fbpx

Cəmiyyət

Cəmiyyət

Urmiyanın son damlası: Ölməkdə olan gölə ümidin dirçəlməsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Urmiya gölü İranın ən böyük su-bataqlıq ərazisidir, ancaq sürətlə quruyaraq səviyyəsi azalır. Gölün suyunun səviyyəsi 1995-ci ildə 1277 metr olduğu halda, 2014-cü ildə 1270 metrə çatıb. Bu isə göldə suyun hər 1 litrində duzluluğun bu illər ərzində 240 qramdan 450 qrama qalxmasına səbəb olub. Təxminən 1275 metr dəniz səviyyəsindən yüksəkdə yerləşməsi duzluluq səviyyəsinin azalmasına və ətraf mühitin, ekosistemin yenidən canlanmasına gətirib çıxarır (Bakhshianlamouki et al. 2020). Urmiya gölünün qurumasının qarşısının alınması üçün İran hökuməti Urmiya Gölünün Bərpası Proqramı (UGBP) hazırlayıb və onun həyata keçirilməsinə nəzarət üçün Milli Komitə yaradaraq, bu proqramı üç mərhələyə ayırıb:

  1. 2014-cü ildən 2016-cı ilə qədər Komitə diqqətini gölün vəziyyətinin sabitləşməsi və canlanması üzrə təxirəsalınmaz tədbirlərə yönəldib.
  2. 2017-ci ildən 2022-ci ilə qədər Komitə su resurslarının davamlı şəkildə idarə olunması və ətraf mühitin bərpası üçün daha əhatəli strategiyaların həyata keçirilməsini hədəfləyib.
  3. 2023-cü ildən 2024-cü ilə qədər Komitə qazanılmış uğurları möhkəmləndirmək və bərpa prosesini yekunlaşdırmaq üçün səylərini davam etdirəcək.

Birinci mərhələnin məqsədi gölün hövzəsində iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması sahəsində layihələr həyata keçirməklə Urmiya gölünün səviyyəsini sabitləşdirilməsi idi. Gölün qurumasına səbəb olan əsas təhlükələrdən biri də yerli icma tərəfindən kənd təsərrüfatı məqsədilə torpaqların ekstensiv istifadəsidir (Shadkam et al. 2020). Çay hövzəsində 80 minə yaxın quyu var və onların yarısı qeyri-qanuni istifadə olunur. Buna görə də Milli Komitə yeraltı suların toplanmasına və suvarma kanallarına nəzarət üçün ciddi tədbirlər görmək cəhdində bulundu. Bu hədəfə nail olmaq üçün Milli Komitə proqramın birinci mərhələsində irriqasiya (suvarma) işlərinin səmərəliliyinin artırılması yönündə qeyri-qanuni suvarmanın, kənd təsərrüfatı sektorunda suyun azalmasının və digər çaylardan gələn suyun başqa səmtə ötürülməsinin qarşısını alacaq 88 layihə həyata keçirdi. Nəticədə, ətraf ərazilərin kənd təsərrüfatı məqsədləri ilə sudan istifadə 40% azalıb ki, bu da Urmiyanın böyük həcminə görə İranın bərpa olunan su ehtiyatlarının 45 faizinin qorunmasına bərabərdir. Əldə olunmuş bu nailiyyət proqramın birinci mərhələsində Urmiya gölü hövzəsində dirçəlmənin davamlılığının sübutunu təmin etdi (Abadi, 2019).

İkinci mərhələ bərpa dövrü adlanır və məqsəd 2017 və 2022-ci illərdə Urmiya gölünün su ilə təchizi və suyun səviyyəsinin 1271 metrə çatdırılması üçün bütün mümkün həll yollarının həyata keçirilməsindən ibarətdir (Salimi et al. 2019). Bərpa dövründə proqram əsasən iqlim dəyişikliyinin təsirinin azaldılmasına yönəlib. Əslində, iqlim dəyişikliyi deqradasiya prosesində mərkəzi rola malikdir və buna görə də proqramın hədəfi 2017-ci ildə toz kimi iqlim dəyişikliyinin spesifik təsirlərinə nəzarət etmək olmuşdur. Əslində, iqlim dəyişikliyi nəticəsində yaranan toz göl hövzəsi ətrafında əsən güclü küləklər səbəbindən gölün səhralaşması üçün əlverişli şərait yaratmışdır. Tozun proliferasiyasının və yayılmasının qarşısını almaq üçün komitə yarı şoran ərazilərdə Salicornia kimi halofitllərin (duzlu bataqlıq bitkilərinin) əkilməsinə nəzarəti həyata keçirdi eləcə də otlaqlara nəzarət və heyvanların mühafizəsi tədbirlərini həyata keçirdi. Nəticədə, 2019-cu ilə qədər suyun səviyyəsi bir qədər qalxmış və 1271 metr artım müşahidə edilmişdir (FAO 2017). Su səviyyələrində bu yüksəliş trayektoriyası proqramın Urmiya gölünün ekosistemini canlandırmaq cəhdinə müsbət təsirindən xəbər verir.

Urmiya gölünün 1996-cı ildən 2018-ci ilə qədər peyk görüntüləri (Schmidt et al. 2021, 3).

Şübhəsiz ki, UGBP proqramı İran hökumətinə, bələdiyyələrə və yerli əhalinin güzəranına – birinci mərhələnin və ikinci mərhələnin yarısının  həyata keçirilməsi müddətində gölün suyunun səviyyəsinin artması və qanunsuz suvarma kanallarına nəzarət kimi – müəyyən faydalar gətirdi (Danesh-Yazdi, and Ataie-Ashtiani 2019).

Bununla belə, görüləsi hələ çox iş var. Həll edilməli olan başlıca problem – mühüm nazirliklər, xüsusilə də İranın Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyi arasındak; koordinasiyasızlıqdır.. Bu yanlış koordinasiya  proqramın nəticələrinə nail olunmasında gecikmələrə görə qurumların bir-birlərini ittiham etmələrinə gətirib çıxardı. Məsələn, Energetika Nazirliyi 40.000-dən çox qanunsuz quyunun sökülməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi bəndlərin genişləndirilməsi işlərinin dayandırılması üçün tədbirlər görməyib. Təəssüf ki, bu nazirliklərarası ixtilaf gərginliyi daha da artıraraq, birinci və ikinci mərhələlərdə planların icrası zamanı ziddiyyətlərə yol açdı. Yetərincə əlaqələndirmə işinin olmaması səbəbindən kənd təsərrüfatı torpaqları 2012-ci ildəki 480.000 hektardan 2017-ci ilə qədər 530.000 hektara qədər genişləndi ki, bu da Urmiya Gölünün Bərpası Proqramının əsas məqsədi ilə şübhəsiz ziddiyyət təşkil edirdi (Sarabi, 2018).

Üçüncü mərhələdə hədəf 2024-cü ilə qədər suyun səviyyəsini 1274 metrə çatdırmaqla gölün hazırkı vəziyyətinin davamlı şəkildə idarə olunmasıdır. UGBP-nin düzgün həyata keçirilməsinə mane olan əsas məsələ maliyyə çatışmazlığıdır. Bu, prezident Ruhanini beynəlxalq maliyyə təsisatlarından yardım istəməyə sövq etdi, ancaq belə bir addım çətinliklərlə dolu idi. Qeyd edək ki, Yaponiya Urmiya gölünün bərpası yolunda səylərin sürətləndirilməsi üçün 3 milyard dollar məbləğində iri vəsait ayıraraq xarici ianəçi rolunda çıxış edib.

Təəssüf ki, bu tərəfdaşlığa İran hökumətinə yenidən tətbiq edilən sanksiyalar səbəbindən son qoyuldu (IRNA 2018). Bu vəziyyətə cavab olaraq, İranın 100-ə yaxın parlament üzvü ölkənin Ali Rəhbəri Ayətullah Xameneiyə məktub göndərərək operativ tədbirlərə əl atdılar. Məktubun məqsədi Urmiya Gölünün Bərpası Proqramını dəstəkləmək üçün İranın Milli İnkişaf Fondunun vəsaitlərindən istifadə etmək üçün icazə almaq olub. Bununla belə, İran İslam Şurası Məclisinin spikeri Seyid Əli Laricani bəzilərinin qeyri-qanuni addım kimi səciyyələndirdiyi kimi, deputatların təqdim etdiyi petisiyanı qəbul etməkdən imtina edib (Bakhshianlamouki et al. 2020). Buna baxmayaraq, Ruhani administrasiyası gölün ətrafında yaşayan sakinləri sakitləşdirmək üçün nikbin bəyanatlar verərək, öhdəliklər sərgiləməkdə israr edirdi.  israrla bəyanatlar verir, öhdəliklər sərgiləyirdi. Lakin administrasiya heç vaxt Cağatu çayından Təbrizə suyun axınının, kənd təsərrüfatı ehtiyacları üçün gölün suyun ayrılmasının məhdudlaşdırılması və hətta bölgədə becərmə üsullarının dəyişdirilməsi kimi praktiki, lakin potensial olaraq çətin tədbirlər həyata keçirməyib (Salimi et al. 2019) .

UGBP ekoloji və sosial faydalar gətirib, ancaq gölün tam bərpasına nail olmaq üçün hələ də qarşıda vəzifələr durur. Beləliklə, siyasi sabitliyin qurulması fonunda birgə səylərin uğurla həyata keçirilməsi Urmiya gölünün qorunub saxlanması və yerli sakinlərin güzəranının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Yerli əhali qaçılmaz olaraq su istehlakı baxımından həyat tərzini dəyişməli olacaq, çünki Urmiya gölü təkcə kənd təsərrüfatı üçün deyil; yerli ekosistemin ürəyi, bir sıra köçəri quşların, qiymətli balıq növlərinin və nəsli kəsilməkdə olan heyvanların təbii məskənidir. Bu kollektiv öhdəlik təkcə indiki nəslin ehtiyac və istəklərinə cavab vermir, eləcə də gələcək nəsillərin rifahı və firavanlığını nəzərə almış olur.

 

Ədəbiyyat:

Abadi, B. (2019). How agriculture contributes to reviving the endangered ecosystem of Lake Urmia? The case of agricultural systems in northwestern Iran. Journal of environmental management, 236, 54-67.

Bakhshianlamouki, M., Saki, H., and Morid, S. (2020). Lake Urmia Restoration and Sustainable Management: A Hydro-Political Analysis. Journal of Hydrology, 590, 342-346.

Danesh-Yazdi, M., & Ataie-Ashtiani, B. (2019). The Urmia Lake in Iran: How Long Can We Ignore the Environmental Disaster? Land Degradation & Development, 30(3), 259-265.

Food and Agriculture Organization (FAO). (2017). The Urmia Lake Basin: A Case Study in the FAO GIEWS “Short-Term Outlook on Dryland Crops and Food Supply Situation”. Retrieved from http://www.fao.org/giews/english/shortt.htm

Islamic Republic News Agency (IRNA). (2018). Lake Urmia Water Level Increases by 65 cm. Retrieved from https://www.irna.ir/en/News/82882956/Lake-Urmia-water-level-increases-by-65-cm

Salimi, F., Karimi, P., & Golshan, M. (2019). Evaluating Climate Change Impact on Hydrological Processes in a Semi-Arid Basin, Urmia Lake Basin, Iran. Theoretical and Applied Climatology, 136(3-4), 1409-1424.

Sarabi, S. E. (2018). Impacts of institutional arrangements on the adaptive capacity of the Urmia Lake basin (Doctoral dissertation, Master thesis, Institute for Housing and Urban Development Studies, Erasmus Univ. Rotterdam, 27-35.

Schmidt, M., Gonda, R. and Transiskus, S., 2021. Environmental degradation at Lake    Urmia (Iran):    exploring    the    causes    and    their    impacts    on    rural livelihoods. GeoJournal, 86, 2149-2163.

Shadkam, S., Ludwig, F., van Vliet, M. T. H., Pastor, A., and Kabat, P. (2020). A Global Hydro-Economic Assessment of the Benefits of Climate Change Mitigation for Water Supply. Nature Communications, 11(1), 1-10.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.