fbpx

TƏDBİR

TƏDBİR

Əxlaq haqqında nə bilə bilərik?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əziz dostlar!

Sizi 14.04.22 tarixində, saat 19.00-da “Əxlaq haqqında nə bilə bilərik?” mövzusunda məruzə və müzakirəyə dəvət edirik.

Məruzəçi: Tinay Muşdiyeva.

Müraciət edəcəyimiz suallar aşağıdakılardır:

Əxlaqi hökmlər nədir və onların epistemoloji xüsusiliyi nədədir?

Əxlaqi hökmlər bizə bilik verirmi? Əxlaq haqqında rasional analiz aparmaq, arqumentativ danışmaq mümkündürmü? Məsələn, “körpə uşaqlara işgəncə vermək olmaz” hökmünü necə əsaslandıra bilərik? Bu əsaslandırmada istinad etdiyimiz şey nədir – bilik, intuisiya, illuziya, yoxsa başqa bir nəsnə? Əxlaqi dəyərlər fiksiyadır, yoxsa onların obyektiv əsasları var? Ümumiyyətlə, əxlaq haqqında bilik niyə arzuolunan və can atılandır?

Bu (yaxud bu kontekstdə başqa) suallar sizi də maraqlandırırsa, müzakirəmizə qoşula bilərsiniz. Sizdən xahiş edirik ki, mümkünsə iştirakınızla bağlı tinay.mushdiyeva@bakuresearchinstitute.org email ünvanına özünüz haqqında qısaca məlumat göndərəsiniz (ad, soyad, maraq/araşdırma sahəniz) ki, iştirakçı sayını və auditoriyanın maraq dairəsini təxmin edə bilək.

Giriş sərbəstdir.

Ünvan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.