fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda taksi xidmətinin tənzimlənməsi məsələləri: mövcud vəziyyət, ictimai rəy, beynəlxalq təcrübə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Taksi xidməti Azərbaycanda rəqabətin olduğu tək-tük sahələrdəndir. Məhz bu rəqabətin nəticəsidir ki, ölkədə bütün sahələrdə qiymət artımı baş verdiyi halda taksi xidmətlərinin qiyməti dəyişməz olaraq qalıb, hətta 10 il əvvəlki qiymətlərlə müqayisədə daha ucuzdur. Halbuki bu müddətdə digər sahələrdə, o cümlədən ictimai nəqliyyatda qiymətlər əhəmiyyətli dərəcədə artıb. Yeganə olaraq Avtomobil nəqliyyatı haqqında Qanuna 2023-cü ildə edilmiş dəyişiklikdən sonra taksi şirkətləri gediş haqlarının minimal həddini 1- 1.60 AZN-dən 2.50 AZN-ə qaldırıb.

Taksi xidmətlərində gediş haqlarının səviyyəsindən fərqli olaraq xidmətin keyfiyyəti daim müzakirə mövzusu olub. İstər hökumət təmsilçiləri, istərsə də xidmətdən istifadə edən əhali qrupu dövrü olaraq çoxlu çatışmazlıqların mövcudluğunu qeyd ediblər. Bir tərəfdən xidmətin qiymətinin əlçatan olması, digər tərəfdən nəqliyyat vasitələrində təhlükəsizliyin aşağı səviyyədə olması cəmiyyəti çətin seçim arasında qoyur. Çünki taksi xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mütləq qiymət artımını şərtləndirir, qiymət artımının isə müştəri heç zaman tərəfdarı olmayıb. Buna görə də müzakirələr müəyyən fasilələrlə illərdir davam edir.

Taksi xidməti sahəsindəki problemləri üzə çıxartmaq üçün Bakı Araşdırmalar İnstitutu tədqiqat aparıb. Tədqiqatın işlənməsi çərçivəsində əhalinin taksi xidmətinin keyfiyyətinə, qiymətinə münasibətini öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Sorğu cavablarında əhali problem olaraq əsasən sürücülərin avtomobili idarəetmə səviyyəsinin və davranış mədəniyyətinin qaneedici olmamasını, taksi xidməti göstərən nəqliyyat vasitələrinin texniki göstəricilərinin standartlara uyğun gəlməməsini qeyd ediblər. Respondentlər həmçinin qiymət artımının taksi xidmətindən istifadəni azaldacağını bildiriblər.

Tədqiqat çərçivəsində taksi bazarı da araşdırılıb. Araşdırma göstərib ki, taksi xidmətləri bazarının fəaliyyətini əks etdirən statistik məlumat bazası natamamdır, taksi ilə bütün sərnişin daşınmalarının tam uçotunun aparılması mexanizmləri hələlik formalaşmayıb. Rəsmi məlumatlarda 2022-ci ildə taksi ilə sərnişin daşınmalarının sayı 83.8 milyon olduğu göstərilsə də, reallıq bu göstəricinin daha çox olduğunu göstərir. Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin sayı da dəqiq məlum deyil. Bakı şəhərində fəaliyyət göstərən taksi avtomobillərinin sayı haqqında məlumatlar müxtəlif mənbələrdə fərqlidir.

Tədqiqat çərçivəsində beynəlxalq təcrübəyə də nəzər salınıb. Avropa ölkələrinin, o cümlədən Danimarka, Hollandiya, Almaniya, Türkiyə təcrübəsinə nəzər yetirilərək tədqiqata əlavə edilib. Təcrübənin öyrənilməsi çərçivəsində taksi xidmətinin tənzimlənməsi, nəqliyyat vasitələrinə və sürücülərə qoyulan tələblər, qiymətin tənzimlənməsi məsələləri əksini tapıb.

Tədqiqatı buradan oxuya bilərsiniz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.