə sektoru və yerli özünüidarəetmənin institusional keyfiyyəti, eləcə də idarəetmə mexanizmlərini əhatə edir.
Ən çox baxılan
DavamıSamir İsayev
Magistr dərəcəsini Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsindən almışdır. Bir müddət BDU-nun Qazax filialında mühazirələr oxumuşdur, müstəqil tədqiqatçıdır.
Ən çox baxılan
DavamıSem Harşberqer
Tarix üzrə Prinston Universitetində bakalavr təhsili alır. O, İsrail Siyasət Forumunda IPF Atid Siyasət Təqaüdçüsü, Xarici Siyasət üzrə Tədqiqat İnstitutu ilə Strategiya və Siyasət üzrə Yeni Xətlər İnstitutunda isə tədqiqatçıdır.
Ən çox baxılan
DavamıSevda Sultanova
Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (indiki Dövlət İdarəçilik Akademiyası) dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Kinotənqid sahəsi ilə məşğuldur.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi
-
/ cəmiyyət
Azərbaycan kinosunda qadın obrazı
Şəhriyar Fətullayev
2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetində bakalavr təhsili almışdır. 2011-2016-cı illərdə Türkiyə Respublikası Ankara Universiteti Tibb Fakültəsi İbn Sina Xəstəxanasında Ortopediya və Travmatologiya/Əl Cərrahiyyəsi kafedrasında uzmanlıq təhsili almışdır. “Liberal Düşüncə Dərnəyi”nin qurucu üzvüdür. Hal hazırda Bakı şəhərində cərrah-travmatoloq olaraq çalışır.
Ən çox baxılan
DavamıSəid Riad
Bakı Slavyan Universiteti yunanşünaslıq məzunudur. Platonun altı dialoqunun (Evtifron, Apologiya, Fedon, Kriton, Teetitos, Politikos) və Mişel Fukonun doqquz məqaləsindən ibarət İqtidar / Nəzarət / Cəmiyyət əsərinin tərcüməçisi, İntro: Rep Tarixi kitabının isə müəllifidir.
Ən çox baxılan
DavamıŞəlalə Məmmədova
Tarix elmləri doktoru və BDU-nun sabiq prorektorudur. Hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısıdır.
Ən çox baxılan
-
/ cəmiyyət
Ukrayna müqaviməti postsovet avtoritarizmini məyus edir
-
/ cəmiyyət
Müasir Azərbaycanda milli tarixin yazılması: Milli faciə haqqında narrativlər
Şiyüe Yanq
Mərkəzi Avropa Universitetində siyasi fəlsəfə üzrə doktorantdır. Onun tədqiqatları ədalət, sosial bərabərsizlik və cəmiyyətdə əməyin bölüşdürülməsi barədədir. O, xüsusilə ağır və ya yetərincə qiymətləndirilməyən işlərin necə bölüşdürüldüyü və bu bölgünün etik nəticələri ilə maraqlanır.
Ən çox baxılan
DavamıSofie Bedford
siyasi elmlər üzrə dosent və Uppsala Universitetinin nəzdində Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun tədqiqatçısıdır. Onun tədqiqat maraqlarına postsovet məkanında dini, siyasi və vətəndaş mobilizasiyası və seçkilər daxildir.
Ən çox baxılan
DavamıŞücaət Əhmədzadə
Müstəqil araşdırmaçı. Onun əsas tədqiqat sahələrinə Cənubi Qafqaz və Avrasiya regionu üzrə multidisiplinar araşdırma, münaqişə və sülh elmləri aiddir.
Ən çox baxılan
DavamıTinay Muşdiyeva
Berlin Humboldt Universitetində tədqiqatçı
Ən çox baxılan
-
/ cəmiyyət
İntellektual ənənə, rasionallıq, azadlıq
-
/ cəmiyyət
Platonun "Protaqor" dialoqu/ “Elenxos” metodu haqqında
Toğrul Vəliyev
Bakı Dövlət Universitetinin məzunudur, müstəqil iqtisadçıdır.
Ən çox baxılan
-
/ video
Mühazirə- İqtisadiyyata Giriş: "Əsas İqtisadi Anlayışlar" № 01
-
/ video
Mühazirə- İqtisadiyyata Giriş: "Mikroiqtisadiyyat" № 02
Türkay Qasımova
Avropa Universiteti İnstitutunda doktorant. O, Mərkəzi Avropa Universitetinin (müqaisəli tarix üzrə magistratura), Bakı Dövlət Universitetinin (amerikaşünaslıq üzrə magistratura və bakalavr) və Fulbright proqramının məzunudur.
Ən çox baxılan
-
/ cəmiyyət
Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili
-
/ cəmiyyət
Keçmişdən narazılıq və kimlik böhranı: Cənubi Qafqaz müsəlmanları arasında dünyəviliyin mənbəyi
Turxan Sadıqov
Turxan Sadıqov 2016-cı ildə Nyu-York Dövlət Universitetindən (SUNY) siyasi elmlər üzrə fəlsəfə doktoru adını almışdır. Onun araşdırma mövzuları siyasi mədəniyyət, qeyri-rəsmilik və kollektiv ideyaların post-sovet ölkələrində vətəndaş aktivizmi və siyasi təsisatların inkişafına olan təsiri kimi sahələri əhatə edir. Onun məqalələri Journal of Civil Society, East European Politics, and Problems of Post-Communism və bir sıra digər akademik jurnallarda dərc edilmişdir.
Ən çox baxılan
DavamıÜlviyyə Babayeva
qadın hüquqları müdafiəçisi, Bərdə Qadın Klubunun təsisçisi və layihə rəhbəridir. Chevening təqaüdü ilə York Universitetində İctimai İdarəetmə və İctimai Siyasət üzrə magistr təhsili alıb.
Ən çox baxılan
DavamıUral Hatəmi
tədqiqatçı və İran üzrə mütəxəssisdir. Ankara Hacettepe Universitetinin Sosiologiya üzrə magistr dərəcəsini alıb və hazırda həmin universitetin Türkiyat Araşdırmaları İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir.
Ən çox baxılan
DavamıVəfa Nağıyeva
Esseks Universitetində Beynəlxalq Əlaqələr ixtisası üzrə magistr dərəcəsi alıb. O, hazırda Leypsiq Universitetinin Sosial Elmlər və Fəlsəfə fakültəsində doktorantura təhsili alır.
Ən çox baxılan
-
/ cəmiyyət
Səssiz Döyüşçülər: Birinci Qarabağ müharibəsində iştirak etmiş qadın veteranların müharibədən sonrakı təcrübələri
-
/ cəmiyyət
Avtoritar sistemlərdə fərqliliyin patologiyalaşdırılması
Viken Çeteryan
Cenevrə Universiteti və Cenevrənin Vebster Universitetinin tarix və beynəlxalq münasibətlər üzrə müəllimidir. O, "Rusiyanın problemli sərhədi - Qafqazda müharibə və sülh" (2009) kitabının müəllifidir. Onun sonuncu kitabı isə "Açıq yaralar, ermənilər, türklər və soyqırım əsri" (2015) adlanır.
Ən çox baxılan
-
/ cəmiyyət
Dağlıq Qarabağın siyasi statusu belə vacibdirmi?
-
/ cəmiyyət
Azərbaycandan müharibə sonrası mesajlar: tənqidi təfsir
Vüsal Quliyev
"AZEGLOB Consulting Group" şirkətinin Şanxay Ofisi üzrə rəhbəridir. O həm də Topçubaşov Mərkəzində siyasi ekspert və Xəzər Universitetində şərqşünas tədqiqatçıdır.
Ən çox baxılan
-
Çin Modeli: Türkiyə üçün çıxış yolu?
-
/ cəmiyyət
Uyğur və kürd məsələlərinin Türk-Çin münasibətlərindəki yeri
Yuliya Əliyeva (Qureyeva)
ADA Universitetində Sosial Elmlər üzrə müəllimdir. O, Macarıstanın Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetindən Gender Araşdırmaları üzrə magistr dərəcəsi alıb. 2016-2017-ci illərdə Hubert H. Humphrey təqaüdçüsü kimi ABŞ-ın Sirakuz Universitetində Dövlət Siyasətinin Təhlili və Dövlət İdarəçiliyi üzrə oxuyub.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycanda valideynlik məzuniyyəti: tənzimləmələr, onların tətbiqi və fokus qruplarının müzakirəsi
Zaur Qasımov
Bakı, Berlin və Eichstättda Beynəlxlaq əlaqələr, Beynəlxalq hüquq və Tarix ixtisaslarından təhsil almışdır. 2009-cu ildə Eichstätt-Ingolstadt Katolik universitetində Tarix elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Hal-hazırda Almaniyanın İstanbuldakı Şərqşünaslıq institutunun əməkdaşıdır.
Ən çox baxılan
DavamıZaur Qurbanlı
hüquqşünas və bloggerdir. 2007-cü ildə Bakı Dövlət Universitetinin, 2017-ci ildə isə Qlazqo Universitetinin hüquq fakültələrini bitirib. Chevening və Vaclav Havel təqaüdləri məzunudur.
Ən çox baxılan
DavamıZülfiyyə Əbdürəhimova-Karberri
Harvard Universitetindən Regionşünaslıq fakültəsinin məzunudur (2021). Hazırda Harvard Universitetində tədqiqatçıdır. Əsas tədqiqat sahələrinə demokratiyaya keçid, avtoritar rejimlər, vətəndaş cəmiyyəti, sosial rifah rejimləri daxildir və ixtitsas regionu keçmiş Sovet ölkələridir.
Ən çox baxılan
-
/ tərcümə
İmmanuel Kant: Aydınlanma Nədir?
-
/ cəmiyyət
Azərbaycanda insan hüquqları və vətəndaş fəallığının qavranılması
Zülfü Fərəcli
2021-ci ildə Macarıstanın Corvinus Universitetində Regional və Ətraf Mühitin İqtisadiyyatı ixtisası üzrə təhsil alıb. Azərbaycanda Beşbarmaq Köçəri Quşların Sayımı Məntəqəsinin yerli koordinatorlarından biri olub.
Ən çox baxılan
-
/ cəmiyyət
Azərbaycanda işğalçı Amerika yenotu təhlükəsi
-
/ cəmiyyət
Azərbaycanda vaxtilə yaşamış nəhəng pişik – Turan pələngi
Zümrüd Cəlilova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə bakalavr və Bristol Universitetində Gender və Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili almışdır. Riga Ali Hüquq Məktəbinin Avropa Hüququ və İqtisadiyyatı üzrə mütərəqqi proqramın məzunudur.
Ən çox baxılan
Davamıabunə olun
BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.