fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan mediasında üzr videoları: İnsan hüquqları və penoloji təhlil

Read this article on other language
Download article
image_pdf
image_pdf

Cinayət-cəza sistemində üzr istəmə hərəkətini (qısaca, üzrxahlıq) müasir dövrün tendensiyası hesab etmək olmaz. Əksər yurisdiksiyalarda üzr istəmək cəzanı yüngülləşdirən və ya cinayət məsuliyyətindən azad edən hal kimi qəbul edilir. Bununla belə, son vaxtlar postsovet ölkələrində, o cümlədən Azərbaycanda belə bir tendensiya müşahidə olunur ki, dövlət orqanları cinayətlə qadağan edilmiş və hətta mənəvi cəhətdən[1] yanlış hesab edilən hüquqi aktlarda cinayət cəzası metodu kimi üzrxahlıqdan istifadə etməyə başlayıblar. Bu cür üzrxahlıqlar müxtəlif icmaların səy göstərdiyi özünümühakimənin bir forması kimi başlasa da, o vaxtdan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməklə rəsmi olaraq təsdiq edilmiş cəzaya çevrilib.

Üzr videoları yerli cinayət ədliyyə sistemləri tərəfindən insan hüquqlarının kütləvi şəkildə pozulması kontekstində yozulmalıdır. Bundan əlavə, üzr videoları cəza populizminin artması tendensiyası çərçivəsində də başa düşülə bilər.

Bu baxımdan, bu məqalədə aşağıdakı mövzular yer alacaq: üzr videolarının çəkilməsi və yayılmasının cinayət cəzası formasına necə çevrilməsi araşdırılacaq. Birinci məqsəd üçün ilk əvvəl üzrxahlıq ilə bağlı Azərbaycanın cinayət qanunvericiliyinin müddəalarını (mövqeyini) göstərəcəyəm. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanı yüngülləşdirən və ya cəzadan azad etmə halları üçün üzrxahlıqdan istifadə nəzərdə tutulur. Təqsirləndirilən şəxs üzrxahlıq etdikdən sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq cinayət təqibinə xitam verməklə cinayət məsuliyyətindən azad edilir.

Bundan əlavə, bu yazıda üzr videolarının ortaya çıxmasını cəza nəzəriyyəsi prizmasından şərh etməklə yanaşı, diqqətimizi bu videolardan rəsmi istifadə motivasiyasına yönəldib təhlil edəcəyik. Hüquq-mühafizə orqanlarının rəsmi mövqeyi qeyri-dəqiq və ziddiyyətli şərhlərə və hüquqi təhlillərə söykənir. Kompleks yanaşma məqsədilə bu məqalədə hüquq-mühafizə orqanlarının bir sıra tezisləri təhlil ediləcəkdir[2].

Üzr videoları və dövlət orqanlarının arqumentləri

Azərbaycanda çıxan dövri mətbuat orqanları 2022-ci ilin əvvəlindən üzr videolarının müzakirəsinə başlayıb, çünki bu tendensiya koronavirus pandemiyası zamanı müşahidə olunmuşdu.[3] Hakimiyyət yönümlü və hakimiyyət tərəfindən yaradılmış qeyri-hökumət təşkilatlarının (GONGO) bu cür metodlara reaksiyası əsasən pozitiv xarakter daşıyıb. Məsələn, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü və Konstitusiya Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev[4] ictimai təhlükəsizliyi təmin etmək hüquq-mühafizə orqanlarının öhdəliyi olması baxımından bu cür üzrxahlığın vacibliyini vurğulayaraq, “şəxsin şərəf və ləyaqətinin pozulması halı varsa, üzrxahlıq tələb olunmalıdır”- deyə bildirib.[5] Vəzifəsindən sui-istifadə edən məmurlar üzr videoları haqqında müsbət rəy də bildiriblər.[6] Ancaq müstəqil hüquq müdafiəçiləri konstitusiyaya zidd olduğuna görə bu cür videoları tənqid ediblər.[7] Bu günə qədər müxtəlif KİV-lər tərəfindən 15-dən çox üzr videosu yayılıb. Dövlət hakimiyyəti orqanları bu cür videoların lehinə arqumentlər irəli sürüblər. Həmin arqumentləri aşağıda sadalayaraq, onlarla ziddiyyət təşkil edən bəzi məqamları da əlavə etmişik.

  1. Üzr videoları könüllü xarakteri daşıyır.[8]

Hüquq mühafizə orqanlarının irəli sürdüyü əsas arqumentlərdən biri üzrxahlığın məcburiyyət olmadan edilməsi və cinayət törətmiş şəxs tərəfindən qəsdən edilən hərəkətlərin əvəzi olmasıdır. Ancaq bu mövqe ağlabatan görünmür. Bu videolar polis bölmələrində qeyd olunur, rəsmi hüquq-mühafizə orqanlarının sosial media hesablarında paylaşılır və bu fotoşəkillərdəki cinayət törətmiş şəxslər, o dövrdə bu cür qaydalara riayət edilməsinə ehtiyac olmamasına baxmayaraq, pandemiya qaydalarına açıq şəkildə əməl edirlər. 

  1. Üzrxahlıq (daha doğrusu peşmanlıq) hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir.[9]

Yerli hüquq-mühafizə orqanları, xüsusən də bu cür üzrxahlıq hallarının hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə etdiyini iddia edirlər. Əlbəttə ki, onlar fundamental hüquqi konsepsiya olan təqsir (mens rea) barəsində yanlış fikirdədirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi[10] ilə də təsbit edilən təqsirin müəyyən edilmiş təfsirinə uyğun olaraq, təqsirin dərəcəsi (və ya şəxsin hüquqazidd əməlin qəsdlə, yaxud ehtiyatsızlıqdan törətməsi) cinayət törətmiş şəxsin psixi vəziyyəti ilə müəyyən edilir ki, bu da məntiqi olaraq cinayətin özündən əvvəl gəlir. Cinayət törətmiş şəxs əməlin əvvəlcə törədilib-törədilməməsinin xüsusiyyəti (təbiəti) və nəticələri barədə məlumatlandırılır; nəzəri olaraq və qanunvericilikdə heç bir alternativ təmin olunmur.

Üzrxahlığın təqsirin təsiri ilə bağlı rəsmi mövqedə gözdən qaçan başqa bir məqam üzrxahlıq və peşmanlığın birləşdirilməsidir. Həqiqətən, sosioloji baxımdan bu iki anlayış bir-biri ilə əlaqəlidir; lakin Cinayət Məcəlləsi bu anlayışları ətraflı təsvir edir. Azərbaycan Cinayət Məcəlləsinin 72-ci və 73-cü maddələrinə əsasən, cinayət törətmiş şəxs ya hüquq-mühafizə orqanları qarşısında səmimi peşmanlıq keçirdiyini ifadə etdikdə, ya da zərərçəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edilə bilər.[11]

Nəhayət, peşmanlıq və üzrxahlıq sosioloji cəhətdən əlaqəli olsa da, yalnız peşmanlıq cinayət törətmiş şəxsi cinayət məsuliyyətindən azad edə bilər, çünki tək üzrxahlıq heç də həmişə səmimi sayılmır. Bununla belə, (1) – də göstərilən səbəblərə görə yayımlanan üzr videolarının səmimiliyinə əsaslı şübhələr var.

  1. Üzrxahlıq qanunla qadağan edilmir; Bu səbəbdən də ona icazə verilir.[12]

Bu arqument cinayət qanununun əsaslarını yanlış təfsir edən təhlükəli bir haldır. Bu arqument cinayət ədalətinin əsas prinsiplərinə ziddir, çünki üzr videoları heç bir ittiham irəli sürülmədən çəkilir.

Üzr videoları ilə hansı hüquqlar pozulur

Artıq məcburi üzr videolarından istifadə üçün bəzi əsaslandırmalar müşahidə etmişik. İndi isə gəlin, bu təcrübədə Avropa İnsan Hüquqları Konvensiyasında, Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edilmiş insan hüquqlarının əsas təminatlarının necə pozulmasına nəzər salaq. Üzr videoları nəticəsində aşağıdakı insan hüquqları və qanunlar pozulur.

  1. Kobud rəftardan müdafiə hüququ (Maddə 3 AİHK)

Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 3-cü maddəsinə görə, işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza mütləq şəkildə qadağan edilir. Qəddar rəftarın bütün növləri 3-cü maddənin pozulması kimi təsnif olunmur; kobud rəftar 3-cü maddənin təsiri altına düşürsə, minimum şiddət səviyyəsinə çatmalıdır[13]. Minimum şiddət səviyyəsi nisbidir və məsələn,  kobud rəftarın müddəti onun fiziki və ya psixi təsirləri və bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və sağlamlığı kimi işin bütün halları əsasında qiymətləndirilməlidir[14]. Dövlət 3-cü maddəyə uyğun olaraq həm mənfi, həm də müsbət öhdəliklər götürüb ki, bu da ciddi ziyan vurmaqdan çəkinmək və konkret halda müdafiə üçün normativ baza yaratmaq öhdəliyindən irəli gəlir.[15]

Söylədiyimiz bu konkret halda, üzr videoları ləyaqəti alçaldan rəftar və cəza növlərinin təfsirinə daxildir.  Üzr videolarını onların xüsusiyyətlərinə əsaslanaraq bu təfsirə aid edirik. Ləyaqəti alçaldan rəftar “insanı alçaldan və ya təhqir edən, onun insan ləyaqətinə hörmətsizliyini nümayiş etdirən və ya onu aşağılayan və ya şəxsin mənəvi və fiziki müqavimətini qıra bilən qorxu, iztirab və ya aşağılıq hissi yaradan bir hərəkət” kimi təsnif edilir[16]. Bu cür hərəkətlər zərər çəkmiş şəxsin fiziki və ya mənəvi müqavimətinin zəifləməsinə,[17] yaxud öz vicdanına qarşı hərəkət etməsinə səbəb ola biləcək rəftarı ehtiva edə bilər.[18]

Alçaltmaq niyyətinin olmaması öz-özlüyüdə 3-cü maddənin pozulmasını ehtiva etməsə də[19], aşağıdakıları təsdiqləmək üçün ağlabatan əsaslar var. Yəni elmi dairələr hesab edir ki, üzrxahlığın bərpaedici ədalət kontekstində ritual kimi başa düşülməsi hallarının artması ilə bu cür rəsmi üzrxahlıqlar səbəb olduqları alçaltmaya görə daha çox cəza meyilli olur.”[20] Bu videolar ətrafında alçaldıcı ifadəsini məzmunca xarakterizə edəcək bir sıra nüansları da qeyd edə bilərik. Bu cür videoları çəkmək üçün cinayəti törətməkdə ehtimal edilən şəxslər qeyri-bərabər güc münasibətləri və psixoloji təzyiqlərin olduğu hüquq-mühafizə orqanları ilə söhbətlər və danışıqlar aparmaq üçün polis bölmələrinə gətirilir. Nəticədə, cinayəti törətməkdə ehtimal edilən şəxslərin təvazökar bir səslə və gözlərini yumaraq həddindən artıq peşman olduqlarını ifadə etdikləri və hərəkətlərindən, zərər çəkənlərin hamısından (zərər çəkmiş şəxslərin adı çəkilməsə də): Azərbaycan xalqından, hüquq-mühafizə orqanlarından və başqalarından üzr istəmələrini əks etdirən video çəkilir. Daha çox təsir üçün üzr videoları rəsmi mediada və hüquq-mühafizə orqanlarının sosial media hesablarında paylaşılır.

Nəticədə, cinayəti törətməkdə ehtimal edilən şəxslərin üzr videoları çəkmələrinə məcbur edilməsi AİHK-nin 3-cü maddəsinə uyğun olaraq ləyaqəti alçaldan rəftar/cəza hesab oluna bilər.

2. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə cəzalandırılmamaq (Maddə 7 AİHK)

AİHK-nin 7-ci maddəsində Roma sistemindən, başqa sözlə, nullum crimen, nulla poena sine lege (törədildiyi zaman cinayət sayılmayan əmələ görə cəzalandırılmamaq) prinsipindən irəli gələn müasir cinayət mühakimə sistemləri tərəfindən çoxdan tanınan əhəmiyyətli təminatlar irəli sürülür: nullum crimen sine legenulla poena sine lege. Təxmini tərcümə etsək, bu prinsiplər bir insanın mövcud olmayan cinayətdə günahkar sayılmasını və qanunla nəzərdə tutulmayan cəzaların tətbiq edilməsini qadağan edir. Təqsir və qanunvericilik kimi bəzi konsepsiyalara kompleks təhlil üçün diqqət yetirilməli olsa da, bu məqalənin məqsədləri üçün yalnız cəza anlayışı diqqətlə nəzərdən keçiriləcəkdir.

7-ci maddə kontekstində cəza müstəqildir[21]  və yalnız ittihamın[22] olmasından asılı deyil. Nəzərə alınmalı olan digər meyarlar təklif olunan tədbirin xarakteri və məqsədi, o cümlədən hər hansı bir ehtimal edilən cəza, onun daxili qanunvericiliyə uyğun təsnifatı, qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı proseslər və təklif olunan hərəkətin ciddiliyidir.[23]

Təhlil üzr videosunu cəza kimi təsnif etməyə imkan verir. Hüquq – mühafizə orqanlarına görə,  “üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır”[24] və beləliklə, bu videolar hüquq-mühafizə orqanlarının bölmələrində və ya idarələrində çəkilir – polis əməkdaşları bu videoların hazırlanmasına təşəbbüs etdikdən sonra prosesə nəzarət edir və tənzimləyirlər, eləcə də proses barədə ictimaiyyəti məlumatlandırmağa cavabdeh qismində  videoları paylaşırlar.

Yuxarıda (3) qeyd etdiyim rəsmi əsaslandırmanı, yəni “üzrxahlıq qanunla qadağan deyil; buna görə də qanunidir” arqumentini təkrar nəzərdən keçirərək. Üzr videolarının cinayət qanununun əsaslarına iki şəkildə (formada) zidd olduğunu söyləmək olar: 1) müvafiq ittihamların irəli sürülməməsi və 2) üzr videoları formasında cəza. Cinayəti törətməkdə ehtimal edilən şəxslərin üzr videolarının çəkildiyi bəzi hallarda törədilməsi ehtimal edilən cinayətlər — nifrətin qızışdırılması, şəxsi avtomobildə olarkən insanların təhqir edən videonun çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət sayılmır[25]. Buna görə hüquq-mühafizə orqanları tərəfindən cəza verilə bilməz.

İkinci mətləbə gəldikdə, səlahiyyətli orqanlar üzr videolarının cəza olaraq funksiyasını inkar etsələr də, onların islahedici, çəkindirici xarakter daşıyan videolar kimi ifadə olunması cəza funksiyasını nəzərdə tutur, çünki bu Cinayət Məcəlləsinin açıq şəkildə müvafiq məqsədidir. Buna görə üzr videoları 7-ci maddənin pozulması kimi qiymətləndirilə bilər.

3. Məxfilik hüququ  (Maddə. 8 AİHK)

AİHK-nin 8-ci maddəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına hörmət hüququna malikdir. Bu məqalənin məqsədləri üçün şəxsi həyat və ya məxfilik anlayışlarını necə başa düşməli olduğumuzu araşdırmaq önəmlidir. Şəxsi həyat fikri hər kəsin adı, fotoşəkili və ya mənəvi və fiziki bütövlüyü kimi kimlik komponentlərini əhatə edir[26].

Yuxarıda üzrxahlıq könüllüdür (1) kimi ifadə etdiyim rəsmi əsaslandırmada üzr videolarının könüllü olduğu barədə rəsmi açıqlama mübahisəli idi; nəticədə, polis bölmələrində və polis nəzarəti altında qeydə alınan video yazılarda edilən üzrlərin səmimiliyinə inanmaq üçün heç bir səbəb yoxdur. Təbii ki, oxucu rəsmi mövqelərin ziddiyyətli olduğunu görəcək: üzr videosu necə könüllü və eyni zamanda cəzalandırıcı ola bilər? Hüquq-mühafizə orqanları hər ikisindən istifadə etməyə çalışırlar, ancaq əsaslandırmalarında yalnız ziddiyyətlər yaradırlar.

Üzr videoları çəkilən zaman cinayət törətməkdə ehtimal edilən şəxsin razılığı olmadan üzr videolarının yayılmasında məxfiliyin pozulması aşkar edilir. 8-ci maddə insanın şəxsi imicinə dair hüququnu qoruyur, çünki bu şəxsiyyətin ən vacib elementlərindən biridir[27]. AİHM məhz fərdin şəxsi görüntüsünün onun razılığı olmadan paylaşıldığı hallarda 8-ci maddənin pozulmasını müəyyən edib.[28] Üzr videolarının 8-ci maddənin pozulması olub-olmadığı sualında 8(2)-ci maddəyə müvafiq olaraq məxfilik hüququnun nə vaxt məhdudlaşdırıldığını da yoxlamalıyıq. Sözügedən maddə bu cür hərəkətlər qanuna müvafiqdirsə, qanuni məqsəd daşıyırsa və demokratik cəmiyyətdə zəruri olan haldırsa, şəxsin məxfilik hüququnun məhdudlaşdırılmasına imkan verir. Sonra əsaslı bir sual yaranır, yəni üzr videoları bu meyarlara cavab verirmi?

Qanuna müvafiqlik

Üzr videolarının yayılması, şübhəsiz ki, qanuna müvafiq deyil, çünki ölkənin cinayət qanunvericiliyində belə bir cəza yoxdur, yuxarıda da qeyd edildiyi kimi, bu, nulle poene sine lege (qanunsuz cəza yoxdur) prinsipinə ziddir.

Polis əməkdaşının hüquqlarından bəhs edən Polis haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşı inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profilaktika uçotunda olan şəxslərin fotoşəkilini çəkmək hüququna malikdir. Bununla belə, ənənəvi və ya sosial mediada video çəkmək və ya bu cür videoları paylaşmaq hüququna dair heç bir müddəa yoxdur. Nəticədə, şəxsin məxfilik hüququnun bu cür pozulması qanuna müvafiq sayılmır.

Qanuni məqsəd 

AİHK-nin 8(2)-ci maddəsində sadalanan qanuni məqsədlər bunlardır: “milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə iğtişaş və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün.”

Bu, hökumətin məxfilik hüququnu pozmasını belə bir məqsəd daşıdığını sübut etməsi üçündür[29]. Hüquq-mühafizə orqanları bu cür hərəkətlərin profilaktik və reabilitasiya məqsədləri daşıdığını iddia edirlər. Bu baxımdan bu cür məqsədlər milli təhlükəsizlik, ictimai asayiş, iğtişaş və ya cinayətin qarşısının almaq maraqlarına cavab verə bilər.

Demokratik cəmiyyətdə zəruri olan hallar 

AİHK-nin 8(2)-ci maddəsində həmçinin məxfilik hüququnun pozulmasının əsaslandırılmasının müvafiq, kifayət qədər və həyata keçirilən qanuni məqsədlərə uyğun olması tələb olunur.[30] Üzr videolarını yaymağın guya qanuni məqsədi cinayət və onun icraçısı haqqında cəmiyyətə məlumat vermək olsa da, demokratik cəmiyyətdə bu cür tədbirlərin zəruri olmadığına inanmaq üçün əsas var. Hüquq – mühafizə orqanları cəza tədbirinə məruz qalan cinayət törətmiş şəxslərin videosunu yayımlayır. Hüquq-mühafizə orqanlarının törədilmiş cinayətlər və günahkarların cəzalandırılması ilə bağlı xəbərləri paylaşması olduqca məqbuldur. Bununla belə, cinayəti törətməkdə ehtimal edilən şəxs üçün üzr videolarının alçaldıcı təbiətini nəzərə alaraq, bu cür video paylaşımlar qanun məqsədləri üçün artıq, yersiz və qeyri-mütənasibdir. Deməli, bu cür pozuntular demokratik cəmiyyətlər üçün zəruri hal deyil.

Penoloji təhlil

İnsan hüquqları çərçivəsində üzr videolarla bağlı praktikanı artıq nəzərdən keçirdiyimiz  üçün biz bu yazıda Azərbaycan dövlətinin bu üsuldan nə üçün istifadə etdiyini və bu cür cəza tədbirləri ilə öz rəsmi bəyan edilmiş məqsədlərinə necə nail ola bilmədiklərini daha dərindən anlamağa çalışacağıq.

Üzr videolarının çəkilməsi cəza populizminin təzahürü kimi qəbul edilə bilər. Cəza populizmi termininin mənası siyasətçilərin və müvafiq maraqlı tərəflərin cəza siyasətini uyğunlaşdırmaq üçün cəmiyyətlə necə qarşılıqlı əlaqədə olduğuna dair fikirlər məcmusu anlamına gəlir.[31]

Üzr videolarının yaranması və geniş istifadəsi Azərbaycanda və postsovet məkanın digər ölkələrində artmaqda olan cəza populizmi kontekstində şərh edilməlidir. Bu cür cəzanın effektivliyi ilə bağlı qanuni və əsaslandırılmış suallar ola bilər — hökumətin üzrxahlığın islahedici, çəkindirici xarakter daşıması ilə bağlı mövqeyinə baxmayaraq, bunları aşağıda nəzərdən keçirəcəyik. Bunun əvəzinə, üzr videoları hökumət yönümlü və rəsmi sosial şəbəkələrin və medianın tam dəstəyi ilə nəzərdə tutulan cinayəti törətməkdə ehtimal edilən şəxsi alçaltmaq üçün hökumətin cəza populist sanksiyasına xidmət edən qrafik alət hesab edilir.

Üzr videolarının əksəriyyəti narkotik vasitələrdən istifadə[32], sürücü ehtiyatsızlığı[33], milli simvollara hörmətsizlik[34] kimi ümumi və başa düşülən hallarda istifadə olunsa da, hüquq-mühafizə orqanlarının səlahiyyətlərini gücləndirmək üçün belə bir cəza tətbiq etdiyinə dair əlamətlər görə bilərik. Məsələn, 17 fevral 2022-ci ildə bir neçə yük maşını sürücüsü, yüklərin çatdırılması üçün icazə sənədlərini verməkdən imtina edən bir dövlət orqanına etiraz etmişdi.[35] Dövlət qurumları, təqsirli məmurların işdən çıxarılması ilə bağlı saxta xəbərlər yayaraq, sonra etirazçıları tutaraq tez bir zamanda hərəkətə keçdilər. Daha sonra etirazçıların üzrxahlığı ilə bağlı videoyazılar çəkilib  kütləvi informasiya vasitələrində vasitəsilə yayıldı.[36]

Azərbaycan hakimiyyəti avtoritar rejim kimi, böyük ehtimalla özünün cəza siyasəti ilə ictimai rəyi yönəltməyə və yenidən istiqamətləndirməyə çalışır. Bununla belə, geniş kütlələrdən konsensus və dəstəyi nəzərdə tutan cəza siyasətinin siyasiləşdirilməsi tendensiyası, Asiya dövləti ilə bağlı həm akademik[37], həm də populyar mənbələrdə göstərilib.[38] Beləliklə, hökumət yalnız üzr videolarına cəza olaraq deyil, üzr istənən əməllərin cinayət kimi cəzalandırılmalı olub-olmaması ilə bağlı ictimai rəyi yoxlaya bilər. Üzr videolarının zəruriliyi barədə hərtərəfli bir fikir əldə etmək üçün rəsmi və ya hətta sistematik bir ölçü olmasa da, sosial şəbəkələrin ilkin təhlillində bu cür təşəbbüslər haqqında narahatedici fikirlər yer alır.

Azərbaycanın cinayətkarlığa mütləq nəzarət mədəniyyətinə çevrilməsi kompleks şəkildə qiymətləndirilməlidir. Üzr videolarının ehtimal olunan islahedici xarakter daşımasına diqqətin yönəldilməsi təhqir edən şəxsin deyil, təhqirin özünə yönəldildiyi cəza və islahedici prosesə keçidi göstərir. Bu da öz növbəsində səylərin cinayət törətmiş şəxsin deyil, zərərçəkmiş şəxsin reabilitasiyasına (islahına) yönəldilməsini nəzərdə tutur.[39] Üzr videoları ilə bağlı rəsmi mövqenin ziddiyyəti və qeyri-müəyyənliyi ziddiyyətli hüquqi şərhlərin həddindən artıq olması kimi yanlış şərh edilməməlidir. Cəza populizmi, bütün siyasi gündəmlərə cavab verən dövlət cəza siyasətinin hazırlanmasında mühüm rol oynayır.[40] Nəticə etibarilə, Azərbaycan dövləti daxilində müxtəlif subyektlər bu videolardan istifadə etdikləri üçün üzr videolarının seçilməsində və icrasında uyğunsuzluqlar mövcuddur və olacaqdır.

Üzr videolarının yaranmasının rəsmi əsaslandırmalarını və qeyri-rəsmi səbəblərini müzakirə etsək də, hələ başqa bir məsələni müzakirə etməmişik: ümumiyyətlə, təsirli olurlarmı, yəni cəza və reabilitasiyaya adekvat  şəkildə köməklik göstərirlərmi? Üzrxahlıq, şübhəsiz ki, təhqir edən və təhqir olunan şəxslərin barışmasına səbəb olmur[41]; təhqir olunan şəxs həmişə təhqir edən şəxsin üzrxahlığını qəbul etməmək hüququna malikdir. Lakin Azərbaycanın üzr videoları kontekstində biz də görürük ki, bu videolarda üzrxahlıq təhqir olunmuş tərəflərə və ya zərərçəkmiş şəxslərə deyil, Azərbaycan cəmiyyətinə edilir. Təhqir etməkdə ehtimal edilən şəxsin təhqir edən şəxsin və ya ümumiyyətlə ictimai asayişin deyil, yalnız “əfv edən orqanın psixoloji ehtiyacları”nın qarşılanması səbəbindən, barışığın olmaması təhqir edən şəxsin reabilitasiyasının və düzəlməsinin təhrif olunmasına gətirib çıxarır.[42] Üzr videolarında üzr istəmə halları hüquq mühafizə orqanlarının nəzərdə tutduğu nəticələrə gətirib çıxarmaqdansa, sosial və siyasi rejimi gücləndirir.[43]

Bu kriminoloji analiz bizə üzr videolarını həddindən artıq və alçaldıcı cəza şəklində ortaya çıxan cəza populizmindən irəli gələn narahat bir tendensiya olaraq müəyyən etməyə imkan verir. Bu cəza populizmi üzr videolarının ehtimal edilən islahedici və çəkindirici təsirlərini ciddi şəkildə şübhə altına alır.

Nəticə

Azərbaycanın hüquq-mühafizə orqanları özbaşına həbslər, şəxsin tutulması, işgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri və fərdin əsas hüquqlarına zidd olan digər məsələlərlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə haqlı olaraq ittiham olunublar[44]. Ancaq Azərbaycanın bütün cinayət və ədliyyə sisteminin bütövlükdə insan hüquqları standartlarına uyğun olmadığını söyləmək əsassız olardı. Bununla belə, cinayət ədalətinin xüsusiyyətləri, yəni dövlətin sosial münasibətdə tələb olunan məqsədlərə nail olması üçün zorakılıqdan geniş istifadə etmək imkanlarından yararlanması fonunda dövlət və fərd arasındakı münasibətlər baxımından, cəzaların icrasını izləyərkən insan hüquqları problemləri xüsusi vurğulanmalıdır. Son zamanlar üzr videolarından istifadə hallarının artması hüquq-mühafizə orqanları tərəfindən insan hüquqlarının davamlı olaraq pozulması kontekstində başa düşülməlidir. Müəyyən edilmiş qanundan açıq şəkildə kənara çıxmaqla və fərdin ləyaqətini pozmaqla yanaşı, üzr videolarının cəmiyyətə nəzarəti gücləndirmək üçün istifadə edildiyini gördük. Üzr videoları sadəcə Azərbaycanda əsas insan hüquqlarını pozan başqa bir tendensiya deyil, eləcə də qanunun aliliyini təhdid edən narahatedici təşəbbüsdür. Bu məqalədə insan hüquqlarının pozulması hallarının sadəcə bəyan edilməsindən daha çox, bu tendensiyanın geniş şəkildə təhlil olunmasına, eləcə də bu cür videoların ortaya çıxmasının və istifadəsi hallarının artmasının nə cür izah olunmasına cəhd göstərilmişdir.

 

İstinadlar və qeydlər:

[1] Sarah Johnson, “How public ‘apologies’ are used against domestic abuse victims in Chechnya”, The Guardian, 15 Jul 2021, https://www.theguardian.com/global-development/2021/jul/15/how-public-apologies-are-used-against-domestic-abuse-victims-in-chechnya accessed 21 January 2023

[2] “Üzrxahlıq videoları niyə çəkilir? – DİN AÇIQLADI” (Lent.az, 22 February 2022) https://www.lent.az/xeber/hadise/uzr-istemek-videolari-niye-cekilir-din-aciqladi-40532986?fbclid=IwAR2KBV0pwaiO_WnAsDV6QonwUhj2zeyhu0KV1PCTxh5e8rJxYnDdgGVH88k accessed 18 December 2022

[3] Amin Nəzərli, “Onlar könüllü üzr istəyir, ya məcbur edilirlər?” (Qafqazinfo, 14 January 2022) <https://qafqazinfo.az/news/detail/onlar-konullu-uzr-isteyir-ya-mecbur-edilirler-349719> accessed 10 August 2022

[4] Open Government Partnership, Azerbaijan http://ogp.org.az/az/index.php/elimemmed-nuriyev-konstitusiya-arasdirmalar-fondu/ accessed 10 August, 2022

[5] “Onlar könüllü üzr istəyir, ya məcbur edilirlər?” (Qafqazinfo, 14 January 2022) https://qafqazinfo.az/news/detail/onlar-konullu-uzr-isteyir-ya-mecbur-edilirler-349719 accessed 19 February 2023

[6] Çimnaz Şahlar, “Moped sürücüsünü döyən məmurla bağlı tələb: “Üzr videosu paylaşılsın”” (Şərq, 26 March, 2022) <https://sherg.az/aktual/195622> accessed 10 August 2022

[7] ““Üzr videoların” yayımlanması qanuna uyğundurmu?” (Turan, 21 February 2022) <https://www.turan.az/ext/news/2022/2/free/Social/az/1659.htm> accessed 10 August 2022

; https://nocomment.az/manaf-agayev-niye-uzr-istemedi-aciqlama/

[8] “Üzrxahlıq videoları niyə çəkilir? – DİN açıqladı” (Lent.az, 22 February 2022) https://www.lent.az/xeber/hadise/uzr-istemek-videolari-niye-cekilir-din-aciqladi-40532986?fbclid=IwAR2KBV0pwaiO_WnAsDV6QonwUhj2zeyhu0KV1PCTxh5e8rJxYnDdgGVH88k accessed 18 December 2022

[9] “Üzrxahlıq videoları niyə çəkilir? – DİN AÇIQLADI” (Lent.az, 22 February 2022) https://www.lent.az/xeber/hadise/uzr-istemek-videolari-niye-cekilir-din-aciqladi-40532986?fbclid=IwAR2KBV0pwaiO_WnAsDV6QonwUhj2zeyhu0KV1PCTxh5e8rJxYnDdgGVH88k accessed 18 December 2022

[10] Criminal Code of the Republic of Azerbaijan, Art.24

[11] Criminal Code of the Republic of Azerbaijan, Art.72; Art.73, respectfully.

[12] “Üzrxahlıq videoları niyə çəkilir? – DİN AÇIQLADI” (Lent.az, 22 February 2022) https://www.lent.az/xeber/hadise/uzr-istemek-videolari-niye-cekilir-din-aciqladi-40532986?fbclid=IwAR2KBV0pwaiO_WnAsDV6QonwUhj2zeyhu0KV1PCTxh5e8rJxYnDdgGVH88k accessed 18 December 2022

[13] Aisling Reidy, A guide to the implementation of Article 3 of the European Convention on Human Rights, Human rights handbooks (Council of Europe No. 6 2002) 10

[14] Ireland v the United Kingdom (1978) 25 EHRR 162

[15] Hristozov and Others v. Bulgaria (2012) Apps no 47039/11, 358/12 111; X and Others v. Bulgaria (2021) App no 22457/16 178

[16] Council of Europe/European Court of Human Rights, Guide on Article 3 of the European Convention on Human Rights (Council of Europe 2022) 9

[17] Ireland v the United Kingdom (1978) 25 EHRR 167

[18] Denmark, Norway, Sweden, Netherlands v Greece (I) (1968) Apps no 3321/67 3322/67 3323/67 3344/67 186

[19] Gäfgen v. Germany [GC], 2010 App no 22978/05 89; Ilaşcu and Others v. Moldova and Russia [GC], 2004 App no 48787/99 425; M.S.S. v. Belgium and Greece [GC] 2011 App no 30696/09 220

[20] Christopher Bennett, “Taking the Sincerity Out of Saying Sorry: Restorative Justice as Ritual” (2006) 23 Journal of Applied Philosophy 2 127,140; Adam Ellwanger, “Apology as “Metanoic” Performance: Punitive Rhetoric and Public Speech” (2012) 42 Rhetoric Society Quarterly 4 307, 309; Jeffrie G. Murphy, Jean Hampton, Forgiveness and Mercy, (CUP 1988), 34; Dan M. Kahan, “What Do Alternative Sanctions Mean?” (1996) 63 U. CHI. L. REV. 591, pp.631-34; Dan M. Kahan & Eric A. Posner, “Shaming White Collar Criminals: A Proposal for Reform of the Federal Sentencing Guidelines” (1999) 42 J.L. & ECON. 365, 368; David A. Skeel, Jr., “Shaming in Corporate Law” (2001) 149 U. PA. L. REV. 1811, 1814-15

[21] G.I.E.M. S.R.L. and Others v. Italy (2008) [GC] Applications nos. 1828/06 and 2 others 210

[22] Ibid., 215-219

[23] Ibid. §§ 211; Galan v. Italy ECHR 193 (2021) 70; 85-96

[24] “Üzrxahlıq videoları niyə çəkilir? – DİN AÇIQLADI” (Lent.az, 22 February 2022) https://www.lent.az/xeber/hadise/uzr-istemek-videolari-niye-cekilir-din-aciqladi-40532986?fbclid=IwAR2KBV0pwaiO_WnAsDV6QonwUhj2zeyhu0KV1PCTxh5e8rJxYnDdgGVH88k accessed 18 December 2022

[25] Criminal Code of the Republic of Azerbaijan, Art.41.2

[26] Vavřička and Others v. the Czech Republic (2021) [GC] Apps no 47621/13, 3867/14, 73094/14, 19298/15, 19306/15 and 43883/15 261

[27] López Ribalda and Others v. Spain (2019) [GC] Apps no 1874/13 and 8567/13 87-91

[28] Söderman v. Sweden (2013) [GC] App no 5786/08

[29] Mozer v. the Republic of Moldova and Russia (2016) [GC] App no 11138/10 194; P.T. v. the Republic of Moldova (2020) App no 1122/12 § 29

[30] Z v. Finland (1997) App no 9/1996/627/811 94

[31] John Pratt, Penal Populism (Key Ideas in Criminology, Routledge 2007) 3-4

[32] “Narkotiki təbliğ edən “Ramin yeraz” saxlanılıb” (Qafqazinfo, 27 April 2022)  <https://qafqazinfo.az/news/detail/narkotiki-teblig-eden-ramin-yeraz-saxlanilib-video-321808> accessed 10 August 2022

[33] “Sosial şəbəkədə görüntüləri yayılan avtoxuliqan həbs edildi” (Müsavat, 30 September 2021) <https://musavat.com/mobile/news/sosial-sebekede-goruntuleri-yayilan-avtoxuliqan-hebs-edildi-uzr-videosu_833258.html> accessed 10 August 2022

[34] “Pula tüpürən şəxs polisə ÇAĞIRILDI” (Modern, 10 December 2021) <https://modern.az/az/news/320399/pul-nisanina-hormetsizlik-eden-sexs-polise-cagrildi> accessed 10 August 2022; “Dövlət rəmzlərini təhqir edərək narkokuryerliyə razılıq verən şəxs tutuldu” (Azərbaycan 24, 26 July 2021) <https://www.azerbaycan24.com/dovlet-remzlerini-tehqir-ederek-narkokuryerliye-raziliq-veren-sexs-tutuldu-video/> accessed 10 August 2022

; “DİN bayraqla maşınını silən şəxsi Sumqayıtda tapdı – Hamıdan üzr istədi” (Savash.org, 12 January 2022 <https://www.savash.org/aktual/51968-din-bayraqla-masinini-sil%C9%99n-s%C9%99xsi-sumqayitda-tapdi-hamidan-uzr-ist%C9%99di.html> accessed 10 August 2022

[35] “‘TIR’ sürücülərinin etirazı Bakıda nəqliyyatın hərəkətini iflic edib” (Jamnews, 18 February 2022) <https://jam-news.net/az/tir-surucul%C9%99rinin-etirazi-bakida-n%C9%99qliyyatin-h%C9%99r%C9%99k%C9%99tini-iflic-edib/> accessed 10 August 2022

[36] “Yolu kəsən TIR sürücüləri üzr istədilər” (Lent.az, 17 February 2022) <https://lent.az/xeber/videolent/yolu-kesen-tir-suruculeri-uzr-istediler-video-40532661> accessed 10 August 2022

[37] David Garland, The Culture of Control Crime and Social Order in Contemporary Society (University of Chicago Press, 2001) 172

[38] Justice Trends, Interview: Alison Hannah, “Advocating for human rights: the mirage of the de-politicisation of criminal policies” <https://justice-trends.press/advocating-for-human-rights-the-mirage-of-the-de-politicisation-of-criminal-policies/> accessed: August 10, 2022

[39] Supra note 39, 176

[40] Pat O’Malley, Penal Policies and Contemporary Politics, 193 in Colin Summer (ed.), The Blackwell Companion to Criminology (Blackwell Publishing Ltd, 2004)

[41] Adam Ellwanger, “Apology as “Metanoic” Performance: Punitive Rhetoric and Public Speech” (2012) 42 Rhetoric Society Quarterly 4 307, 309

[42] Annalise Acron, Compulsory Compassion: A Critique of Restorative Justice, (UBC Press, 2004) 160

[43] Hiroshi Wagatsuma and Arthur Rosett, “The Implications of Apology: Law and Culture in Japan and the United States” (1986) 20 Law & Society Review 4 461, 496

[44] U.S. Department of State, Bureau of Democracy, Human Rights and Labor, 2021 Country Reports on Human Rights Practices: Azerbaijan; Human Rights Watch, Country Report, Azerbaijan, 2021

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.