AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARIN
MÜRACİƏTİ
Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhvə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən bizim vəzifəmiz olmaqla yanaşı, həm də onların məsuliyyətidir.
Beləliklə, beynəlxalq dəstəyi əldə etmək, dünyanın demokratik institutları ilə əməkdaşlıq və tərəfdaşlıq qurmaq üçün beynəlxalq advokasi fəaliyyəti mühüm yer tutur. Bu istiqamətdə görülən əvvəlki müsbət fəaliyyətləri minnətdarlıqla anaraq, bundan sonrakı dövrdə fəaliyyətin daha məhsuldar olması üçün bütün iştirakçı tərəflərə aşağıdakıları nəzərə almağa çağırış edirik:
I. Advokasi tərəflərinin əsas gündəliyində Azərbaycanın demokratikləşməsi və ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti məsələləri ayrı-ayrı deyil, birgə, bir-birini tamamlayan formada prioritet mövzuya çevrilməsini daha faydalı hesab edirik.
II. İnanırıq ki, qeyd edilən əsas mövzulara fokuslanmaqla aparılan beynəlxalq advokasi fəaliyyətinin tərəfləri öz işlərində aşağıdakı gözləntilərimizi əsas tutarlarsa, uğurlu nəticələrin əldə olunmasına daha çox töhvə vermiş olarlar:
1.Advokasi fəaliyyətini icra edənlərdən gözləntilər:
– Fəaliyyətin fokusunu ayrıca şəxsə və məhdud qrupa yönəltməmək.
– İcra etdiyi fəaliyyətləri publik olaraq aparmaq.
– Görülən işlərin proqram hesabatını vermək.
– Fəaliyyətin ardıcıl, silsilə formada və kampaniya xarakteri daşımasına yönəlmək.
– Digər qrup və şəxslərlə əlaqəli koordinasiyalı fəaliyyətə maksimum səy göstərmək.
– Advokasi fəaliyytlərinin ümumi koordinasiyası üçün uzlaşdırıcı mövqədən çıxış etmək.
2. Advokasi fəaliyyətini dəstəkləyənlərdən gözləntilər:
– Dəstəklənən layihə və təkliflərlə advokasinin, hansısa şəxsə və qrupa deyil, açıq və dəqiq bilinən bütün siyasi “işlərə” (case) yönəlməsini prioritet hesab etmək.
– Advokasi fəaliyyətilə məşğul olan şəxsləri və qrupları koordinasiyalı fəaliyyətə, uzlaşmaya təşviq etmək.
– Təklif və layihələr barədə beynəlxalq tərəfdaşlarla məlumat bölüşməklə təkrarçılıqdan və sui-istifadədən yayınmaq.
– Advokasi fəaliyyətinin publik aparılmasını, o cümlədən bu işlərin ardıcıl və kampaniya xarakterli yerinə yetirilməsini prioritet hesab etmək.
3. Advokasinin hədəfi olan tərəflərdən (xarici hökümətlər, parlamentlər, beynəlxalq təşkilatlar) gözləntilər:
– Azərbaycan hökümətinin demokratikləşmə, insan haqları, hüququn üstünlüyü, şəffaflıq və hesabatlılığa dair öhdəliklərinin icrasına publik çağırış etmək.
– Siyasi motivli təqibləri durdurma, həbs edilənləri azad etmə, özbaşınalıq edənlərə qarşı hüquqi siyasi tədbirlər görülməsinə dair çağırışlar etmək.
– İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin işlərinə prioritet qayda baxılmasına dəstək vermək, o cümlədən məhkəmə qərarlarının icrasına dair Avropa Şurasının Nazirlər Kabinetinin effektiv addımlar atmasına nail olmaq.
– Səhhəti pisləşən, sağlıq problemləri olan şəxslər barəsində yaxşılaşdırıcı, effektiv tədbirləri görmək.
– Siyasi təqiblərdə iştirak edən rəsmilərə qarşı, ən azından mövcud “işlərdə” (case) iştirak edən rəsmi şəxslərə qarşı sanksiya tədbirlərinə başlamaq.
Siyahı əlaqə saxlaya bildiyimiz siyasi məhbusların mövqeyi əsasında hazırlanıb və yeni imzalar üçün açıqdır.
İmza:
Afiəddin Məmmədov – İşçi Masası
Akif Qurbanov – Toplum TV
Aqil Hümbətov – AXCP
Anar Abdulla – SMDT
Aynur Elgünəş – Meydan TV
Aysel Umudova – Meydan TV
Aytac Tapdıq (Əhmədova) – Meydan TV
Bəhruz Səmədov – Sülh fəalı
Elnarə Qasımova – AbzasMedia
Elnur Həsənov – AXCP
Elxan Əliyev – AXCP
Ələsgər Məmmədli – Toplum TV
Əli Zeynal – Toplum TV
Əlixan Rəcəbli – AXCP
Fatimə Mövlamlı – Meydan TV
Fərid İsmayılov – Toplum TV
Hafiz Babalı – AbzasMedia
Xəyalə Ağayeva – Meydan TV
İlkin Əmrahov – Toplum TV
İmran Əliyev – Məclis info
Kənan Zeynalov – AXCP
Mehman Əliyev – AXCP
Məmməd İbrahim – AXCP
Məmməd Məmmədzadə – Seçki Müşahidə Alyansı
Müşfiq Cabbar – Toplum TV
Mütəllim Orucov – AXCP
Natiq Cavadlı – Meydan TV
Nərgiz Absalamova – AbzasMedia
Niyaməddin Əhmədov – AXCP
Novruz Tağıyev – AXCP
Nurlan Libre – Meydan TV
Pünhan Kərimov – AXCP
Rahil Quliyev – AXCP
Ramil Babayev – Toplum TV
Ramil Quliyev – AXCP
Ramin Deko (Cəbrayılzadə) – Meydan TV
Razi Alışov – AXCP
Ruslan İzzətli – Toplum TV
Rüfət Səfərov – Hüquq müdafiəçisi
Sahib Məmmədzadə – AXCP
Sevinc Vaqifqızı – AbzasMedia
Şahin Hacıyev – AXCP
Şəmşad Ağa – Meydan TV
Ülvi Həsənli – Abzas Media
Ülviyyə Əli – Amerikanın Səsi
Vüqar Qədirov – AXCP

