fbpx

iqtisadiyyat

iqtisadiyyat

2023-cü ilin dövlət büdcəsi və büdcədənkənar fondlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi və büdcədənkənar fondları haqqında qanunlar ötən ilin son iş günü – dekabrın 30-da ölkə prezidenti tərəfindən təsdiq edildi. Rusiya-Ukrayna müharibəsi fonunda enerji daşıyıcılarının bahalaşması və bunun  dünya bazarında yüksək  inflyasiya təzyiqləri yaratması hökumətləri sərt pul-kredit siyasəti yürütməyə vadar edir. Azərbaycan hökuməti də həm monetar, həm də fiskal siyasətinə yenidən baxmaq məcburiyyətindədir. Bir tərəfdən enerji daşıyıcılarının bahalaşması Azərbacanın neft-qaz gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq büdcənin gəlir imkanlarını artırır, digər tərəfdən bahalaşmanın sosial təsirini azaltmaq üçün hökumətin sosial xərcləri artırması büdcə üçün əlavə yükə çevrilir. Təsadüfi deyil ki, 2023-cü ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 45,7%-ə yüksəlib. Üstəgəl, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması son 3 ildə büdcə üçün əlavə xərc istiqaməti yaradıb.

“Büdcə sistemi haqqında” Qanuna 9 dekabr 2022-ci il tarixində edilmiş dəyişikliyə əsasən, icmal büdcənin gəlir və xərclərinə İcbari Tibbi Sığorta Fondunun da gəlir və xərcləri daxil edilib və əvvəlki dövlərdən fərqli olaraq, digər büdcədənkənar fondlar kimi İcbari Tibbi Sığorta Fondunun da gəlir və xərcləri prezident tərəfindən ayrıca təsdiq olunmağa başlayıb.

Bu baxımdan hökumətin 2023-cü ildə icra etməyə başladığı dövlət büdcəsinin və büdcədənkənar fondların gəlir və xərcləri təhlil edilərək əvvəlki illə müqayisə olunub.

Bülleten 3 əsas bölmədən ibarətdir.

Birinci bölmədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas meylləri göstərilir. Bu bölmədə büdcə gəlirlərinin mənbələr üzrə strukturu və mənbələrin 2022-ci illə müqayisəsi, dövlət büdcəsi gəlirlərinin sektorlar və təşkilatlar üzrə quruluşu açıqlanıb. Bölmədə eyni zamanda dövlət büdcəsi gəlirlərinin vergilər və qeyri-vergi gəlirləri üzrə quruluşu, mal və xidmətlərdən vergilərin tərkibi və strukturu barədə məlumatlar yer alıb.

Bülletenin ikinci bölməsində oxuculara 2023-cü il dövlət büdcəsi xərclərinin strukturunun analizi təqdim edilir. Bu bölmədə xərclərə dair qısa icmalı ilə yanaşı, idarəetmə, ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə bağlı xərclər, sosial xərclər və iqtisadiyyatın dəstəklənməsi ilə bağlı xərclər analiz olunur. Bölmədə həmçinin funksional bölgüdən əlavə, 2023-cü il dövlət büdcəsi xərclərinin iqtisadi strukturuna da toxunulur.

Bülletenin üçüncü bölməsində büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri təhlil edilir. Ölkənin icmal büdcəsinin gəlir və xərcləri tərtib edilərkən büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri də nəzərə alınır. Bu baxımdan hazırda fəaliyyət göstərən 4 büdcədənkənar dövlət fondunun – Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlir və xərcləri əvvəlki illə müqayisə olunur və dəyişikliklər qeyd edilir.

2023-cü ilin dövlət büdcəsi və büdcədənkənar fondlar iqtisadi bülletenini pdf fayla klikləyərək oxuya bilərsiniz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.