fbpx

Cəmiyyət

Cəmiyyət

İsrail və Fələstin arasında: Azərbaycan-Fələstin həmrəyliyi ifadələrinin təkamülü

Read this article on other language
Download article
image_pdf
image_pdf

1996-cı il 6 dekabr tarixində prezident Heydər Əliyevin Bakıda yerli və xarici  media üçün təşkil etdiyi mətbuat konfransında ona belə bir sual ünvanlanmışdı ki, Azərbaycan tərəfinin 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs sazişini qoruyub saxlamaq üçün ehtimal edilən güzəştləri “bu münaqişənin Fələstin-İsrail münaqişəsinə oxşamasına zəmin yarada bilərmi?” Bu suala cavab olaraq Heydər Əliyev Azərbaycanın heç bir güzəştə getmədiyini və Qarabağ konfliktinin İsrail-Fələstin münaqişəsinin düşdüyü siyasi dalan kimi olmayacağını bildirmişdi.[i]

Doğrudur ki, Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələri coğrafi baxımdan bir-birindən uzaq və ümumən, olduqca fərqli və bir araya sığmayan bölgələr (Cənubi Qafqaz-Levant, keçmiş Sovet İttifaqı-Yaxın Şərq) kimi konseptuallaşdırılıb. Ancaq bu qavrayış bir sıra amillər səbəbilə bu münaqişələr arasında mövcud olan mürəkkəb əlaqəni görməyə imkan vermir. KQB-də xidmət etdiyi müddətdə Fələstin Azadlıq Təşkilatı ilə güclü əlaqələr formalaşdırmış Heydər Əliyev, 1990-cı illərdə Azərbaycan yəhudiləri ilə İsrail yəhudiləri arasındakı icmalararası əlaqələr vasitəsilə (həm Azərbaycanda, həm də İsrail-Fələstində) İsraillə möhkəm münasibətlər qurulmasına şərait yaratmışdı. Bu transregional əlaqələr həmçinin birlikdə Yaxın Şərq və Qafqazı əlaqələndirən İran və Türkiyədən də keçir. 1979-cu il İslam inqilabından sonra İsraillə düşmən münasibətləri olan İran həm Ermənistan, həm də Azərbaycanla həmsərhəddir.[ii] Erməni soyqırımı zamanı Osmanlıların Anadoludan deportasiyası nəticəsində ərəb dünyasında qurulan böyük erməni diasporu İsrail-Fələstin münaqişəsinə siyasi cəhətdən cəlb olunub.[iii] Azərbaycanın ən yaxın tərəfdaşı olan Türkiyənin, tarixən Osmanlı imperiyasının varisi kimi və hazırda prezident Rəcəb Tayyib Ərdoğanın islamçı hökumətinin idarəçiliyi altında İsrail-Fələstin siyasətində marağı olmuşdur.[iv] Üstəlik, İsrail-Fələstin münaqişəsinin dünya miqyasında geniş rezonans doğurmasını nəzərə alsaq, onun xüsusiyyətləri və siyasi prosesləri ermənilər, azərbaycanlılar və dünyanın bir çox digər xalqları arasında kifayət qədər məlumdur.

Bu məqalədə Azərbaycanın fələstinlilərlə qurduğu pan-İslam həmrəyliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərə təsiri araşdırılır. Xüsusilə də, mən Azərbaycan və İsrail arasında sıx tərəfdaşlıq nəticəsində bu iki ölkənin rəsmi diskurslarından kənarda qalan Azərbaycan-Fələstin həmrəyliyinə dair susdurulmuş hekayələrə diqqət yetirmişəm. Azərbaycan dövləti əksər əhalisi müsəlman olan digər dövlətlərlə (bundan sonra, müsəlman dövlətlər) əməkdaşlığı zamanı Azərbaycan-Fələstin həmrəyliyinin önəmini qeyd etsə də, təhlükəsizlik sahəsində yardım istəyəndə, həmçinin Amerika yəhudilərinin siyasi nüfuzuna ehtiyacı olanda İsrail ilə əməkdaşlığını da xüsusi vurğulayır. Bu ikili oyun, yəni müsəlman tərəfdaşları üçün Fələstin həmrəyliyinə xitab, Trans-Atlantik üçün isə İsraillə əməkdaşlığa müraciət Dağlıq Qarabağ münaqişəsində mövqeyinə beynəlxalq dəstək axtaran Azərbaycana üçün uğurlu olub.

Mən öncə, 1991-ci ildə Azərbaycanın təkrar müstəqilliyə qovuşmasından bəri Azərbaycan-İsrail və Azərbaycan-Fələstin münasibətlərinin qısa xülasəsindən başlayacağam. Mövzunu İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycanın ictimai rəyinə dair mövcud mənbələri öyrənməklə davam etdirəcəyəm. Sonra, 1990-cı illərin Azərbaycan-İran münasibətlərindəki İran-Fələstin müqaviməti diskursunu və Azərbaycanın İslam həmrəyliyinə çağırışlarında Qarabağ və Fələstinin əlaqələndirilməsini nəzərdən keçirəcəyəm. Azərbaycan dövlətinin İsrail ilə sıx əlaqələri səbəbilə Fələstin probleminə qətiyyətli şəkildə qucaq açmaq       istəməməsini anlamaqla yanaşı, mən Fələstinin Bakıdakı səfirliyinin həmrəyliyi azərbaycanlılara necə çatdırdığını və Azərbaycan islamçılarının öz siyasətlərini həm Qarabağ, həm də Fələstinə xitabla necə formalaşdırdıqlarını göstərəcəyəm.

Ermənistanla Azərbaycan nümunəsində, erməni soyqırımının Holokost ilə parelellik aparılaraq  təqdim edilməsi Dağlıq Qarabağ kontekstində  İsrail və Fələstinə, həmçinin İsrail-Fələstin münaqişəsinə müraciətlərin simvolik gücünə yeni aspektlər verdi.[v]  Erməni soyqırımı və Holokost Ralf Lemkinin bir çox dövlətin BMT-nin Soyqırım Konvensiyası çərçivəsində qəbul etdiyi soyqırım tərifini formalaşdırmışdır.[vi] Erməni-Amerika təşkilatları, o cümlədən Amerikanın Erməni Milli Komitəsi İsrailin müdafiə sənayesi ilə Azərbaycan hərbisi arasında sıx münasibətlərə son qoymaq üçün soyqırım irsini mənəvi təsir mexanizimi kimi vasitə etməyə çalışıblar.[vii] Müasir tarixdə həm ermənilər, həm də yəhudilər imperiyalarda öz icmalarını formalaşdırıblar və Yuri Slezkinin təbirincə desək, xidmətçi köçərilər, qonşularının “edə bilmədikləri və etmək istəmədikləri” tapşırıqları yerinə yetirən kənar adam rolunu öz üzərlərinə götürüblər.[viii] Onların ortaq sosial kateqoriyası ermənilərlə yəhudilər arasında soyqırımdan sonrakı əlaqəni siyasi cəhətdən daha cəlbedici edir. Bəzi azərbaycanlılar və Azərbaycan tərəfdarları isə bu diskursa 1992-ci ilin fevralında erməni qoşunları tərəfindən  azərbaycanlı mülki əhalinin kütləvi qırğınına Xocalı soyqırımı kimi xitab edərək cavab veriblər.[ix] Azərbaycan Ali Məhkəməsinin saytında Heydər Əliyevin sözləri ilə deyilir ki: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”[x]

İsrail-Fələstin münaqişəsinin qlobal şəkildə – Şimali İrlandiyadan tutmuş Qərbi Saharaya qədər yerli kontekstdə uyğun olaraq siyasiləşdirilməsi onun gərgin və mürəkkəb etno-milli mübarizədə rezonanslarının gücünü artırdı.[xi] Prezident Heydər Əliyev Azərbaycanla İslam həmrəyliyinə nail olmaq üçün rahatlıqla Fələstin mübarizəsinə eyham vururdusa, zaman keçdikcə bu tendensiya zəiflədi. Əsrin Müqaviləsinin imzalanmasından və neft gəlirlərinin artmasından sonra xomeyniçi və Fələstin tərəfdarı olan müsəlmanların yiyəsiz qalması fonunda İslam həmrəyliyinə vurğular sürətlə azaldı. Lourens Broers Heydər Əliyevlə İlham Əliyevin dünyagörüşlərini müvafiq olaraq azərbaycançılıqgeniş azərbaycançılıq kimi xarakterizə edir; belə ki, həm bu dünyagörüşlərində, həm də Azərbaycandakı rejimin geniş institusional məntiqi çərçivəsində Baas, İran və Fələstinin permanent inqilabi müqavimət siyasətinə konseptual baxımdan yer yoxdur.[xii] 1999-2005-ci illərdə hakimiyyətin Heydər Əliyevdən oğlu İlham Əliyevə ötürülməsi prosesi zamanı “hakimiyyət cilovunun Əliyevlər ailəsinin əlində saxlanmasının müstəsna məqsəd olması xarici siyasəti müəyyənləşdirirdi.”[xiii] İsrail ilə tərəfdaşlıq, yəni heç bir islahat və ya demokratikləşmə tələbi ilə üzləşmədən əhəmiyyətli hərbi və iqtisadi yardım əldə edilməsi bu siyasətə uyğun idi.

1990-cı illərdə bir çox Avro-Atlantik liberallar ümid edirdilər ki, Azərbaycanın karbohidrogen ixracı yolu ilə transatlantik iqtisadi məkana inteqrasiyası və Avropa Şurası kimi qurumlara üzvlüyü ölkənin demokratikləşməsinə və iqtisadiyyatının liberallaşmasına kömək edəcək.[xiv] Bu ümid İlham Əliyev və onun rejiminin Azərbaycan müxalifəti və vətəndaş cəmiyyətinin siyasi gücünü qıraraq dünyanın ən repressiv dövlətlərindən birini qurması ilə tədricən öldü.[xv] Ancaq aydın görünür ki, bu inteqrasiya həm də Azərbaycanı İran və onun Yaxın Şərqdəki müttəfiqləri ilə potensial yaxınlaşmadan daha da uzaqlaşdırıb. Bu inteqrasiya Azərbaycanı Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müqavimət diskursu ilə deyil, BMT tərəfindən tanınmış ərazi bütövlüyü prinsipi ilə ifadə etməyə sövq etdi. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatının (QHH) aparıcı üzvü kimi mövqeyini uca səslə bəyan etsə də, ölkənin Ermənistanla münaqişəsi, revizionist İran, Rusiya və Türkiyə arasındakı təhlükəli coğrafi mövqeyi ilə birlikdə hökumətin səmimi olaraq beynəlxalq qanunçuluq formalarına qucaq açmasına gətirib çıxardı.[xvi]

Gözlənildiyi kimi, 1990-cı illərdəki məğlubiyyət dövründə və ondan sonrakı illərdə Azərbaycan milli birlik və beynəlxalq həmrəyliyi möhkəmləndirmək üçün əlində olan bütün ritorik vasitələrdən istifadə etməyə çalışırdı. Bu baxımdan Azərbaycan rəhbərliyinin 1990-cı illərdəki mövqeyi Türkiyənin Qurtuluş Savaşı zamanı Mustafa Kamalın tutduğu mövqeyə bənzəyirdi. Həmin dövrdə Mustafa Kamal İslam həmrəyliyini “bu anlayışı gücləndirmək, Xilafət hərəkatının vacib dəstəyini qoruyub saxlamaq, həmçinin kürdlərin yadlaşmasının qarşısını almaq üçün pan-İslam ritorikasından istifadə edir,” həmçinin özünün başçılıq etdiyi Millətçi Hərəkata qərib olan solçuların qarşısını almaq üçün “imperializmə qarşı millətçi müqavimətini tamamilə ritorik xarakter daşıyan sosializmlə” gücləndirirdi.[xvii] Sevr müqaviləsi nəticəsində türklərin üzləşdiyi çıxılmaz şəraitdə olduğu kimi azərbaycanlılar da İslam həmrəyliyi və eyni vaxtda Avroatlantik məkanda iqtisadi (həmçinin məhdud siyasi) inteqrasiya proseslərində iştirak etmək üçün oxşar ideoloji çeviklik və hazırlıq nümayiş etdirdilər. İsrail dövləti ilə tərəfdaşlıq İranla səbatsız münasibətlər yartamaqla yanaşı, Azərbaycana panislamist dəstəyi və Azərbaycan-Fələstin həmrəyliyi xəyallarını heç vaxt tamamilə sıradan çıxarmasa da, istər-istəməz sıxışdırmışdı.

Azərbaycan-İsrail münasibətləri

Azərbaycanın İsraillə yaxın münasibətləri silah alverinə və İrana qarşı qarşılıqlı güvənsizliyə əsaslanır. Azərbaycanla İsrail arasında diplomatik münasibətlər 1992-ci il aprelin 7-də, prezident Ayaz Mütəllibovun hakimiyyətinin sonunda, erməni qoşunları Stepanakert/Xankəndi ətrafında təşəbbüsü ələ alaraq Şuşi/Şuşa istiqamətində irəliləyərkən başlayıb. Bu əlaqələrin mahiyyəti həmişə təhlükəsizlik sahəsində əməkdaşlıq olub. İqtisadi əməkdaşlığa gəlincə isə bu, o qədər də əhəmiyyətli deyildi. İsrailin enerji nəhəngi Bateman Litwin 1990-cı illərdə Naxçıvanın elektrik infrastrukturunu modernləşdirməyə cəhd etsə də, “Azərbaycanın dövlət ‘tənzimləyicilərinin’ qoyduğu hədsiz yüksək lisenziya rüsumları və dövlət zəmanəti ala bilməməsi”[xviii] kimi problemlərlə üzləşdikdən sonra 2000-ci illərin əvvəllərində bu işdən imtina etmişdi.

Azərbaycan hökuməti Heydər Əliyevin müstəqillikdən sonrakı hakimiyyətinin ilk günlərindən İsraillə münasibətlərinə ehtiyatla yanaşırdı. Həqiqətən də, “Azərbaycanın İsraildə səfirliyinin olmaması və Azərbaycan tərəfdən nazirlər səviyyəsində qarşılıqlı mübadilələrin aparılmaması Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərdə daimi narahatçılıq yaradıb.”[xix] Hərçənd Azərbaycan hökuməti bu məsələni bu yaxınlarda Tel-Əvivdə öz səfirliyini açaraq həll etdi. Azərbaycan Xarici İşlər nazirinin 1999-cu ilin yazına planlaşdırılan İsrailə ilk səfəri yarımçıq qalmışdı. O vaxtkı Xarici İşlər naziri Tofiq Zülfüqarov “İsrailə uçan təyyarəyə minmək üçün kabinetindən çıxarkən həmin dövrdə xarici siyasət üzrə dövlət müşaviri olan Vəfa Quluzadəyə Heydər Əliyev şəxsən zəng vuraraq səfərin ləğv olunduğunu dərhal Xarici İşlər nazirinə çatdırmağı tapşırmışdı.”[xx]

1990-cı illərdə Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu (WINEP) və ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutu (JINSA) kimi araşdırma mərkəzləri Yaxın Şərqdə yeni İsrail-Türkiyə siyasi alyansını elan edərkən, hər iki təşkilat Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsi (AIPAC), B’nai B’rith və Amerika Yəhudi Komitəsi də daxil olmaqla, Amerika yəhudi qrupları ilə bir araya gələrək ABŞ-ın Azərbaycan hökumətinə bir çox yardım formalarını qadağan edən Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi üçün fəaliyyətə başladılar.[xxi] Bu səylər Prezident Heydər Əliyevin İsrailin Bakıdakı səfirliyində Azərbaycan-İsrail diplomatik münasibətlərinin qurulmasının ildönümünə həsr olunmuş çıxışında Amerika yəhudilərinə təşəkkür etməsi, Amerikanın erməni və yunan təşkilatları və onların siyasi müttəfiqlərinin isə qəzəblənməsi ilə nəticələndi.[xxii]

Azərbaycan-İsrail tərəfdaşlığının nəzərəçarpacaq üstünlükləri Əliyevin Azərbaycandakı siyasi müxalifətini dövlət məmurları ilə eyni məntiqi qəbul etməsilə yanaşı, bu münasibətlərdə öz rollarını qabartması ilə nəticələndi. Özünü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında fəaliyyət göstərən eyniadlı partiyanın varisi elan edən, indi isə İsa Qəmbər və Arif Hacılının adı ilə bağlı olan Müsavat Partiyası Azərbaycan-İsrail əlaqələrinin daha da yaxınlaşmasına heç bir etirazı olmadığını bəyan etməklə yanaşı, “İsraillə əlaqələrin əsasının Elçibəy hakimiyyəti tərəfindən qoyulduğunu” iddia etdi.[xxiii] Müsavat Partiyası başqan müavini Qabil Hüseynli qeyd edirdi ki, Azərbaycanın İsraillə sıx əlaqələri ona “dünyanın böyük dövlətlərinə təsir etməkdə və dünya mətbuatını yönləndirməkdə mühüm rol oynayan yəhudi lobbisinin” gücünə çıxış imkanı verib.[xxiv] Azərbaycanın getdikcə gücsüzləşən müxalifətinə belə gəlirdi ki, İsraillə dostluq, görünür, Brüssel və Vaşinqtonda Azərbaycanın Qarabağ münaqişəsinə dair baxışlarını daha da inandırıcı edəcəkdi:

Biz Ermənistan kimi lobbisi olan və dünya ictimai rəyinə təsir imkanlarına malik dövlətlə qarşı-qarşıyayıq. Bu şərtlərdə İsrailin dəstəyinə ehtiyacımız var. İnanıram ki, ikili münasibətlər regionda təhlükəsizliyin artırılmasına xidmət edəcək.[xxv]

Ümid Partiyasının rəsmisi Nəsimi Məmmədli qeyd etmişdi ki, “ermənilərin azərbaycanlılara və türklərə qarşı qaldırdıqları qondarma soyqırım iddiaları ilə bağlı informasiya müharibəsində də İsrail və Türkiyə dövlətlərinin maraqları üst-üstə düşür.”[xxvi] Beləliklə, 2010-cu illərdə əsasən Bakı ilə məhdudlaşan və Azərbaycanın idarəedici qurumlarından uzaqlaşdırılan Azərbaycanın dünyəvi müxalifəti Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi kampaniya məqsədi ilə Azərbaycana əsaslı yardım göstərən İsraillə münasibətlərdən özünə pay götürməyə çalışırdı. Azərbaycanlıların 2021-ci il Qəzza müharibəsinə parçalanmış ictimai rəyi göstərir ki, İsrailin 2020-ci il İkinci Dağlıq Qarabağ müharibəsində göstərdiyi dəstək Azərbaycanın daha geniş kütlələri arasında İsrailə rəğbətin dərinləşməsinə təkan verib.[xxvii]

Azərbaycan-Fələstin münasibətləri

Azərbaycan və Fələstin arasında diplomatik əlaqələr 1992-ci il aprelin 15-də Azərbaycanın İsraillə əlaqələrinin yaranmasından səkkiz gün sonra başlayıb. İran höküməti 1990-cı illərdə Azərbaycan prezidenti Heydər Əliyev və Fələstin prezidenti Yasir Ərəfat arasında 8 dekabr 1997-ci ildə Tehranda keçirilən ikitərəfli görüşü kimi bəzi təmaslara şərait yaratsa da, Fələstinlə dövlətlərarası münasibətlərin iqtisadi və siyasi altqurumu yox idi. 2009-cu ilin oktyabrında Azərbaycana səfər edən Fələstinin Xarici İşlər naziri Riyad əl-Malki Azərbaycan-Fələstin əlaqələrinin inkişafına müsbət yanaşmış və “beynəlxalq ictimaiyyəti münaqişələrin həlli üçün güclü səylər göstərməyə çağırmışdı.”[xxviii] 29 iyun 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbas Azərbaycana səfəri zamanı Bakıda Fələstin səfirliyini açmışdı.[xxix] 2017-ci ilin aprelində Azərbaycan ilə Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov çıxış edərkən, “hökumətlərimiz arasında, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə də İƏT çərçivəsindəki səmərəli ikitərəfli əməkdaşlığımız son 25 ildə iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi”- deyərək, bu dövlətlərin müvafiq olaraq Ermənistan və İsraillə münaqişələrində daha zəngin və həmçinin daha qüdrətli müsəlman dövlətlərinin dəstəyinə nail olmağı strategiyaya çevirməkdə maraqlı olduqlarına işarə edirdi.[xxx] Məmmədyarov Fələstinə “Azərbaycanın mövqeyini və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qınayan qətnamələri dəstəklədiyinə” görə təşəkkür edirdi.[xxxi]

21 noyabr 2022-ci il tarixində Fələstinin dövlət xəbər xidməti olan WAFA xəbər agentliyi Azərbaycan hökumətinin “Fələstin dövlətində nümayəndəlik açmaq” qərarını “Azərbaycan Respublikasının Fələstinlə və Fələstin xalqının hüquqlarının həmrəyliyini əks etdirən bir addım” kimi yüksək qiymətləndirdi.[xxxii] 2022-ci il dekabr ayının əvvəlində Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim iqtidaryönlü REAL TV[xxxiii] telekanalına açıqlamasında bəyan etmişdi ki, “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.”[xxxiv] O, həmçinin Heydər Əliyevin Fələstin prezidenti Yasir Ərəfatla 1997-ci ildəki görüşü də daxil olmaqla, Azərbaycan ilə Fələstin arasındakı yaxşı münasibətlərin uzun tarixinə diqqət çəkmişdi.

İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycanda ictimai rəy

İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycan xalqının ictimai rəyinə dair açıq məlumatlar çox məhduddur. Bu, qismən Azərbaycanın ifrat avtoritar siyasi mühitində rəy sorğularının aparılmasının çətinliyinin nəticəsidir. Azərbaycan Dillər Universitetinin nəzdindəki İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru Tural Əhmədovun 2007-ci il oktyabrın 10-dan noyabrın 15-dək universitetin Regionşünaslıq fakültəsinin bakalavr tələbələri arasında apardığı sorğu iddia edirdi ki, İsrail və Yaxın Şərq üzrə təhsil Azərbaycan gənclərinin İsrailə rəğbətini artırıb. İsrail və Yaxın Şərqi öyrənən bakalavr tələbələr arasındakı sorğuda iştirak edənlərin aparıcı mövqeyi münaqişəyə bitərəf münasibət, İsrail və Fələstin mövqelərinə münasibətdə qeyri-müəyyənlik idi. Bununla belə, digər regionlar üzrə ixtisaslaşan tələbələrin 58,6 faizi yəhudiləri “münaqişənin başlamasına və uzanmasına” görə günahlandırırdı.[xxxv] Həmin tələbələrin 27,6 faizi Azərbaycan hökumətinin “müsəlman dindaşlar olduqları üçün fələstinliləri dəstəkləməli olduğunu” deyirdisə, yalnız 4,6 faizi İsraili dəstəkləyirdi. “[Bu] respondentlərin 66,1 faizi isə Azərbaycan hökumətinin münaqişəyə qarşı neytral mövqe tutmasının tərəfdarı olduğunu bildirirdi.”[xxxvi]

Əhmədovun öz Proqramının Azərbaycan gəncləri[xxxvii] arasında İsrailyönümlü əhval-ruhiyyəni təşviq etdiyini nümayiş etdirməkdə maraqlı olması aydın olsa da, onun sorğusunun əsas premisi – yəni hətta Bakıdakı azərbaycanlı tələbələrin əksəriyyətinin belə Fələstin yönümlü baxışlara sahib olması – Azərbaycan ictimaiyyətinin daha geniş kütlələrinin İslam  həmrəyliyini İsraillə əməkdaşlığın substansiyasından daha önəmli siyasət hesab edə biləcəyinə işarə edirdi.

İsrail-Fələstin münaqişəsinin kəskinləşdiyi anlarda azərbaycanlılar özlərini bombayadavamlı sığınacaqlarda raket hücumlarını gözləyən israillilərdən daha çox fələstinli qurbanların obrazlarında görürdülər. 2009-cu ilin iyununda Qəzza Müharibəsi zamanı İsrailin raket hücumları Azərbaycanda “sadə insanlar arasında yüksək səviyyədə qəzəb və məyusluğa səbəb oldu” və nəticədə “əhalinin əksəriyyəti İsrailin Qəzzada keçirdiyi əməliyyatı kəskin şəkildə [qınadı].”[xxxviii] Belə görünür ki, İsrail-Fələstin münaqişəsindəki alovlanmalar azərbaycanlıları fələstinlilərə rəğbət ətrafında birləşdirmək effektinə malikdir, lakin bu dinamikanın 2020-ci ildən sonrakı dövrdə dəyişdiyini göstərən əlamətlər var.[xxxix]

Qarabağ və Fələstin: Azərbaycanın İslam həmrəyliyi diplomatiyası

Necə ki, 1948-ci ilin Nakbası və onun xatirəsi Fələstin milli kimliyinin ayrılmaz aspektlərinə çevrildi, 1992 və 1993-cü illərdəki məcburi köçürülmələr də Azərbaycan milli şüurunun formalaşmasına eyni təsiri göstərdi. Bu məcburi köçkünlüklərin müqayisəsi 1990-cı illərdə Azərbaycan-İran ikitərəfli dialoqunda və Azərbaycanın, xüsusən də müsəlman dövlətlərin iştirak etdiyi beynəlxalq forumlarda həmrəyliyə çağırışlarında rol oynadı. Fələstinlilər müsəlmanlar üçün məhrum olmanın ən bariz nümunəsini tərənnüm edirdi – bu nümunəni də azərbaycanlılar Birinci Dağlıq Qarabağ müharibəsi zamanı məruz qaldıqları fəlakətin nəticəsi olan ağır aqibətlərini təsvir etmək üçün istifadə edirdilər.

1996-cı il iyunun 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yeddinci sessiyasında prezident Heydər Əliyev iddia edirdi ki, azərbaycanlı məcburi köçkünlərin iztirabları çəkdikləri məşəqqətlərin səviyyəsinə görə unikaldır:

Öz yaşayış yerlərindən zorakılıqla qovulmuş və artıq dördüncü-beşinci ildir çadırlarda yaşayan Azərbaycan vətəndaşlarının başına gələn belə müsibətlərə dünyanın hər hansı digər ölkəsində çətin rast gəlmək olar. Buna yəqin ki, nə Afrikada, nə Orta və Yaxın Şərqdə, nə Fələstində, nə də Əfqanıstanda, heç yerdə rast gəlmək olmaz.[xl]

Əliyevin bu çıxışlarında irəli sürdüyü unikallıq arqumentinin kökündə Holokostun unikallığı ilə bağlı müzakirələr və ilk növbədə, erməni soyqırımının geniş şəkildə tanınması dayanırdı.

Bu müstəsnalıq forması, Əliyev üçün Qarabağla bağlı Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyən yeganə çoxmilli təşkilat olacaq İƏT-nın tədbirlərindəki çıxışlarında xüsusi əhəmiyyət təşkil edəcəkdi. Bu təşkilatın 1994-cü il dekabrın 13-də Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısındakı çıxışında Əliyev gileylənirdi ki, “uzunmüddətli dövlətlərarası müharibələr nəticəsində” Azərbaycan öz dövlətçiliyindən məhrum olmuş və Sovet İttifaqının bir hissəsinə çevrilmişdir ki, bu da Sovet hökuməti tərəfindən İslamın təzyiqlərlə üzləşməsi ilə nəticələnmişdir.

Mən çıxışımda xalqımın çəkdiyi müsibətlərdən, məşəqqətlərdən danışdım. Eyni zamanda, milli və ya dini kimliyindən asılı olmayaraq, dünyanın bütün qaynar nöqtələrində, Bosniya və Herseqovina, Kəşmir və Fələstində yaşayan digər insanların əzab və iztirablarına görə narahatam.[xli]

Əliyevin dinindən asılı olmayaraq, bütün insanlara qayğı göstərdiyini deməsinə baxmayaraq, onun azərbaycanlı məcburi köçkünlərin vəziyyətini Bosniya və Herseqovina, Hindistanın idarə etdiyi Kəşmir və Fələstindəki müsəlmanların acınacaqlı vəziyyəti ilə əlaqələndirməsi Qarabağla bağlı İslam həmrəyliyinə açıq aydın təkan vermişdi.

Prezident İlham Əliyev də sələfi olan atasının yolunu davam edərək, bu yaxınlarda İƏT -lə təmaslarında Qarabağla Fələstini eyni sıraya qoymuşdu:

Etiraf etməliyik ki, bu gün İslam dünyası ciddi çətinliklərlə və həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların arasında Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi, Fələstin, Kəşmir, Yaxın Şərqdəki münaqişələr, məcburi köçkün böhranı və digər məsələlər var.[xlii]

Fələstinlilərin məşəqqətlərinə birbaşa xitab etmədən, Qarabağ və Fələstin arasındakı əlaqənin təkrarlanması əsasən müsəlmanlardan ibarət auditoriyada heç də çaşqınlıq yaratmamışdı. Azərbaycanlı məcburi köçkünlər də fələstinlilər kimi ümmətin dəstəyinə böyük ehtiyacı olan müsəlman bacı-qardaşlar idilər.

BMT Baş Assambleyasında Azərbaycan İsrailin Fələstin ərazilərinin işğalını qınayan qətnamələrə səs verəndə, çox güman ki, Dağlıq Qarabağla bağlı öz qətnamələrini dəstəkləmək üçün çoxsaylı müsəlman dövlətlərindən dəstək almağa çalışır.[xliii] Dağlıq Qarabağ münaqişəsini “Hindistan-Pakistan və Ərəb-İsrail rəqabətləri ilə əlaqələndirən paralellərə ərazi mübahisəsi, nəticəsiz strateji təmaslar, parçalanmış regional mühitlərə yayılma, böyük güclərin iştirakı və uzunmüddətli, rəqabətli militarizasiya şəraitində milli və dövlət quruculuğu prosesləri kimi xüsusiyyətlər [daxildir].”[xliv] Bu çağırışlar və paralellər İslam dünyasında geniş auditoriyda rezonans doğurur, hərçənd məhdudiyyətlərlə də üzləşir. Hakimiyyətdə olduğu illərdə Azərbaycanı qətiyyətlə dəstəkləyən prezident Ərdoğan BMT Baş Assambleyasının tribunasından Qarabağ, Kəşmir və Fələstindəki haqsızlıqlara qarşı məzlumların və neokolonializmə qarşı Qlobal Cənubun müdafiəçisi rolunda çıxış etdi.[xlv] Pakistan hökuməti erməni soyqırımını rəsmən rədd edir, ölkənin Ermənistanla diplomatik münasibətləri yoxdur və Ermənistan Respublikasını dövlət kimi tanımır. Azərbaycan və Pakistanın dövlət rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə Hindistan və Pakistan arasında Kəşmir münaqişəsi barəsində metaforalar vasitəsilə tez-tez bir-birlərilə həmrəylik ifadə etsələr də, bu panislamizm diskursunun kökləri hələ də Fələstinin mübarizəsinə dayanır. Ermənistandan başqa, Pakistan hökumətinin tanımadığı yeganə BMT üzvü olan dövlət İsraildir.[xlvi]

Pakistan və Türkiyədən fərqli olaraq, müsəlman dövlətlərin Azərbaycanın panislamist çağırışlarına münasibəti birmənalı olmayıb. Bəzi ərəb ölkələrində, xüsusən də Levant və Körfəz bölgələrində, Osmanlı dövlətinin ərəblərə və ermənilərə qarşı zorakılığının xatirəsi Nakba[xlvii]metaforasından daha güclüdür. Hanioğlunun qeyd etdiyi kimi, “İttihad və Tərəqqi Komitəsinin yürütdüyü siyasət nəticəsində şiddətlənən anti-Osmanlı əhval-ruhiyyəsi […] 1918-ci ilə qədər bütün ərəb əyalətlərinə yayılmışdı” və “Osmanlını dəstəkləyən ərəblər getdikcə kiçilən azlığa çevirmişdi.”[xlviii] İcbari hərbi xidmət və arxasınca ərəb üsyanını yatırmaq üçün edilən cəhdlər xeyli ərəbdə acı izlər buraxmışdı. Azərbaycan heç vaxt Osmanlı imperiyasının tərkibində olmasa da, bu tarixi yaddaşın anti-türk rezonansları, həmçinin İsrailə qarşı daha dərin düşmənçilik hissi və böyük erməni diaspora icmaları bu ölkələrdə Azərbaycanın səsinin təsirini zəiflədir.

Bu fərq İƏT və Ərəb Liqasının Dağlıq Qarabağla bağlı mövqelərinin müqayisəsi zamanı özünü daha qabarıq şəkildə büruzə verir. İƏT heç vaxt bu əlaqəni birbaşa bəyan etməsə də, o, Azərbaycana Dağlıq Qarabağla bağlı dəstəyini məhz İsrail-Fələstin münaqişəsi nəticəsində formalaşmış müsəlman həmrəyliyi ilə əsaslandırıb. Digər tərəfdən Ərəb Liqası isə neytral mövqe tutaraq, həm erməni, həm də Azərbaycan diplomatlarını bu təşkilatın üzvlərinin rəğbətini qazanmağa sövq edib. Ermənistan hökuməti ərəb dövlətləri ilə Türkiyə arasında artan münaqişədən öz əlaqələrini qurmaq üçün vasitə kimi istifadə etməyə çalışarkən (yaxınlarda bu ölkə təşkilatda müşahidəçi statusu qazanıb), prezident Əliyev Ərəb Liqasının Əlcəzairdə keçirilən sammitində azərbaycanlıların Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmış əlcəzairlilərlə və həmçinin üstüörtülü şəkildə, İsrailə qarşı mübarizə aparan fələstinlilərlə həmrəy olduğundan danışıb.[xlix]

Səudiyyə Ərəbistan son illərdə Ermənistanı Türkiyəyə qarşı, Azərbaycanı isə İrana qarşı tərəfdaş kimi görərək, hər iki ölkə ilə tərəfdaşlıq əlaqələri qurmağa çalışır. 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr Azərbaycan mətbuatına bildirmişdi ki, “Fələstin və Dağlıq Qarabağ münaqişələri ilə bağlı bizim mövqeyimiz eynidir.”[l] Nəzərə alsaq ki, beynəlxalq ictimaiyyət azərbaycanlı məcburi köçkünlərin acınacaqlı vəziyyətinə məhəl qoymadı, həmçinin Azərbaycanın Ermənistanla münaqişəsində öz mənəvi gücünün və beynəlxalq qanunların tətbiqində ardıcıl olmadı, bu fonda aparılan paralellər azərbaycanlıların qurban olmaları haqqında düşüncələrinin əhəmiyyətini dünya tarixi səviyyəsində Fələstinin məşəqqətləri ilə eyniləşdirərərk legitimləşdirdi. Səudiyyə diplomatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qədər sərt mövqe sərgiləməsi Azərbaycanın İslam həmrəyliyi çağırışlarının Səudiyyə Ərəbistanının Cənubi Qafqazdakı maraqlarını üstələyə bilməsi ilə uğurunun göstəricisidir.[li]

Heydər Əliyevin xarici siyasət üzrə müşaviri olan Quluzadə şikayətlənirdi ki,  2006-cı ilin iyununda Bakıda keçirilən İslam Konfransı Təşkilatı (2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatı adlandırıldı) sammiti Dağlıq Qarabağdan Fələstinə qədər müsəlman xalqlarının problemlərinin həllində mahiyyəti etibarilə aciz duruma düşmüşdü, çünki “hazırda dünyanın bütün müsəlman ölkələrinin rəhbərləri ABŞ-ın və ümumən Qərbin təsiri altındadır.”[lii] Sonda Qarabağla bağlı İslam həmrəyliyindən əldə olunmuş olduqca cüzi bəhrələrdən yaranan məyusluq Azərbaycanı İsraillə əməkdaşlığa qucaq açmağa daha da çox sövq edən amil olacaqdı.

Müqavimət: Azərbaycan-İran münasibətlərində Fələstin

İƏT ilə əlaqələrə əlavə olaraq, Qarabağ və Fələstini bir-birinə bağlamaq cəhdləri, xüsusən 1990-cı illərdə İranın azərbaycanlı həmkarları ilə münasibətləri kontekstində, müsəlman dövlətlərin Azərbaycanın rəğbətini qazanmaq üçün etdikləri diplomatik səylər vasitəsilə həyata keçirilirdi. İranla gərgin münasibətləri olan pantürkist Əbülfəz Elçibəy devrildikdən sonra İran hakimiyyəti Heydər Əliyevlə yaxşı əlaqələr qurmağa çalışırdı. İran Ermənistan ilə yaxşı vəziyyətdə olan münasibətlərini balanslaşdıraraq, azərbaycanlılarla həmrəyliklərini nümayiş etdirmək üçün ustalıqla, bəzən həddən artıq ehtiyatla, fələstinlilərlə dəstəyini və İsrailə qarşı düşmənçiliyini ifadə edən rəsmi ritorika qurmuşdu.

1993-cü il oktyabrın 28-də İran prezidenti Əkbər Haşimi Rəfsəncani Bakıya səfəri zamanı demişdi ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş azərbaycanlıların fələstinlilərin yolunu tutaraq daimi köçkün statusu ilə razılaşmamalarını arzulayır.[liii] Azərbaycanlı köçkünlərə vaxtı gələndə İranın tamhüquqlu vətəndaşları ola biləcəklərini təklif edən İran prezidenti həm də deyirdi ki, azərbaycanlılar Fələstinin inqilabi müqavimət siyasətini mənimsəsələr və heç vaxt məğlubiyyətlə barışmasalar, ən doğru addımı atmış olacaqlar.

Dörd il sonra İran rəsmiləri 8 dekabr 1997-ci ildə Tehranda prezident Heydər Əliyev ilə Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat arasında görüş təşkil etdilər. İki lider bir-birinin mübarizəsinə dəstək mesajları verdilər. Əliyev İƏT-dəki üstüörtülü nitqindən fərqli olaraq deyirdi: “Mən bəyan edirəm ki, Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəman mübarizəsini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.”[liv] İƏT-nin Dağlıq Qarabağ və Fələstində islam həmrəyliyi yaratmaq üçün necə əhəmiyyətli meydana çevrildiyini vurğulamaq məqsədilə Ərafat-Əliyev zirvəsinin press-relizi Ərafatın: “İslam Konfransı Təşkilatının səkkizinci zirvə toplantısı müsəlman dünyası birliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır” – sözləri ilə yekunlaşdı.”[lv]

Lakin Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətlə inkişafı İranın Qarabağ və Fələstinə eyni prizmadan baxmaq istəyinə mane oldu. Heydər Əliyevin 2002-ci il mayın 18-də Tehrana səfəri zamanı Məhəmməd Xatəmi ilə Əliyevin birgə mətbuat konfransında İran prezidentinə ünvanlanmış “İranın fələstinliləri müdafiə etməyə və İsraillə münasibətlərə son qoymağa çağırdığını [nəzərə alsaq, sizdən] Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da oxşar mövqe gözləmək olarmı?” sualına  Hatəmi cavab vermişdi ki, bu sualı əvvəlcədən gözləyirdi və Ermənistanın Azərbaycana təcavüzünü qınayır:

Əlbəttə, biz Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən narahatıq, lakin Fələstində baş verən hadisələr misli görünməmiş və qeyri-insani faciədir. Bunu başqa hadisələrlə müqayisə etmək olmaz. Torpağın işğalı bir məsələdir, amma o torpaqda yaşayan qadın və uşaqların qətlə yetirilməsi ayrı məsələdir. Dünya ictimaiyyəti bu hadisəyə xüsusi diqqət yetirir və göründüyü kimi, bu faciə dözülməzdir.[lvi]

Sonrakı iyirmi ildə İran dövlət ritorikası getdikcə Qarabağı Fələstinlə eyni panislamist mübarizə siyahısına daxil etməkdən çəkindi.[lvii] Azərbaycan hökuməti İsrail ilə daha sıx əməkdaşlığa can atdıqca, Qarabağ-Fələstin müqavimət siyasəti Azərbaycan və İran üçün rəsmi dövlət səviyyəsində sona çatdı, baxmayaraq ki, fələstinli diplomatlar və azərbaycanlı islamçılar bu işi hələ də davam etdirirlər.

İşğalçılara qarşı: Fələstin həmrəyliyinin Azərbaycan auditoriyasına çatdırılması

Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi fonunda Fələstinin Bakıdakı səfirliyi Qarabağ və Fələstini birləşdirən İslam həmrəyliyi istiqamətində əvvəlki səylərin şiddətini saxlamağa çalışır. Bu səylərində səfirlik Qarabağla bağlı Azərbaycanın istifadə etdiyi ritorikadan fələstinlilərə dəstək qazanmaq məqsədilə istifadə edir. Məsələn, Fələstinin Bakıdakı səfirliyi “Azərbaycanın işğal olunmuş əraziləri” və Ermənistan dövləti ilə bağlı Azərbaycanda geniş istifadə olunan terminləri təkrarlamaq üçün Fələstini “işğal olunmuş Fələstin dövləti,” İsraili isə “işğalçı dövlət” kimi göstərməyə diqqət yetirir.[lviii] Səfirlik İsrailin Baş naziri Benyamin Netanyahunu “yalan danışdığına, tarixi saxtalaşdırdığına və irqçi təhrikçiliyə yol verdiyinə” və oğlu Yairi isə anti-türk məzmunlu tviter yazılarına görə qınayırdı.[lix]

Lakin sonda, İran və Fələstini Azərbaycan və İsrailə qarşı qoyan regional müttəfiqliklər nəticəsində Fələstin səfirliyi azərbaycanlılarla fələstinlilər arasında həmrəyliyi gücləndirməkdən daha çox Fələstinin Ermənistana dəstək verməsi ittihamlarından müdafiə olunmaq məcburiyyətində qalıb. 2021-ci ilin mayında Qəzzada İsrail və fələstinli militanlar arasında baş verən böhran zamanı Fələstinin Bakıdakı səfirliyi prezidentləri Mahmud Abbasın Milad bayramı münasibətilə Betlehemə ermənilərlə görüş üçün səfəri zamanı Ermənistanın ərazi iddialarına dəstək ifadə etməsi barədə yayılan “dezinformasiyanı” təkzib etməyə çalışırdı.[lx]

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) qopmuş Razi Nurullayevin Milli Cəbhə Partiyası ilə bağlı internet saytında dərc olunmuş Kimə güvənə bilərik? İşğalçı Ermənistanı dəstəkləyən müsəlman ölkələri başlıqlı məqaləyə cavab olaraq Fələstin səfirliyi fələstinli militanlarla Dağlıq Qarabağdakı erməni separatizmi arasındakı paralelləri və ya simpatiyaları kəskin şəkildə təkzib etmişdi:

  1. Fələstin İsraildən ayrılmış separatçı bir hərəkat deyil, o İsrail tərəfindən işğal edilmiş bir dövlətdir. Fələstin İsrail dövləti yaranmazdan öncə mövcud olmuş və onun Fələstinə köçmüş bir çox tarixi rəhbərləri Fələstin adından verilmiş pasport və vəsiqələri gəzdirməklərindən məmnun idilər.
  2. Beynəlxalq hüquq və BMT tərəfindən qəbul edilmiş 80-dən çox qətnamə İsrailin Fələstini qeyri-qanuni olaraq işğal etdiyini göstərir. Hadisələri qarışdırmağa ehtiyac yoxdur.
  3. Ermənistan yox, məhz Azərbaycan Respublikası Fələstinə dəstək verir və müstəqillik qazandıqdan sonra onu bir dövlət kimi tanıyıb və Fələstin bunu çox yüksək qiymətləndirir.
  4. Görünür, məqalə müəllifi xeyli çaşıb, belə ki, Fələstində döyüşənlər arasında “ASALA” təşkilatının üzvü olan ermənilər yoxdur. ASALA Azərbaycan müstəqil olmazdan qabaq mövcud olmuş və türk diplomatlarını hədəfə almış terror təşkilatıdır. Hamıya məlum olduğu kimi, tarix boyu Fələstin və Türkiyə əlaqələri çox möhkəm olmuşdur və bu öz-özlüyündə ASALA-nın Fələstində döyüşməsi ətrafındakı fikirlərin yalan olduğunu sübut edir.
  5. Nə Fələstin dövləti, nə də parlamenti qondarma “erməni soyqırımını” tanımır və bu mövzu Fələstində nə keçmişdə, nə indi müzakirəyə çıxarılmayıb və gələcəkdə də çıxarılmayacaqdır …. Maraqlısı odur ki, məqalə yazarı İsrail parlamentinin (Knesset) əvvəllər  də, indi də vaxtaşırı qondarma erməni soyqırımını müzakirəyə çıxartdığını və çoxlu sayda İsrail siyasətçiləri və rəhbərlərinin qondarma erməni soyqırımını tanımağı tələb etdiyini qeyd etmir. Misal üçün İsrailin hazırki prezidenti Reuven Rivlin onlardan biridir.[lxi]

İlk iki bənd erməni və Fələstin dövlət quruculuğu layihələri arasında oxşarlığa dair fərziyyələri rədd edir. Həmin bəndlər Qafqazda (və bəzən daha geniş ərazilərdə) erməni dövlətçiliyinin həqiqi və ya müvafiq təcrübəsini inkar edən Azərbaycan tarixşünaslığının cəhdlərini təkrarlayaraq, Fələstinin İsrail işğalından çox əvvəl mövcud olduğunu iddia edirlər. “Beynəlxalq hüququn və BMT-nin” Fələstinin mövqeyini dəstəkləməsi ilə bağlı növbəti fikir işğala qarşı və ərazi bütövlüyü uğrunda beynəlxalq hüququ Azərbaycan-Fələstin qarşılıqlı anlaşmasının əsası kimi irəli sürür.

Ermənistan-Fələstin paralelliklərinin rədd edildiyi bəndlərdən xeyli uzun və çox olan sonrakı üç cavab bəndi isə Ermənistan və Fələstin arasındakı qarşılıqlı dəstək ittihamlarını rədd edir. Səfirlik Azərbaycanın Fələstinə dəstəyini vurğulayır və erməni dəstəyinin əhəmiyyətini  rədd edir. Fələstin Diplomatik missiyası həmçinin Livandakı vətəndaş müharibəsi zamanı burada güclü bazası olması və İranla əlaqələri səbəbindən 1982-ci ildə İsrailin Cənubi Livana müdaxiləsindən sonra İsrail və onun Livan müttəfiqlərinə qarşı ərəb mübarizəsinin ön cəbhəsində yer alan Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusundan (ASALA) da üz döndərir.[lxii] Səfirlik İsrail və Türkiyəyə qarşı erməni müqaviməti siyasətlərini rədd edərək, əvəzində türklərlə Fələstin arasında güclü tarixi bağları vurğulayır. Mesajının sonunda isə Fələstin diplomatik missiyası öz növbəsində ittihamlarını İsrailin o vaxtkı prezidenti Reuven Rivlin də daxil olmaqla, bu dövlətin erməni soyqırımını rəsmi olaraq tanımasını tələb edən siyasətçilərinə tuşlayır və Fələstində heç kimin “qondarma erməni soyqırımının” bu cür tanınmasını ağlına belə gətirmədiyini iddia edir.

Səfirliyin azərbaycanlılar və fələstinlilər arasında həmrəylik siyasətini nümayiş etdirmək üçün yazıb sıraladığı bütün əlaqələrə baxmayaraq, Azərbaycan rəsmiləri onların ritorikasını belə açıq-aydın ifadələrlə təkrarlayıb İsraillə münasibətlərini qurban verməzdilər. Azərbaycan rəsmi diskurs sistemində yalnız dövlət tərəfindən təyin olunmuş Şeyxülislam və Qafqaz Müsəlmanlarının Baş Müftisi olan Allahşükür Paşazadə son on ildə fələstinlilərin çəkdiyi əzab-əziyyəti tanımağa cəhd edib. Paşazadə 2013-cü il iyulun 11-də Ramazan ayının əvvəlində Azərbaycan müsəlmanlarını “Suriya, Fələstin və İraqda hər gün dəhşətlər yaşayan və canları bahasına bu aya sevinclə hazırlaşan müsəlmanların olduğunu” yada salaraq oruc tutmağa çağırıb.[lxiii] Lakin bu bəyanat İsraillə müqayisədə Fələstini üstün tutan davamlı ideoloji bağlılığı əks etdirmir. Paşazadə bir tərəfdən 2021-ci il fevralın 10-da İsrailin o vaxtkı yeni təyin olunmuş səfiri Corc Dik ilə görüşünü müsbət ifadələrlə təsvir etsə də, digər tərəfdən İranın ali lideri Ayətullah Əli Xameneiyə də Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlar üzərində suverenliyini dəstəklədiyinə görə minnətdarlıq edir.[lxiv] Azərbaycanda müqavimət mantiyasını isə ölkənin dissident islamçıları geyinəcəkdilər.

Azərbaycan islamçıları arasında Azərbaycan-Fələstin həmrəyliyi

Azərbaycanda dövlət İslamının riyakar ritorikasına tərs düşənlər arasında İrandan ilhamlanan  Müsəlman Birliyi Hərəkatı (MBH) var ki, onun sədri hazırda həbsdə olan fəal Hacı Taleh Bağırzadədir. Həbsindən qabaq son olaraq “Bakının şimal-şərqindəki kasıb, güclü dindar ənənələrə malik” Nardaran qəsəbəsində qərarlaşan Bağırzadə İranda dini təhsil alıb.[lxv] 1995-ci ildə Azərbaycan hakimiyyəti tərəfindən qadağan edilmiş Azərbaycan İslam Partiyasının varisi kimi Bağırzadənin rəhbərlik etdiyi MHB bu gün Azərbaycanda şiə islamçılığının avanqardıdır.[lxvi] Əliyev rejiminin avtoritar meyllərinə və endemik hal almış korrupsiyasına qarşı apardığı təşviqat səbəbilə Bağırzadə 26 noyabr 2015-ci il tarixindən, hərəkatı yatırtmaq üçün “hökumət qüvvələrinin [Nardaran] qəsəbəsinə girib insanların namaz qılmağa toplaşdığı evə atəş açdıqları” vaxtdan bəri həbsdə saxlanılır.[lxvii] Azərbaycan hakimiyyəti MBH-ni “dövlətin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi” və “şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması” qəsdində ittiham edir.[lxviii] Nardaranın giriş-çıxışında polis postları bu günə qədər qalır və qəsəbəni ziyarət edənlərdən Nardaran sakininin xüsusi dəvəti tələb olunur.[lxix]

Müsəlman Birliyi Hərəkatı ölkədə Azərbaycan-Fələstin həmrəyliyinin möhkəmləndirilməsində fəal iştirak edən yeganə siyasi qüvvə idi. 20 may 2022-ci il tarixində Beynəlxalq Qüds Günü ilə bağlı MBH rəsmi feysbuk səhifəsində aşağıdakı paylaşımı edib:

Qüds günü yalnız Fələstinə, bir coğrafi anlama aid deyil. Qüds günü bütün işğal olunmuş torpaqların, o cümlədən Qarabağın bir rəmzidir. Yəni Qüds günü bizim üçün həm də Şuşa günüdür. […] Ən ağrıdıcı sual budur ki, bəs necə oldu Qüds işğal olundu, Qarabağ işğal olundu, digər torpaqlar işğala məruz qaldı? Necə oldu ki, bu zəlalət baş verdi? Nədən vəhdətdən, cəm olmaqdan uzaq düşdük? Niyə qəflətə uğradıq? […] Qüdsün, Qarabağın və digər bütün işğala və qəsbkarlığa məruz qalmışların səbəbini siyasi, iqtisadi, tarixi şərait və səbəblərlə izah etmək olar. Amma başlıca səbəb budur ki, əvvəlcə əqidəvi prinsiplər, dəyərlər müsəlmanların əlindən alınmışdı, sonra torpaqlar. Və indi də Qüdsü, Qarabağı və bütün itkiləri geri almaq üçün ilk növbədə həmin əqidə əsaslarını, dəyərləri qaytarmaq, onlara sədaqəti praktiki olaraq göstərmək lazımdır. […] Allaha dua edib istəyirik ki, bu həqiqətlər insanlarımızın yaşam tərzində öz yerini tutsun. Tezliklə qəsbkar və qondarma İsrail və Dağlıq Qarabağ rejimi, işğalçı Ermənistan və onların havadarları layiqli şəkildə cəzalanaraq Qarabağ və Qüdsdə azan səsləri eşidilsin, millətimiz, ümmətimiz öz izzətli yüksək durumunu bərpa edə bilsin. Amin![lxx]

MBH İkinci Dağlıq Qarabağ müharibəsi zamanı iranlı Ayətullah Məkarim Şirazinin Qarabağ uğrunda ermənilərlə apardıqları mübarizədə Azərbaycan müsəlmanları ilə həmrəyliyini yüksək qiymətləndirib. Azərbaycanlıların Qəzzada İsrail bombardmanları qurbanlarına necə rəğbət bəslədiklərini əks etdirən MBH sədri Bağırzadəyə aid edilən bəyanatda xüsusilə Gəncədə erməni bombardmanının qurbanları ilə ümumislam dünyasının qurbanları arasında paralelliklər qurulub:

Axı Gəncədə məzlumcasına qətlə yetirilən körpələrin Yəmən, Fələstin, Suriya və sair İslam coğrafiyasında bombalanaraq öldürülən uşaqlardan heç bir fərqi yoxdur. Odur ki, İslam ümmətinin Qarabağ harayını bütün dünya duymalı və eşitməlidir. Qoy İslam dünyası bir, müsəlman torpaqları azad və şəhidlərimizin ruhu şad olsun.[lxxi]

MHB Azərbaycan-Fələstin həmrəyliyinin möhkəmləndirilməsinin ön sıralarında olsa da, bu hal Azərbaycanın sünni islamçı dairələri üçün də keçicidir. 2016-cı ilin iyun ayında Bakının mərkəzində yerləşən sünni Cümə məscidində islamçılar Qarabağı və Qüdsü unutma! mövzusunda konfrans keçiriblər.[lxxii] Konfransada “Qüds və Qarabağdakı [situasiyalar] arasında paralellər” mövzusunda sessiyalar da təşkil edilib.[lxxiii]

MBH kimi açıq-aşkar Fələstin tərəfdarı olan islamçı qrupların ümumən İran ilə eyni cərgədə dayanması ilə Azərbaycan cəmiyyətinin ümumən sekulyar xarakterinin kombinasiyası    müqavimət diskursunun siyasi hədəfə çevrilməsi ilə nəticələnib. Bakıda fəaliyyət göstərən Topçubaşov Mərkəzinin əməkdaşı Fərid Mirzəli İran, Suriya və İraq, Fələstin və Suriyada yerləşən döyüşçüləri birləşdirən “müqavimət oxu”nu Azərbaycan üçün təhdid kimi xarakterizə edib.[lxxiv] Bir çox azərbaycanlılara görə müqavimət və Fələstin Azərbaycanı İranın teokratik hegemonluq aləminə sürüyür və dünyəvi Azərbaycan milli layihəsindən uzaqlaşdırır.

İsrail-Fələstin münaqişəsi ilə Dağlıq Qarabağ arasındakı əlaqə bəzilərinin bu iki münaqişənin oyunçularından daha açıq müdaxilə tələb edən çağırışlarına səbəb olub. Erməni politoloq Lionid Nersisyan və erməni mənşəli amerikalı jurnalist Lara Setrakyan İsrail diplomatiyasını, ermənilərlə yəhudilərin paralel tarixlərini və İsrailin Azərbaycan hökuməti ilə sıx əlaqələrini nəzərə alaraq, Ermənistan və Azərbaycan hökumətləri arasında potensial konstruktiv vasitəçi kimi təqdim edirlər.[lxxv] Oxşar tərzdə, Azərbaycanın Konkret.az xəbər saytı Prezident İlham Əliyevi İsraillə Türkiyənin münasibətlərinin normallaşması fonunda İsraillə Fələstin arasında barışıq üçün vasitəçi kimi təqdim edir.[lxxvi]

Nəticə

İslam həmrəyliyinin Azərbaycanın probleminə əsaslı dəstək məsələsində uğursuzluğu və İsrailin İranla rəqiblik məsələsində həmrəy olduğu Azərbaycanla iqtisadi və siyasi əlaqələrin qurulmasında marağı rəsmi Azərbaycan-Fələstin həmrəyliyini çətin vəziyyətə saldı. Bununla belə, Azərbaycan-Fələstin həmrəyliyinə dair davam edən çağırışlar Azərbaycan-İsrail tərəfdaşlığının Əliyev administrasiyası xaricində məhdudluğunu nümayiş etdirməkdədir. Bir çox azərbaycanlıya görə, fələstinlilər müsəlman qardaş və bacılar, israillilər isə dəyərli dostlardır. Bu kateqoriyalar süni olsa da, mühüm və uzunmüddətli fərqi göstərir.

Ermənilərin İsrail-Fələstin münasibətləri prizmasından Dağlıq Qarabağ münaqişəsini necə başa düşmələri üzərində daha çox iş görülməlidir. Bu, qismən erməni diplomatiyasının daha məhdud ambisiyalarının, eləcə də Ermənistanın Fələstini rəsmi olaraq tanımamasının nəticəsidir. Lakin erməni dilində mənim üçün əlçatmaz olan mənbələrin daha hərətərəfli cəlb edilməsi ilə araşdırmalar davam etdirilməlidir. Bu mövzunun daha çox elmi diqqətə layiq olan başqa bir tərəfi də odur ki, Azərbaycan hökuməti tərəfindən tikinti şirkətləri ilə müqavilələr əsasında Dağlıq Qarabağda və ətraf rayonlarda aparılan inşaat işləri İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini genişləndirilməklə verdiyi mesajların bəzi aspektlərini təqlid edir. Azərbaycan hökuməti və əlaqədar özəl müəssisələr 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı Bakının nəzarətinə keçən bu əraziləri ermənilərin talan etdikləri və düzgün istifadə etmədikləri torpaqlar kimi görür, oradakı tikinti və bərpa işlərini isə ərazinin inkişaf etdirilməsi kimi qiymətləndirir. Məhsuldarlıq, iqtisadi və davamlı inkişaf kimi bənzər məntiq üzərinə vurğular İsrailin işğalı altındakı İordan çayının qərb sahillərində yəhudi yaşayış məntəqələrinin genişləndirməsi ilə bağlı diskursunda da geniş şəkildə mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunda işğal altında ikən salınan erməni yaşayış məntəqələri də eyni şəkildə araşdırılmalıdır.

Şəkillər:

Yerusəlimin yaranmasının 3000-ci ildönümünə həsr olunmuş Azərbaycan markasında şəhərin adı ərəbcə deyil (القدس sözündən yaranmış Qüds), Azərbaycanda danışıq dilində daha çox rast gəlinən ibrani dilindəki adından (Yerusəlim, ירושלים) istifadə olunub. Üç markada Qaya Günbəzi (ən yüksək nöqtə, 300 m), Müqəddəs Qəbir Kilsəsi (aşağı nöqtə, 250 m) və Ağlama Divarı (ən aşağı nöqtə, 100 m) təsvir edilib

 

Fələstinin Bakıdakı səfirliyinin fFeysbuk hesabında – İsraildə əllərində İsrail, erməni və Qarabağ-ermənilərinin bayraqlarını və erməni soyqırımı ilə bağlı plakatlar gəzdirən etirazçıların foto-şəkillərini əks etdirən, “Şərhsiz” kimi qeyd olunan post (26 aprel 2022-ci il)

(Palestine in Azerbaijan – Fələstin Azərbaycanda, “ŞƏRHSİZ,” Facebook, 26 April 2022, https://www.facebook.com/palestinembassy.baku/posts/pfbid0R5mNZSTa3mW2zT4fiocZdLkpM5sd9yaPk712mRydPmXXtegHbWuRrQs9hKYqNyxAl)

 

Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşündəki söhbətdən – Tehran, 8 dekabr 1997-ci il.

(“Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşdəki söhbətdən,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 8 December 1997, https://lib.aliyev-heritage.org/az/7786071.html)

 

Şuşada açılmış Qarabağ Zəfəri mehmanxanasının girişində asılmış bayraqlar.

(en.AzVision.az, “Karabakh Victory Hotel in #Shusha,” Twitter, 29 August 2021, https://twitter.com/AzVisionEn/status/1432020035241906181)

 

Qeyd və istinadlar

[i] “The statement of the President of Azerbaijan Republic Heydar Aliyev for representatives of mass media of Azerbaijan and foreign countries,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 6 December 1996, https://lib.aliyevheritage.org/en/5860739.html (Accessed: 5 January 2023).

[ii] David B. Green, “From Friends to Foes: How Israel and Iran Turned Into Arch-enemies,” Haaretz, 8 May 2018, https://www.haaretz.com/middle-east-news/iran/2018-05-08/ty-article-magazine/how-israel-and-iran-went-from-allies-to-enemies/0000017f-f633-d887-a7ff-fef71e7f0000 (Accessed: 5 January 2023).

[iii] Thomas Patrick Lowndes de Waal, Great Catastrophe: Armenians and Turks in the Shadow of Genocide (Oxford: Oxford UP, 2015), 152; Robert F. Worth, “In Lebanon’s Patchwork, a Focus on Armenians’ Political Might,” The New York Times, 25 May 2009, https://www.nytimes.com/2009/05/26/world/middleeast/26armenians.html (Accessed: 5 January 2023).

[iv] Soner Çağaptay, Erdogan’s Empire: Turkey and the Politics of the Middle East (London: IB Tauris, 2019), 54.

[v] de Waal, Great Catastrophe, 47-8.

[vi] de Waal, Great Catastrophe, 133.

[vii] Armenian National Committee of America, “Israel, safe refuge to Jews who escaped the #Holocaust,” Twitter, 3 October 2020, https://twitter.com/anca_dc/status/1312481844068192257 (Accessed: 5 January 2023).

[viii] Yuri Lvovich Slezkine, The Jewish Century (Prineton, N.J.: Princeton UP, 2006), 4-5. Slezkine recognized Armenians as service nomads like Jews. See Slezkine 6, “the Armenian ‘Amira’ provided the Ottoman court with trustworthy tax farmers, mint superintendents, and gunpowder manufacturers.”

[ix] Eesti-Aserbaidžaani parlamendirühma esimees, “Eesti-Aserbaidžaani parlamendirühma avaldus seoses Khojaly veresauna aastapäevaga,” Riigikogu, February 22, 2022, https://www.riigikogu.ee/fraktsioonide-teated/uhenduste-teated/eesti-aserbaidzaani-parlamendiruhma-avaldus-seoses-khojaly-veresauna-aastapaevaga/ (Accessed: January 5, 2023).

[x] “XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ,” Azərbaycan Respublikasının Ali Məhkəməsi, https://supremecourt.gov.az/static/view/174 (Accessed: 5 January 2023).

[xi] Jacob Judah, “A Proxy Israeli-Palestinian Conflict Is Playing Out in Northern Ireland,” K: La revue, February 3, 2022, https://k-larevue.com/en/a-proxy-israeli-palestinian-conflict-is-playing-out-in-northern-ireland/ (Accessed: 5 January 2023); Alex MacDonald, “Israel-Morocco deal: Palestinians and Sahrawis hope for renewed solidarity,” Middle East Eye, 13 December 2020, https://www.middleeasteye.net/news/israel-morocco-deal-palestine-western-sahara-solidarity (Accessed: 5 January 2023).

[xii] Laurence Broers, Armenia and Azerbaijan: Anatomy of a Rivalry (Edinburgh: Edinburgh UP, 2019), 105.

[xiii] Alexander Murinson, Turkey’s Entente with Israel and Azerbaijan: State Identity and Security in the Middle East and Caucasus (London: Routledge, 2013), 116.

[xiv] Audrey L. Altstadt, Frustrated Democracy in Post-Soviet Azerbaijan (Washington, D.C.: Woodrow Wilson Center Press, 2017), 28.

[xv] Altstadt 2.

[xvi] Bax: “İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramları,” Beynəlxalq İnkişafa Yardım Agentliyi, https://aida.mfa.gov.az/az/education/221/ (Accessed: 5 January 2023).

[xvii] M. Şükrü Hanioğlu, Atatürk: An Intellectual Biography (Princeton, N.J.: Princeton UP, 2013), 105.

[xviii] Murinson 124.

[xix] Murinson 126; İlham Əliyev, “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 26 November 2022, https://president.az/az/articles/view/57989 (Accessed: 5 January 2023).

[xx] Murinson 127.

[xxi] Murinson 74-5.

[xxii] Murinson 75.

[xxiii] “İsraillə münasibətlerin əsasını Elçibəy hakimiyyəti qoyulub,” Yeni Müsavat, 17 February  2010, https://musavat.com/news/gundem/israille-munasibetlerin-esasini-elcibey-hakimiyyeti-qoyub_70728.html (Accessed: 5 January 2023).

[xxiv] “İsraillə münasibətlerin əsasını Elçibəy hakimiyyəti qoyulub,” Yeni Müsavat, 17 February  2010, https://musavat.com/news/gundem/israille-munasibetlerin-esasini-elcibey-hakimiyyeti-qoyub_70728.html (Accessed: 5 January 2023).

[xxv] Yenə orada.

[xxvi] Yenə orada.

[xxvii] “How Israeli-Palestinian fighting has divided the Azerbaijani public,” JAM News, 12 May 2021, https://jam-news.net/how-israeli-palestinian-fighting-has-divided-the-azerbaijani-public/ (Accessed: 5 January 2023).

[xxviii] “‘Relations between Azerbaijan and Palestine will rapidly develop in various spheres,’” Azərtac, October 30, 2009, https://azertag.az/en/xeber/RELATIONS_BETWEEN_AZERBAIJAN_AND_PALESTINE_WILL_RAPIDLY_DEVELOP_IN_VARIOUS_SPHERES-586231 (Accessed: 5 January 2023).

[xxix] “Palestine’s embassy opens in Baku,” Azərtac, 29 June 2011, https://azertag.az/en/xeber/Palestines_embassy_opens_in_Baku-608379 (Accessed: 5 January 2023).

[xxx] “Riyad al-Maliki: Palestine, Azerbaijan share deep bond of friendship,” Azernews, 19 April 2017, https://www.azernews.az/nation/111689.html (Accessed: 5 January 2023).

[xxxi] Yenə orada.

[xxxii] “Azerbaijan to open a representative office in the State of Palestine,” WAFA News Agency, 21 November 2022, https://english.wafa.ps/Pages/Details/131996?fbclid=IwAR3aRdjVXepRVMfKKLO-lVcpYg2Yth5m3LdyTubzrz3d_hsJARA3LNI0neg (Accessed: 5 January 2023).

[xxxiii] Lamiyə Adilqızı, “Azerbaijan’s New Pro-Government TV Network Has Some Familiar Faces,” Eurasianet, 22 March 2018, https://eurasianet.org/azerbaijans-new-pro-government-tv-network-has-some-familiar-faces (Accessed: 5 January 2023).

[xxxiv] REAL TV, “‘Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik’ – REAL İNTERVYU,” YouTube, 1 December 2022, https://www.youtube.com/watch?v=PPfOuwFbNDk (Accessed: 5 January 2023).

[xxxv] Tural Əhmədov, “Azerbaijani Public Perceptions of Jews and the Israeli-Palestinian Conflict” in Moshe Ma’oz ed., Muslim Attitudes to Jews and Israel: The Ambivalences of Rejection, Antagonism, Tolerance and Cooperation (Brighton: Sussex Academic Press, 2010), 64-5.

[xxxvi] Tural Əhmədov, “Azerbaijani Public Perceptions of Jews and the Israeli-Palestinian Conflict” in Moshe Ma’oz ed., Muslim Attitudes to Jews and Israel: The Ambivalences of Rejection, Antagonism, Tolerance and Cooperation (Brighton: Sussex Academic Press, 2010), 64-5.

[xxxvii] Bu sorğu Muslim Attitudes to Jews and Israel: The Ambivalences of Rejection, Antagonism, Tolerance and Cooperation adlı topluda dərc edilib. Belə ki, toplunun baş redaktoru Yerusəlim İvrit Universitetinin təqaüdə çıxmış professoru Moşe Maozdur.  Sorğunun analizi nəticəsində Əhmədov iddia edir ki, azərbaycanlı gənclərin İsrailə rəğbətini artırmağın ən yaxşı yolu təhsildir. Əhmədovun proqramının veb-səhifəsində qeyd edilir ki, bu proqram Bakıdakı İsrail Səfirliyinin dəstəyi ilə Azərbaycan Dillər Universitetində açılıb. Ona görə də mən şübhələnirəm ki, Əhmədov bu sorğunu donorlarına öz proqramının uğurlu olduğunu göstərmək məqsədilə təqdim edib. “İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi,” Azərbaycan Dillər Universiteti, https://adu.edu.az/az/bim/Centers/IsraelandtheMiddleEastStudiesCenter/ (Accessed: 5 January 2023).

[xxxviii] Alman Mir-İsmayıl, “Azerbaijan, Trapped Between Palestinians and Israel, Takes a Pragmatic Position,” Jamestown Foundation, 21 January 2009, https://jamestown.org/program/azerbaijan-trapped-between-palestinians-and-israel-takes-a-pragmatic-position/ (Accessed: 5 January 2023).

[xxxix] “How Israeli-Palestinian fighting has divided the Azerbaijani public,” JAM News, 12 May 2021, https://jam-news.net/how-israeli-palestinian-fighting-has-divided-the-azerbaijani-public/ (Accessed: 5 January 2023).

[xl] “Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlığı Parlament Məclisinin yeddinci sessiyasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 12 June 1996, https://lib.aliyevheritage.org/az/9337983.html (Accessed: 5 January 2023).

[xli] “Azərbaycan Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka zirvə toplantısında çıxışı,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 13 December 1994, https://lib.aliyevheritage.org/az/1512521.html (Accessed: 5 January 2023).

[xlii] İlham Əliyev, “İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan ‘OIC Journal’ jurnalında İlham Əliyevin ‘İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır’ sərlövhəli məqaləsi dərc edilib,” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 10 May 2017, https://president.az/az/articles/view/23584 (Accessed: 5 January 2023).

[xliii] See Azerbaijani voting record, United Nations: On the Question of Palestine, https://www.un.org/unispal/country/azerbaijan/ (Accessed: 5 January 2023).

[xliv] Broers 308.

[xlv] “Turkey’s strongman, Recep Tayyip Erdogan, takes to the world stage,” The Economist, September 8, 2020, https://www.economist.com/europe/2020/09/08/turkeys-strongman-recep-tayyip-erdogan-takes-to-the-world-stage (Accessed: January 5, 2023).

[xlvi] Muhammad Fahim, “Pakistan and the Question of Recognizing Armenia: Pakistan-Armenia Relations, The Issue of Kashmir & Nagorno-Karabakh,” Journal of South Asian Studies, vol. 8, no. 2, 2019, pp. 39-45.

[xlvii] Digər adı “Fələstin faciəsi”

[xlviii] Hanioğlu 87.

[xlix] İlham Əliyev, “Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində İlham Əliyevin nitqi,” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 1 November 2022, https://president.az/az/articles/view/57867 (Accessed: 5 January 2023).

[l] Zümrüd Paşkin, “Ambassador of Saudi Arabia: Our position on Palestinian and Nagorno-Karabakh conflicts is identical,” ONA Onlayn Xəbər Agentliyi, 14 August 2019, https://ona.az/en/politics/abassador-of-saudi-arabia-our-position-on-palestinian-and-nagorno-karabakh-conflicts-is-identical-7180 (Accessed: 5 January 2023).

[li] Mohammad Alrmizan, “Azerbaijan and Saudi Arabia: Bilateral Opportunities in a Changing Middle East,” King Faisal Center for Research and Islamic Studies, September 2019, https://kfcris.com/pdf/91ba14ab13aea57468aee2d0cd58c0bd5d89e0ee3e6cf.pdf (Accessed: 5 January 2023).

[lii] “İslam Konfransı Təşkilatının təsir imkanları,” Azadlıq Radiosu, 21 June 2006, https://www.azadliq.org/a/161742.html (Accessed: 5 January 2023).

[liii] “Statement of the President of the Republic of Azerbaijan in the joint press conference dedicated to the results of the negotiations held between the presidents of the Republic of Azerbaijan and Islamic Republic of Iran,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 28 October 1993, https://lib.aliyevheritage.org/en/5836504.html (Accessed: 5 January 2023).

[liv] “Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşdəki söhbətdən,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 8 December 1997, https://lib.aliyev-heritage.org/az/7786071.html (Accessed: 5 January 2023).

[lv] Yenə orada.

[lvi] “Answers of the President of the Republic of Azerbaijan Heydar Aliyev and President of the Islamic Republic of Iran Seyyed Mohammad Khatami to the questions of reporters before their tete-a-tete meeting,” “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxana, 18 May 2002, https://lib.aliyevheritage.org/en/5616674.html (Accessed: 5 January 2023).

[lvii] Benoit Filou, “Iran Torn Between Armenia and Azerbaijan,” Bakı Araşdirmalar İnstitutu, 11 November 2020, https://bakuresearchinstitute.org/en/iran-torn-between-armenia-and-azerbaijan/ (Accessed: 5 January 2023).

[lviii] Palestine in Azerbaijan – Fələstin Azərbaycanda, “İşğal edilmiş Fələstin Dövlətindən bütün Azərbaycanlılara ən gözəl arzular,” Facebook, 24 March 2022, https://www.facebook.com/palestinembassy.baku/posts/pfbid02iR968vTbzvDLvbHRe6ZGV7LJRNHenWEAkzsBpJ4Ysqtva1tAUr3cHCauJBtkyHgWl (Accessed: 5 January 2023).

[lix] Palestine in Azerbaijan – Fələstin Azərbaycanda, “İsrailin Baş Naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu öz rəsmi twitter hesabında ‘Erməni soyqırımı’ nağılını qəbul etdiyini və yalanlar yayaraq belə yazır,” Facebook, 15 May2021, https://www.facebook.com/palestinembassy.baku/posts/pfbid0tHTMWw9MBbdU3tcwvvoJLESs9RqZcVYqHy372PUq7aUwdScGtott5guvF61bCXml (Accessed: 5 January 2023).

[lx] Palestine in Azerbaijan – Fələstin Azərbaycanda, “İsrail tərəfdarları insanların ərəb dilinin bilməməsindən sui-istifadə edərək İsrail işğalçı ordusunun törətdiyi cinayətlərdən diqqətləri yayındırmaq üçün İsrailin uğursuz propaqandasını (HASBARA) yaymağa çalışır,” Facebook, 15 May 2021, https://fb.watch/hnho4ckxVQ/ (Accessed: 5 January 2023).

[lxi] Palestine in Azerbaijan – Fələstin Azərbaycanda, “‘Gülünc yalanlara digər bir misal,’” Facebook, 23 January 2018, https://www.facebook.com/palestinembassy.baku/posts/pfbid0zfjWbNUaC1z4LY8CpUpAT82NLLqYYhZ1xm8cRrRJ5k1gNEKVBEv4mdoHdDC7cuEYl (Accessed: 5 January 2023).

[lxii] Bruce Hoffman, “Recent Trends in Palestinian Terrorism,” RAND Corporation, May 1984, https://www.rand.org/content/dam/rand/pubs/papers/2005/P6981.pdf (Accessed: 5 January 2023).

[lxiii] Allahşükür Paşazadə, “Kimsə bu Ramazanda oruc tutmaqdan…” Facebook, 11 July 2013, https://www.facebook.com/SeyxulislamHaciAllahsukurPasazade/posts/pfbid02mjU7PkyqVKTEStGSVwrqs9h7MkazmGbBtBWxkAz74VXKJGysHBMEcJz7K3vg1S3Cl (Accessed: 5 January 2023).

[lxiv] Allahşükür Paşazadə, “Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İsrailin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Corc Diki qəbul etdi,” Facebook, 10 February 2021, https://www.facebook.com/SeyxulislamHaciAllahsukurPasazade/posts/pfbid02QdDub63NJdfq6DgFSHfC8DBKtT69SmNkPeKfbqGVyqS4MgRWiUnqYJqbTPptmWbrl (Accessed: 5 January 2023); Allahşükür Paşazadə, “İran İslam Respublikasının dini lideri Ayətullah Əli Xameneyi Məhəmməd peyğəmbərin mövludu münasibətilə 3 noyabr müraciətində bunları bildirib,” Facebook, 3 November 2020, https://www.facebook.com/SeyxulislamHaciAllahsukurPasazade/posts/pfbid02dKxJZ3quFHfQ5bjWyjU3zogJy46vzizV8a6jEWBwB4kCXXMh1wyQN9eGtj4MfQLdl (Accessed: 5 January 2023).

[lxv] Altstadt 199.

[lxvi] Altstadt 203-4.

[lxvii] Altstadt 204.

[lxviii] Altstadt 204.

[lxix] “Azerbaijani government to compensate detainees during ‘Nardaran events,’” JAMnews, February 9, 2023, https://jam-news.net/echr-and-the-nardaran-events/ (Accessed 13 April 2023).

[lxx] Müsəlman Birliyi Hərəkatı, “Beynəlxalq Qüds Gülü ilə bağlı,” Facebook, 4 August 2020, https://fb.watch/hHxxFGW4ah/ (Accessed: 5 January 2023). This post has since been deleted.

[lxxi] Müsəlman Birliyi Hərəkatı, “İlahiyyatçı Tale Bağırzadə Ayətullah Makarim Şiraziyə təşəkkür etdi,” Facebook, 20 October 2020, https://www.facebook.com/MBH.MuselmanBirliyiHerakati/posts/pfbid02KRarr5pkJzd96xX8Fe9nzcjyUBYAzKLD3Q4vghHx5VPS5szX7vTkwzKgPvXeehUMl (Accessed: 5 January 2023). This post has since been deleted.

[lxxii] “İçərişəhər ‘Cümə’ məscidinin dini icması və DEVAMM ‘Qarabağı və Qüdsü unutma!’ mövzusunda konfrans keçirdi,” Xeber.nur.az, 2 July 2016, https://xeber.nur-az.com/32756/ (Accessed: 5 January 2023).

[lxxiii] Yenə orada.

[lxxiv] Fərid Mirzəli, “‘Müqavimət oxu’ yenidən birləşir: HƏMAS üçün maraqlar ideologiyadan üstün olacaq?” Topçubaşov Mərkəzi, 12 December 2022, https://top-center.org/az/tehlil/3453/muqavimet-oxu-yeniden-birlesir-hemas-ucun-maraqlar-ideologiyadan-ustun-olacaq (Accessed: 5 January 2023).

[lxxv] Leonid Nersisyan and Lara Setrakian, “Israel should mediate between Armenia, Azerbaijan,” Jerusalem Post, 15 September 2022, https://www.jpost.com/opinion/article-717164 (Accessed: 5 January 2023). Less than convincing is their claim that “Israel should want the peace and stability that Armenians, among others, profoundly crave.”

[lxxvi] “‘İsrail və Fələstin arasında barışıq üçün İlham Əliyev vasitəçi ola bilər,’” Konkret.az, 15 May 2021, https://konkret.az/israil-ve-felestin-arasinda-barisiq-ucun-ilham-eliyev-vasiteci-ola-biler-politoloq/?fbclid=IwAR30675k5UQh4ZDUqgIgbuoSM7LRkAajVXlXUswNPycSbN4jp56wH8mAEho (Accessed: 5 January 2023).

[lxxvii] “Stamps of Azerbaijan,” AzərMarka, http://www.azermarka.az/en/1996.php (Accessed: 5 January 2023). The link is unfortunately broken.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.