iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda makroiqtisadi trendlər (2023-cü il və 2024-cü ilin ilk yarısı)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bülletenin bu sayı Azərbaycanda son illər, xüsusilə də 2023-cü ildə və cari ilin ilk yarısında baş vermiş makroiqtisadi trendlərə həsr olunub. Sənədi hazırlayan ekspertlər xarici və daxili amillərin ölkə iqtisadiyyatına təsiri nəticəsində baş vermiş dəyişikliklərin tendensiyasına diqqət yetiriblər. 

Bülleten 4 hissədən ibarətdir.

Birinci hissədə ölkənin ümumi makroiqtisadi vəziyyəti təhlil edilib. Bu hissədə ümumidaxili məhsulun real artımını şərtləndirən amillər, əsas kapitala yatırılan investisiyaların sahəvi strukturu və artım dinamikası əksini tapıb. Bölmədə həmçinin inflyasiya səviyyəsi, məşğulluğun vəziyyəti, ümumi dövlət borcundan daxili və xarici borcun payının dəyişmə tendensiyasının izahı verilib.

İkinci bölmə dövlət büdcəsi və büdcədənkənar fondlarla bağlı əsas trendlərə həsr olunub. Bölmədə dövlət büdcəsi gəlirlərinin artma mənbələrinə və səbəblərinə, büdcə xərclərinin yönləndirildiyi istiqamətlərdə baş vermiş dəyişikliklərə toxunulub. Büdcədənkənar fondlarla bağlı trendlərdə Dövlət Neft Fondunun gəlirlərinin və xərclərinin dəyişmə tendensiyasına nəzər yetirilib.

Üçüncü bölmədə ölkənin monetar sektorunda baş vermiş trendlər haqqında məlumatlar verilib. Xüsusilə də COVİD-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin səbəbkar olduğu qlobal bahalaşma və Azərbaycanda dövlət büdcəsi xərclərinin əhəmiyyətli artması fonunda ölkədə inflyasiya təzyiqinin güclənməsi və bunun qarşısının alınması üçün həyata keçirilən monetar qərarların təsirinə diqqət yetirilib.

Bülletenin dördüncü bölməsində ölkənin xariclə işgüzar əlaqələri ilə bağlı əsas trendlər qeyd edilib. Dünyada baş verən proseslərin, o cümlədən neft və qazın qiymətinin dəyişməsinin  tədiyyə balansının strukturuna təsiri, pul köçürmələrinin həcmində müşahidə edilən dəyişikliklər qiymətləndirilib.

Azərbaycanda makroiqtisadi trendlər (2023-2024-cü illərin ilk yarısı) iqtisadi bülletenini pdf fayla klikləyərək oxuya bilərsiniz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.