fbpx

Cəmiyyət

Cəmiyyət

Vaqner Rusiyada hibrid müharibə strategiyasının ən populyar vasitəsinə necə çevrildi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Post-soyuq müharibə dövründə, xüsusən 2000-ci illərin əvvəllərində müharibə veteranlarının Qərb silahlı qüvvələrindən Özəl hərbi şirkətlərə (ÖHŞ) axını sonuncuları yenidən populyar fenomenə çevirdi. Bu gün ÖHŞ-lər bir çox ölkələrdə (təxminən 110) fəaliyyət göstərir. Maliyyə mənbələrinin həcminə və muzdluların sayına görə ən böyük 30 ÖHŞ-nin əksəriyyəti ABŞ (13) və ya Böyük Britaniyada (6) qurulub və ya bu ölkələrdə mənzil qərargahlara malikdirlər.[i] Ənənəvi olaraq, ÖHŞ-lər əsasən aktiv silahlı münaqişə zonalarında və ya qeyri-sabit siyasi və sosial vəziyyəti olan ərazilərdə fəaliyyət göstərir. Eynilə, onların fəaliyyəti, bir qayda olaraq, yerləşdikləri ölkələrin xarici siyasət məqsədləri ilə əlaqələndirilir.

ÖHŞ-lərin yaradılması və idarə edilməsində zəngin təcrübəsi olan Qərb ölkələrindən fərqli olaraq, post-sovet məkanında bu fenomen bu ölkələrdəki qeyri-sabit siyasi vəziyyətlər və onların daxili güc dinamikasının təbiəti səbəbindən uzun müddət qadağan olunub. Ancaq 2011 – ci ildə Rusiya hökuməti yerli güc strukturları ilə sıx əlaqədə olan iş adamı və cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Yevgeni Priqojinin rəhbərlik etdiyi ilk ÖHŞ – Vaqnerin yaradılmasına icazə verdikdə vəziyyət dəyişdi. İlk əvvəl, Vaqnerin əsas fəaliyyəti Suriya, Mərkəzi Afrika Respublikası, Mali, Liviya, Mozambik və Sudanla məhdudlaşırdı və məqsəd resurs güzəştləri və diplomatik dəstək müqabilində silahlı iğtişaşlar və tez-tez baş verən terror hücumları ilə mübarizə aparan yerli hökumətlərə “təhlükəsizlik və hərbiləşdirilmiş xidmətlər” göstərməkdən ibarət idi.[ii] Beləliklə, Vaqnerin xidmətləri müştəri ölkələrin ehtiyaclarına görə dəyişir.

Bu yazıda, yaxşı düşünülmüş hibrid müharibə strategiyası çərçivəsində müxtəlif coğrafi bölgələrdə öz təsirini gücləndirməyə yönəlmiş xarici siyasət vasitələri kimi Rusiyanın Patriot, ENOT, AKTGroup, MAR, Center.R, MSGroupVaqner kimi özəl hərbi şirkətlərdən istifadə etmək cəhdlərini təhlil edəcəyəm.  Həmçinin Rusiya siyasətində xüsusən 2022-ci ildə Ukraynanın işğalından sonra ən böyük ÖHŞ sayılan Vaqnerin rolunu və təsirini qiymətləndirəcəyəm. Bununla da, Rusiyanın özünün ənənəvi prinsipindən, yəni təhlükəsizliyin dövlətin inhisarında olmasından əl çəkməsinin görünməmiş daxili təhlükəsizlik boşluğuna səbəb olduğunu və iqtidarın hakimiyyətini zəiflətdiyini göstərəcəyəm.

Rusiyanın yeni geosiyasi strategiyası

Muzdlu qrupların istifadəsi Rusiya üçün məqbul bir seçim hesab olunur, çünki bu, dövlət qurumlarının sosial və hüquqi məsuliyyətini azaltmağa və eyni zamanda Moskvanın siyasi və iqtisadi dividendlər ala biləcəyi müxtəlif qitələrdə mövcudluğunu saxlamağa imkan verir. Məsələn, Ukraynada əsas hücumlarda muzdluların fəal rolu Moskvaya zəif təlim keçmiş çağırışçılardan ibarət nizami qoşun ehtiyatlarını qoruyub saxlamağa və katastrofik itkilərdən və ictimai qəzəbdən qaçmağa imkan verir. Vaqner Qrupunun Afrika və Yaxın Şərqdəki uzun və uğurlu əməliyyatlarından sonra 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı işğal kampaniyasına başlayanda, ÖHŞ Rusiya qoşunları ilə birlikdə döyüşmək üçün vətənə qayıtdı.[iii]

Beləliklə, artıq Rusiya hərbi və kəşfiyyat birliyi ilə dərindən əlaqəli olan Vaqner Rusiyanın xarici siyasət maraqlarını təmin etmək üçün effektiv bir vasitəyə çevrilib.[iv] Yaxın Şərq və Afrikadakı fəaliyyətinin başlanğıcında Vaqner  prezident Vladimir Putin üçün böyük əhəmiyyət daşıyırdı, lakin Yevgeni Priqojinin siyasi ambisiyalarının artması və Rusiyanın Ukraynadakı taktiki itkiləri fonunda Müdafiə Nazirliyi ilə açıq düşmənçiliyi muzdlu qrupu rejim üçün ağır bir yükə çevirdi.[v]

Vaqner və Rusiya Müdafiə Nazirliyi arasında daxildə davam edən güc qarşıdurması 25 iyun 2023-cü ildə birincinin hökumətə qarşı qısamüddətli qiyamı ilə nəticələndi.[vi] Patron-müştəri sisteminə əsaslanan Rusiyada hökumətə sadiq olan elitlər müxtəlif resurslara rahat çıxış əldə edə bilir. Vaqnerin son on ildə bu qədər genişlənməsi və Rusiya ordusuna getdikcə daha çox inteqrasiya olunması sayəsində, Priqojin Putin hökuməti üzərində kifayət qədər təsir gücü qazandı.[vii] Putin ümumiyyətlə hakimiyyətini zəiflədə biləcək rəsmi qurumlardan ayrılmış sadiq və qeyri-formal bir güc bazası yaratmaq üçün etibarlı elitaların zəif (yarımaz) idarəçiliyini qəbul edir.[viii]

ÖHŞ-lər Rusiyaya nə üçün lazımdır?

Rusiyanın ÖHŞ-ləri Moskvanın Yaxın Şərqdə, Afrikada və son vaxtlar Ukraynada davam edən hibrid müharibəsində əsas oyunçulardır. Bu baxımdan Vaqner Rusiyanın əsas ÖHŞ-sinə çevridi və onu Moskvanın yarı-dövlət təhlükəsizlik qüvvələrindən istifadəsinin parlaq nümunəsi hesab etmək olar. Bununla birlikdə, Vaqnerin qərargahının yerləşdiyi ölkənin hökuməti ilə sıx əməkdaşlıq edən və xaricdəki konvensional və proksi müharibələrdə iştirakı yarı-dövlət təhlükəsizlik orqanının ilk nümunəsi olmasını iddia etmək doğru olmazdı. Putin hökuməti Suriya və Liviyada vətəndaş müharibələrinin alovlanması fonunda həmin ölkələrdə Kadırovçular (Çeçenistan lideri Ramzan Kadırovun adından götürülmüşdür) kimi tanınan  hərbiləşdirilmiş çeçən birləşmələrindən istifadə edirdi.[ix] Bu cür hərbiləşdirilmiş birləşmələrdən istifadə olunması Rusiyaya Afrika və Yaxın Şərqdə ABŞ ilə asimmetrik rəqabəti gücləndirməyə imkan verdi.

Əslində, Qərbdə və Rusiyada ÖHŞ anlayışı arasında ciddi fərqlər var. Qərbdəki ÖHŞ-lərin ən vacib vəzifələrinə maddi-texniki təminat, konvoyların qorunması, obyektlərin, eləcə də hərbi personalın təlimi və mühafizəsini təmin etməklə, silahlı qüvvələrin müntəzəm fəaliyyətinin mühafizəsi daxildir.[x] Rusiyada problemə daha ucuz və çevik silahlı qüvvələr nöqteyi-nəzərindən yanaşmaq əvəzinə, Kreml onları əsasən gerçəklik pərdəsi altında dövlət tərəfindən istifadə edilə bilən hərbi-siyasi təsir alətləri kimi qəbul edir.[xi] Beləliklə, Vaqnerin mürəkkəb və dağınıq quruluşu ona tərif verməyi çətinləşdirir. Vaqner daha çox hökumətlə bənzərsiz əlaqələr quran təsərrüfat subyektləri və muzdlular şəbəkəsidir. Qərb ÖHŞ-lərindən fərqli olaraq, Vaqner taktiki və əməliyyat səviyyələrində müəyyən muxtariyyətə sahib olsa da, bir çox hallarda Kremlin razılığı olmadan əsl müstəqil özəl hərbi şirkət kimi fəaliyyət göstərmir.

Üstəlik, Qərb ÖHŞ-ləri dövlət büdcəsindən maliyyələşdirilmədiyi halda, Vaqner maliyyə, logistika, sursat və təchizat baxımından Rusiya hökumətindən asılıdır və bununla da hökumətin daha geniş xarici siyasi xəttini saxlamış olur.[xii] Məsələn, 2014-2015-ci illərdə Ukrayna kəşfiyyatı Vaqnerin qurucusu və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU olaraq tanınır) keçmiş zabiti Dmitri Utkinin[xiii] və Qərb Hərbi Dairəsinin komandiri general-mayor Yevgeni Nikiforovun[xiv] üç telefon danışığını dinləyə bilib. Rusiyanın yüksək hərbi komandanlığının Vaqnerin nümayəndəsi ilə bu söhbətləri Qrupun Rusiya hərbi komandanlığına və QRU-ya tabe olduğunu göstərir. Üstəlik, Vaqnerin başqa bir əhəmiyyəti ondan ibarətdir ki, o ya münaqişə zonalarında müstəqil şəkildə, ya da Ukrayna müharibəsində olduğu kimi çevik əməliyyat modeli yaradaraq Rusiyanın nizami qoşunları ilə birlikdə fəaliyyət göstərə bilər.

Bununla yanaşı, Vaqner muzdlularının Qərb tərəfindən təlim keçmiş və texnika ilə təchiz edilmiş Ukrayna qüvvələrinə qarşı genişmiqyaslı müharibədəki zəif performansı onun ciddi çatışmazlıqlarını üzə çıxartdı, baxmayaraq ki, Vaqnerdən istifadə olunması Rusiya dövlətinə özünün artan itkilərini gizlətməyə imkan verirdi.[xv] Qəribədir ki, Ukrayna Krımın qanunsuz ilhaqından sonra 2014-cü ildə Rusiya dövləti ilə əlaqəli ÖHŞ üçün ilk sınaq meydançalarından biri oldu. Krımda kontraktorların uğurla yerləşdirilməsi Moskvanı muzdlulara sərmayə qoymağa və Latın Amerikası, Yaxın Şərq və Afrikada ÖHŞ şəbəkəsini genişləndirməyə sövq etdi.

Rusiyanın ÖHŞ-yə bir vaxtlar artan marağında daha bir vacib nüans odur ki, əksər konvensional silahlı qüvvələrdən fərqli olaraq, bu cür qurumlar beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş döyüş qaydalarına əməl etmirlər. Buna görə də, Vaqnerin yarandığı gündən bəri döyüşçüləri üçün bilərəkdən heç bir davranış kodu nəzərdə tutmaması təəccüb doğurmur.[xvi]

Maraqlıdır ki, Vaqnerin nüfuzu Ukraynanın şərqində yerləşdirildikdən qısa müddət sonra ciddi şəkildə zədələndi, çünki Qrupun bir neçə ay davam edən şiddətli döyüşlərdən və əhəmiyyətli itkilərdən sonra Ukraynanın Donetsk bölgəsindəki kiçik bir şəhər olan Baxmutu ala bilmədiyi bildirildi. Müxtəlif mənbələr göstərir ki, Ukrayna cəbhəsində Vaqner Priqojinin vaxtından əvvəl həbsdən azad edilməsi vədi müqabilində döyüş meydanında 50.000-ə yaxın muzdlu döyüşçü, habelə 10.000 kontraktor və Rusiya həbsxanalarından 40.000 məhkumu yerləşdirib.[xvii] İşə qəbul olunanların sayına baxmayaraq, Vaqnerin dalana dirəndiyi Baxmutda irəliləyiş təmin etməkdə effektivliyi çox mübahisəlidir. Məsələn, Priqojin 2023-cü ilin may ayında “Baxmutun tamamilə Vaqnerin nəzarəti altına keçdiyini” bildirsə də, müstəqil mənbələr onun iddialarını o dəqiqə təkzib etdilər.[xviii] Maraqlıdır ki, Ukraynada artan itkilər və Priqojinin artan şəxsi ambisiyaları Rusiya Müdafiə Nazirliyi ilə rəqabətini daha da alovlandırdı və “hakimiyyəti ələ keçirmək” məqsədilə 2023-cü ilin iyununda Vaqner döyüşçülərinin Rusiyanın Rostov və Voronej şəhərlərində qatıldıqları yürüş qiyama səbəb oldu.[xix]

Rusiyanın ÖHŞ strategiyası strateji aldatma üçün nəzərdə tutulmuşdur və Rusiya hərbi və kəşfiyyat sisteminin mədəniyyətini və iyerarxiyasını əks etdirir. Nəticə etibarilə, Vaqnerin Ukrayna döyüş meydanında olması və döyüş əməliyyatlarında artan rolu güc proyeksiyası kimi qəbul edilə bilər: Vaqner saxta bayraq altında gizli əməliyyatlar aparmaq, kəşfiyyat məlumatları toplamaq, təxribat əməliyyatları aparmaq və s. üçün istifadə olunur.

Vaqner Qrupunun süqutu

Rusiya hökumətinin Vaqnerə münasibəti, Qrupun qanunsuz fəaliyyətlərdə iştirakı səbəbindən heç də həmişə təsdiqlənmir; Vaqner muzdluları tərəfindən Suriya, Mali, Mərkəzi Afrika Respublikası, Sudan və Şərqi Ukraynada mülki şəxslərin və hərbi əsirlərin vəhşicəsinə öldürülməsinin və işgəncə verilməsinin görüntüləri, o cümlədən Ukrayna qüvvələrinin davam edən əks-hücum əməliyyatları fonunda məxfi əməliyyatların təfərrüatlarının sızması Rusiyanın beynəlxalq imicini gözdən salan mühüm amillərə çevrilib.[xx]

Afrika və Yaxın Şərqdən fərqli olaraq, Vaqner muzdluları Ukraynada sərt şərtlərlə qarşılaşdılar. Nəticədə, Vaqner Qərb ölkələri tərəfindən peşəkar təlim görmüş və təchiz edilmiş Ukrayna qüvvələrinin döyüş imkanlarına cavab verə bilmədi və buna görə də birbaşa qarşıdurmadan çəkinməyi üstün tutdu. Vaqner muzdlularının beynəlxalq hərbi əməliyyatlarda çoxlu döyüş təcrübələri qazanmalarına baxmayaraq, Ukraynada tammiqyaslı konvensional müharibəyə texniki və mənəvi cəhətdən kifayət qədər hazır olmadıqlarını nümayiş etdirdilər. Kadr çatışmazlığı ilə qarşılaşan Vaqner işəgötürənləri əvvəllər işə götürməkdən imtina etdikləri namizədlərə müraciət etdilər. Nəticədə Qrupa qatılanların  sayı on minlərə çatdı, lakin ümumi döyüş təcrübəsi və hazırlığı azaldı.[xxi]

Hazırlıqsız olmasına baxmayaraq, Vaqner Qrupu Ukrayna cəbhəsində Rusiyanın zəif təlim keçmiş nizami qüvvələri ilə müqayisədə daha peşəkar çıxış yolları sərgiləyib. Məsələn, 2022-ci ildə Vaqner böyük itkilər bahasına olsa da, Mariupol (Donetsk) və Popasna (Luqansk) kimi mühüm şəhərlərin ələ keçirilməsində həlledici rol oynayıb.[xxii]

Priqojinin “effektiv alət olaraq hökumətin Vaqner Qrupuna etibarı ” olmasını xüsusilə qeyd etməsi fonunda, Kreml ilə birgə bundan faydalanmağa başladı.[xxiii] Nəticədə, Vaqnerin Ukraynadakı nisbi irəliləyişi onun böyük itkilər verməyə hazır olması ilə təmin edilirdi. Müxtəlif hesablamalara görə, Vaqnerin Ukraynanın şərqindəki əsas itkilərini Priqojin tərəfindən işə götürülmüş və sayı on min nəfərdən ibarət olan muzdlular təşkil edirdi. 2023-cü ilin fevral ayına olan məlumata görə, Baxmut uğrunda əsas döyüşlər başlamazdan əvvəl Vaqner Ukraynada əksəriyyətini məhkumlar təşkil edən təxminən 30.000 muzdlu əsgər itirmişdi.[xxiv] Həbsxana məhkumları qeyri-effektiv döyüşçü olduqlarını sübut etməklə yanaşı, həm də Priqojinin maliyyə resurslarını tükəndirən əsas faktor oldular.

Ukrayna cəbhəsində olduğu müddətdə Priqojin tez-tez mediada və sosial şəbəkələrdə görünməklə Vaqner mifini yaratdı. Bu mif Priqojinə Vaqnerin kommersiya tərəfini inkişaf etdirməsinə imkan yaradaraq hökumətdən fasiləsiz maliyyə yardımını təmin edirdi. Vaqnerin Baxmut üzərində tam nəzarəti təmin edə bilməməsi və aylarla davam edən qarşıdurmalardan sonra yalnız Baxmut şəhərinin şimal-şərqindəki Soledarı ələ keçirməsi əvvəlcə Priqojinin Putinlə münasibətlərində böhran yaratmadı. Lakin bu uğursuzluqlar beynəlxalq müşahidəçilərin və Rusiya Müdafiə Nazirliyinin Vaqnerin effektivliyinə dair şübhələrini artırdı.[xxv]

Manevr imkanlarının daralması və Putinlə arasında dərinləşməkdə olan fikir ayrılığı nəticəsində Priqojin açıq şəkildə hökumətə qarşı üsyan qaldırdı, Moskvaya Azadlıq Yürüşü təşkil etdi və demək olar ki, Rusiya daxili qoşunlarının (Rosgvardiya) müqaviməti ilə qarşılaşmadı.[xxvi] Priqojinin dili ilə desək, dinc əhali və silahlı qüvvələr arasında daha çox qan tökülməsinin qarşısını almaq üçün, Vaqnerin Moskvaya hücum planı dayandırılsa da, qeyd etməliyik ki, Priqojinin qiyamı Rusiyada rejimin zorla dəyişdirilməsi üçün resurs çatışmazlığı da daxil olmaqla, bir neçə digər amil səbəbindən uğursuzluğa uğradı. Lakin Vaqnerin hökumətə qarşı üsyanı Putinin təhlükəsizlik sahəsində ÖHŞ-dən istifadəsinin artıq münasib olmadığna və nəticənin zorakı və xaotik ola biləcəyini göstərdi.

Nəticə  

Son on il ərzində Rusiya tarixdə müşahidə etdiyimizdən də fərqli bir hibrid müharibə strategiyasını hazırlayıb və yenidən qurub. Qərbə qarşı aldatma və dezinformasiya kampaniyalarına əlavə olaraq, Moskva hibrid müharibə strategiyasında bir müddət bəxt əsgərlərindən öldürücü bir vasitə kimi uğurla istifadə edib. Belə bir strategiya Rusiyaya onun hərbi məcəlləsinə və ya beynəlxalq normalara zidd olan, mütəxəssislərdən ibarət gerçək hərbi qüvvə yaratmağa imkan verdi. Vaqner Qrupu da daxil olmaqla, Rusiyanın sayca artan ÖHŞ şəbəkəsi onun Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında və Ukraynada təsir imkanlarını genişləndirdi.

Rusiya hökuməti ilə sıx əlaqəli və onun hərbi infrastrukturuna güvənən bir qrup kimi Vaqner Qrupu adi ÖHŞ- dən də genişdir və klassik mənada proksi qurum hesab olunmalıdır. Buna görə də Vaqnerin Rusiyanın xarici siyasət maraqlarına xidmət edən geniş coğrafiyaya yayılması  xüsusi(lə) narahatlıq doğuran tendensiya idi. Digər tərəfdən, Vaqnerin döyüş meydanlarında təsirinin artması daxili narahatlığa səbəb olmaqla bərabər, Rusiya rəhbərliyində, xüsusən də Silahlı Qüvvələrin komandanlıq sistemində yaranmış böhranı aktuallaşdırdı. Rusiya hökuməti ilə Vaqner Qrupu arasındakı emosional söz müharibəsi və sonralar Vaqnerin qiyamı Kremlin güclü ÖHŞ və onun hiyləgər liderinə təsirinin məhdud olduğunu ortaya çıxardı. Buna görə çox güman ki, qiyam nəticəsində Vaqner Qrupu Ukraynanı tərk edəcək və muzdlular tədricən nizami silahlı qüvvələrin sıralarına qoşulacaqlar. Üstəlik, rejimin təhlükəsizliyini təhdid edə biləcək potensial üsyan cəhdlərinin qarşısını almaq üçün Rusiya qanunvericiliyində yeni dəyişikliklər gözləniləndir.

Vaqnerin son qiyamı Rusiya hökumətini zəiflədərək ölkənin tək-adam idarəçiliyi sisteminin gücsüzlüyünü nümayiş etdirsə də, Vladimir Putin çətin ki, xarici siyasətdə bu qrupa bəslədiyi isti münasibət yanaşmasından geri çəkilsin. Bununla birlikdə, yuxarıda izah edildiyi kimi, dövlətin ÖHŞ-yə  nəzarətini gücləndirmək və milli maraqlara xidmət etməsini təmin etmək üçün əhəmiyyətli dəyişikliklər ediləcəkdir. İndilik, ÖHŞ yanaşması – Rusiyanın zorakı strategiyasını davam etdirməsi və Ukraynanın zəifləməsi səbəbindən Rusiyanın ilhaqlarını tanıması məqsədi ilə Ukraynaya hərbi təcavüzünü davam etdirməsi – hələlik tək uyğun seçimdir.

 

Qeyd və istinadlar

[i] Dyner, A (2018). The Role of Private Military Contractors in Russian Foreign Policy. PISM. https://pism.pl/publications/The_Role_of_Private_Military_Contractors_in_Russian_Foreign_Policy

[ii] Ramper, W (2023). What Is Russia’s Wagner Group Doing in Africa? Council for Foreign Relations. https://www.cfr.org/in-brief/what-russias-wagner-group-doing-africa

[iii] BBC (2023). What is Russia’s Wagner Group of mercenaries in Ukraine? https://www.bbc.com/news/world-60947877

[iv] Maggard, A (2023). Russia’s Wagner Group is a feature, not a bug, of the Putin regime. Atlantic Council. https://www.atlanticcouncil.org/blogs/ukrainealert/russias-wagner-group-is-a-feature-not-a-bug-of-the-putin-regime/

[v] BBC (2023). Wagner, Prigozhin, Putin and Shoigu: Bitter rivalries that led to a rebellion. https://www.bbc.com/news/world-europe-66013532

[vi] The Economist (2023). The meaning of Prigozhin’s short-lived mutiny. economist.com/leaders/2023/06/25/the-meaning-of-prigozhins-short-lived-mutiny

[vii] Maggard, A (2023)

[viii] Vladimir, G (2022). The Politics of Bad Governance in Contemporary Russia. University of Michigan Press. Pp: 12

[ix] Foreign Policy Research Institute (2023). The Wagner Group’s Expanding Global Footprint. https://www.fpri.org/article/2023/04/the-wagner-groups-expanding-global-footprint/

[x] Foley, E & Kaurnet, C (2022). Russian Private Military and Ukraine: Hybrid Surrogate Warfare and Russian State Policy by Other Means. CEJISS; Vol 16, Issue 13; p: 9-10. DOI: 10.51870/ULJU5827

[xi] CSIS (2020). Band of Brothers: The Wagner Group and the Russian State. https://www.csis.org/blogs/post-soviet-post/band-brothers-wagner-group-and-russian-state

[xii] Capurso, F (2022). Russian “Hybrid War”? Italy Says Wagner Group Is Using Migrant Trafficking to Divide the West. https://worldcrunch.com/focus/hybrid-war-wagner-human-trafficking

[xiii] The official name of Russian army intelligence is the Main Directorate of the General Staff of the Armed Forces of the Russia Federation.

[xiv] Belling Cat (2020). Putin Chef’s Kisses of Death: Russia’s Shadow Army’s State-Run Structure Exposed. https://www.bellingcat.com/news/uk-and-europe/2020/08/14/pmc-structure-exposed/

[xv] Golst, A (2023). The Ghost of Civil War in Russia? Stockholm Center for East European Studies. https://sceeus.se/en/publications/the-ghost-of-civil-war-in-russia/

[xvi] Nader, I & Ilya, B (2021).  The Lost Tablet and the Secret Documents Clues Pointing to a Shadowy Russian Army. BBC News. https://www.idsa.in/issuebrief/the-wagner-group-hybrid-warfare-rsingh-310523#footnote24_nfm0ysz

[xvii] Ibid (2021).

[xviii] A.P. (2023). Head of the Russian private army, Wagner says his forces are handing control of Bakhmut to Moscow. https://apnews.com/article/russia-ukraine-war-wagner-bakhmut-f5c37d1541676120fe2d7f4680185245

[xix] The Guardian (2023). Vladimir Putin says enemies wanted Russia to ‘choke on civil strife. theguardian.com/world/2023/jun/26/yevgeny-prigozhin-breaks-silence-after-armed-mutiny-Russia

[xx] The Guardian (2023). Russian mercenaries behind the slaughter of 500 in Mali village, U.N. report finds. theguardian.com/world/2023/may/20/russian-mercenaries-behind-slaughter-in-mali-village-un-report-finds

[xxi] Zavtra.ru (2022). Евгений Пригожин удостоен звания Герой России. https://zavtra.ru/events/evgenij_prigozhin_udostoen_zvaniya_geroj_rossii?ysclid=li08kdc1do197431411

[xxii] Ibid (2022).

[xxiii] New York Times (2023). Russian General Knew About Mercenary Chief’s Rebellion Plans, U.S. Officials Say. nytimes.com/2023/06/27/us/politics/russian-general-prigozhin-rebellion.html

[xxiv] Aljazeera (2023). Russia’s Wagner fighters suffer 30,000 casualties in Ukraine. aljazeera.com/news/2023/2/18/russias-Wagner-forces-suffered-30000-casualties-in-Ukraine-us

[xxv] Yaffa, J (2023). The Wagner is a crisis of Putin’s own making. New Yorker. https://www.newyorker.com/news/news-desk/the-wagner-group-is-a-crisis-of-putins-own-making

[xxvi] Ibid (2023).

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.